03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Minay” futbol klubu heyətinə 3 yeni futbolçu cəlb edib

Ukraynanın “Minay” klubu heyətinə 3 yeni futbolçu cəlb edib.Azərtac xəbər verir ki, onlardan biri Azərbaycan millisinə namizəd olan Eldar Quliyevdir.Yerli “Mariupol” komandasından transfer olunan 19 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.Qeyd edək ki, hazırda “Minay”da Azərbaycan millisinin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə də çıxış edir.xeber100.com

İyul 27, 2021 2:11

Tokioda Yay Olimpiya Oyunları davam edir

Tokioda Yay Olimpiya Oyunları davam edir.Azərtac xəbər verir ki, Azərbaycan taekvondoçusu Milad Beiqi Hərçəqani (80 kq) dörddəbir final mərhələsində özbəkistanlı Nikita Rafaloviç ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə 1:12 hesabı ilə məğlub olub.Qeyd edək ki, digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) startda ABŞ təmsilçisi Peyc Makfersona uduzub.Xatırladaq ki, Milad Beiqi Hərçəqani Rio Olimpiadasında bürünc medal qazanıb.Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Komandamız medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan millimiz 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com

İyul 26, 2021 2:20

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Olimpiakos” (Yunanıstan) oyununun biletləri satışa çıxarılıb.Azərtac xəbər verir ki, qiyməti 5, 10 və 20 manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.Xatırladaq ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Olimpiakos” oyunu saat 21:00-da başlayacaq.xeber100.com

İyul 26, 2021 1:55

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb.Azərtac xəbər verir ki, 63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilən yarışın on altıdabir final çərçivəsində Yaroslav Hartsizlə (Ukrayna) qarşılaşıb. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.C.Çələbiyev səkkizdəbir finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com

İyul 25, 2021 2:22

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.Azərtac xəbər verir ki, dünya kubokunda uğurla irəliləyən şahmatçımız Vasif Durarbəyli səkkizdəbir finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşacaq.Qeyd edək ki, dünya kubokunda iştirak edən 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.xeber100.com

İyul 25, 2021 2:20

Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

Hər üç güləş növü üzrə millilərimiz Tokio Olimpiadasına son hazırlıq prosesini davam etdirirlər.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Olimpiya Güləş Mərkəzində gündə bir dəfə baş tutan məşqlərdə taktiki-texniki çalışmalar ön plandadır. Məşqçilər korpusu güləşçilərimizin Yaponiyaya optimal formada yollanmaları üçün böyük səylə çalışır, çatışmazlıqlar üzərində gərgin iş gedir.Sərbəst güləşçilərimiz Olimpiada ərəfəsində yoxlama görüşləri keçiriblər. Məqsəd yarış ab-havasına düşməkdən ibarət olub. Olimpiyaçılarımız yerli güləşçilərlə yanaşı, sparrinq kimi ölkə xaricindən dəvət olunan pəhləvanlarla da qüvvələrini sınayıblar.Qarşılaşmaları Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında beynəlxalq dərəcəli hakimlərimiz İntiqam Alıyev, Sədi Quliyev və Elman İsmayılov idarə ediblər.Qeyd edək ki, komandalarımız “Tokio-2020”nin qaydalarına uyğun olaraq, iyulun 25-26-da COVID-19 testindən keçəcəklər. Güləşçilərimiz iyulun 27-də saat 16:45-də Bakı-İstanbul-Tokio marşrutu üzrə Yaponiyaya yollanacaqlar.xeber100.com

İyul 24, 2021 7:42

Tokio Olimpiadasında gimnastika yarışlarında finalçılar müəyyənləşib

İyulun 24-də Tokio Olimpiadasında kişi idman gimnastikası yarışlarında finalçılar müəyyənləşib.Azərtac xəbər verir ki, turnirdə ölkəmizi İvan Tixonov təmsil edib. Müxtəlif alətlərdə çıxış edən gimnastımız ümumilikdə 80,298 xal toplayıb. Bu, onun finala adlaması üçün kifayət etməyib.Qadın idman gimnastımız Marina Nekrasova iyulun 25-də mübarizəyə qoşulacaq.xeber100.com

İyul 24, 2021 6:56

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələn “Qarabağ” (Azərbaycan) - “Aşdod” (İsrail) matçı başa çatıb.Azərtac xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma gərgin hücumlarla yadda qalıb.Ukraynalı hakim Sergey Boykonun idarə etdiyi oyunda qapılara qol vurulmayıb - 0:0. Görüşün 83-cü dəqiqəsində "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.“Aşdod”un heyətində isə Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Abu Akal, Lior Einbrom, Montari Kamaheni, Tom Ben Zaken, Martin Raynov, David Roi Nyenque, Yakov Brihon və Oz Bilevi meydana çıxıblar.Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra İsraildə təşkil olunacaq.xeber100.com

İyul 23, 2021 10:29

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkü atılıb

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkü atılıb.Azərtac xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.İyulun 24-də Tayfur Əliyev (57 kq) onaltıdabir finalda Nquyen Van Duonq (Vyetnam), Lorenzo Sotomayor (69 kq) Əsgərxan Madiyev (Gürcüstan), Məhəmməd Abdullayev (+91 kq) Denis Latıpov (Bəhreyn) ilə qarşılaşacaqlar. İyulun 25-də Cavid Çələbiyev (63 kq) Ukrayna təmsilçisi Yaroslav Hartsiz ilə üz-üzə gələcək.Mübarizəyə səkkizdəbir finaldan başlayacaq Alfonso Dominqesin (81 kq) rəqibi Emmett Brennan (İrlandiya) - Dilşodbek Ruzmetov (Özbəkistan) qarşılaşmasının qalibi olacaq. Təmsilçimiz ilk görüşünü iyulun 28-də keçirəcək.Qeyd edək ki, Olimpiadanın boks yarışları iyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.xeber100.com

İyul 23, 2021 10:27

Tokio Yay Olimpiya Oyunlarında ilk rəqiblər müəyyənləşib

Tokio Yay Olimpiya Oyunlarında taekvondoçularımızın ilk rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində Fəridə Əzizova ABŞ təmsilçisi Peyc Makferson, Milad Beigi Hərçəqani isə Çin-Taypeyini təmsil edən Vey-Tinq Liu ilə qarşılaşacaqlar.Hər iki taekvondoçumuz iyulun 26-da mübarizəyə qoşulacaq.xeber100.com

İyul 23, 2021 10:25
    Page 172 of 830« First«...102030...170171172173174...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az