07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının yarımfinalında

İyulun 30-da Azərbaycan boksçusu Alfonso Dominges “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının yarımfinalına yüksəlib.Azərtac xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz dörddəbir finalda türkiyəli Bayram Malkana 5:0 hesabı ilə qalib gəlib.Bununla da boksçumuz Tokio Olimpiadasında ən azı bürünc medalı təmin edib.Xatırladaq ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan A.Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib.Yarımfinal mərhələsindəki qarşılaşma avqustun 1-də keçiriləcək.Qeyd edək ki, “Tokio-2020”də mübarizəni davam etdirən digər boksçumuz Cavid Çələbiyev (63 kq) isə iyulun 31-də səkkizdəbir finalda Ermənistan təmsilçisi Hovhannes Baçkov ilə qarşılaşacaq.xeber100.com

İyul 30, 2021 1:27

“Sumqayıt” klubu II təsnifat mərhələsində cavab oyununa çıxıb

"Sumqayıt" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.Azərtac xəbər verir ki, sumqayıtlılar doğma azarkeşlər önündə Serbiyanın "Çukariçki" komandasını qəbul edib. "Kapital Arena" stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.Beləliklə, iki oyunun nəticəsinə görə "Sumqayıt" klubu UEFA Konfrans Liqasında mübarizəsini dayandırıb.xeber100.com

İyul 30, 2021 1:24

“Qarabağ” klubu UEFA Konfrans Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb

Ağdamın "Qarabağ" klubu UEFA Konfrans Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb.Azərtac xəbər verir ki, ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən qarşılaşmada "Aşdod" (İsrail) - “Qarabağ” (Azərbaycan) matçı başa çatıb. Görüşün 5-ci dəqiqəsində Ağdam təmsilçisinin yarımmüdafiəçisi Filip Ozobiç komandasının qələbə qolunu vurub."Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Kevin Medina, Abbas Hüseynov, Qara Qarayev, Patrik Andrade, Toral Bayramov, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç və Ramil Şeydayev yer alıb."Aşdod"un heyətində isə Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Tom Ben Zaken, Montari Kamaheni, Feras Abu Akal, Oz Bilevi, Yakov Brihon, Martin Rainov, Moussa Baqayokovə və Abdul Muqese Zakaria meydana çıxıb.xeber100.com

İyul 30, 2021 1:22

“Sabah” futbol klubu toplanış çərçivəsində sonuncu oyununu keçirib

İyulun 15-dən Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” futbol klubu toplanış çərçivəsində sonuncu oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız “Zestafoni” təlim-məşq bazasının stadionunda yerli “Saburtalo” klubu ilə qarşılaşıb.Güclü yağışın müşayiəti ilə keçirilən matçda hesabı meydan sahibləri açıblar. Akaki Şulaya görüşün 41-ci dəqiqəsində penaltidən fərqlənərək komandasını hesabda önə keçirib. Oyunun 68-ci dəqiqəsində komandamız da 11 metrlik cərimə zərbəsi qazansa da, Coy-Lens Mikelsin zərbəsindən sonra top qapı tirinə dəyərək çölə çıxıb. Matçda 74-cü dəqiqədə isə gənc futbolçumuz Veysəl Rzayev Mixeil Erqemlidzenin ötürməsindən sonra matçda bərabərliyi təmin edən qola imza atıb. Görüş elə bu hesabla da başa çatıb. Qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasını dəqiq yerinə yetirən “Saburtalo” 4:2 hesabı ilə qalib gəlib.Qeyd edək ki, “Sabah” Tbilisi toplanışı çərçivəsində daha əvvəl “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klubları ilə qarşılaşıb.xeber100.com

İyul 29, 2021 1:30

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində iyulun 29-da Bakıda üz-üzə gələcək “Keşlə” və “Soçi” komandalarının start heyətləri açıqlanıb.Azərtac xəbər verir ki, “ASK Arena”da baş tutacaq görüşdə “Keşlə” klubunun start heyətində Stanislav Namaşko, Tərlan Quliyev, Muyuşko Boyoviç, İlkin Qırtımov, Azər Salahlı, Merab Qiqauri, Rəhman Hacıyev, Turan Vəlizadə, Felipe Santos, Amil Yunanov və Aldair Neto yer alıblar.“Soçi” komandasının ilk onbirliyində isə meydana Nikolay Zabalotnı, Timofey Marqasov, Danila Ploxin, Rodriqao, Mateo Baraç, Kiril Zaika, Nikita Burmistrov, Kristian Noboi, İbrahim Callaqov, Artur Yusipov və Marko Duqanjiç çıxacaqlar.Saat 20:00-da başlayacaq görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Viktor Şimusik olacaq. Ona həmyerliləri Anton Qusev və Sergey Kosovets kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.Qeyd edək ki, bu komandaların arasında Soçidə keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com

İyul 29, 2021 1:27

“Minay” futbol klubu heyətinə 3 yeni futbolçu cəlb edib

Ukraynanın “Minay” klubu heyətinə 3 yeni futbolçu cəlb edib.Azərtac xəbər verir ki, onlardan biri Azərbaycan millisinə namizəd olan Eldar Quliyevdir.Yerli “Mariupol” komandasından transfer olunan 19 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.Qeyd edək ki, hazırda “Minay”da Azərbaycan millisinin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə də çıxış edir.xeber100.com

İyul 27, 2021 2:11

Tokioda Yay Olimpiya Oyunları davam edir

Tokioda Yay Olimpiya Oyunları davam edir.Azərtac xəbər verir ki, Azərbaycan taekvondoçusu Milad Beiqi Hərçəqani (80 kq) dörddəbir final mərhələsində özbəkistanlı Nikita Rafaloviç ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə 1:12 hesabı ilə məğlub olub.Qeyd edək ki, digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) startda ABŞ təmsilçisi Peyc Makfersona uduzub.Xatırladaq ki, Milad Beiqi Hərçəqani Rio Olimpiadasında bürünc medal qazanıb.Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Komandamız medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan millimiz 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com

İyul 26, 2021 2:20

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Olimpiakos” (Yunanıstan) oyununun biletləri satışa çıxarılıb.Azərtac xəbər verir ki, qiyməti 5, 10 və 20 manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.Xatırladaq ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Olimpiakos” oyunu saat 21:00-da başlayacaq.xeber100.com

İyul 26, 2021 1:55

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb.Azərtac xəbər verir ki, 63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilən yarışın on altıdabir final çərçivəsində Yaroslav Hartsizlə (Ukrayna) qarşılaşıb. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.C.Çələbiyev səkkizdəbir finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com

İyul 25, 2021 2:22

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.Azərtac xəbər verir ki, dünya kubokunda uğurla irəliləyən şahmatçımız Vasif Durarbəyli səkkizdəbir finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşacaq.Qeyd edək ki, dünya kubokunda iştirak edən 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.xeber100.com

İyul 25, 2021 2:20
    Page 172 of 831« First«...102030...170171172173174...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az