“Avro-2020”nin ikinci yarımfinal qarşılaşmasında

İyulun 7-də “Avro-2020”nin ikinci yarımfinal qarşılaşmasında İngiltərə və Danimarka milliləri üz-üz gəliblər.Azərtac xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.Oyunda hesab 30-cu dəqiqədə açılıb. Danimarkalıların 21 yaşlı hücumçusu Mikkel Damsqaard cərimə zərbəsindən baxımlı qola imza atıb - 1:0. Bu, Avropa çempionatında öz qapılarını toxunulmaz saxlayan ingilislərin buraxdıqları ilk qol olub.Qoldan sonra, xüsusilə birinci hissənin sonuna yaxın təzyiqi artıraraq bir neçə qol vəziyyəti yaradan İngiltərə komandası matçın 39-cu dəqiqəsində istəyinə çatıb. İngilislərin sağ cinahdan başladığı hücumda Sakanın cərimə meydançasına Rahim Sterlinqə ötürməsini dəf etməyə çalışan kapitan Simon Kyaer avtoqola imza atıb - 1:1.İlk hissə bu hesabla başa çatıb.Qarşılaşmanın ikinci hissəsi komandaların sürətli hücumları ilə başlayıb.Lakin hər iki komandanın cəhdlərinə baxmayaraq, ikinci hissədə qapılara top vurulmayıb.Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə vaxt oynanılır.İngiltərə seçməsi D qrupunda Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib, Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda isə Ukraynanı (4:0) mübarizədən kənarlaşdırıb.Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Danimarkalılar səkkizdəbir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar. Komanda Bakı Olimpiya Stadionunda oynadığı dörddəbir final görüşündə Çexiyaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.Yarımfinal mərhələsinin birinci oyununda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə İtaliya millisi 11 metrlik cərimə zərbələri seriyasında 4:2 hesabı ilə qalib gəlib.“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.xeber100.com

İyul 8, 2021 3:12

Futbol üzrə 16-cı Avropa çempionatının ikinci finalçısı müəyyənləşəcək

İyulun 7-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq İngiltərə - Danimarka matçı nəticəsində futbol üzrə 16-cı Avropa çempionatının ikinci finalçısı müəyyənləşəcək.Azərtac xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçiriləcək ikinci yarımfinal görüşünü Niderlanddan olan referi Danni Makkeli idarə edəcək.Bu komandalar indiyədək rəsmi turnirlərdə 23 dəfə qarşılaşıblar. Həmin görüşlərin 13-də İngiltərə, 5-də Danimarka qalib gəlib, 5 oyun heç-heçə başa çatıb. Top fərqində İngiltərə millisinin böyük üstünlüyü var – 39:23.“Avro-2020”də qapısını toxunulmaz saxlamağı bacaran yeganə komanda olan İngiltərə seçməsi D qrupunda Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib, Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda isə Ukraynanı (4:0) mübarizədən kənarlaşdırıb.Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Danimarkalılar səkkizdəbir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar. Komanda Bakı Olimpiya Stadionunda oynadığı dörddəbir final görüşündə Çexiyaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.Yarımfinal mərhələsinin birinci oyununda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə İtaliya millisi 11 metrlik cərimə zərbələri seriyasında 4:2 hesabı ilə qalib gəlib.“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.xeber100.com

İyul 7, 2021 1:13

Azərbaycan Futzal Federasiyasının məlumatına görə…

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” futzal klubu mübarizəyə ilkin mərhələdən başlayacaq.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, UEFA iyulun 5-də ilkin mərhələdə iştirak edəcək klubların siyahısını açıqlayıb.Əsas mərhələyə vəsiqə uğrunda 32 komanda gücünü sınayacaq. İlkin mərhələnin püşkü iyulun 7-də atılacaq. Oyunlar isə avqustun 20 - 25-də keçiriləcək.Reqlamentə əsasən, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri və ikinci pilləni tutmuş ən yaxşı göstəriciyə malik bir komanda (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq və 23 komandaya qoşulacaq.Əsas mərhələnin püşkü isə avqustun 30-da atılacaq. Oyunlar oktyabrın 26 - 31-də təşkil olunacaq.Ümumilikdə isə builki Çempionlar Liqasına 51 federasiyadan 55 klub qatılacaq. İlkin mərhələdə iştirak edəcək 32 komanda bunlardır: "Luxol St. Andreus Futsal" (Malta), "Veilimdorf" (Almaniya), "Araz-Naxçıvan" (Azərbaycan), APOEL (Kipr), "JB Futsal Gentofte" (Danimarka), "Haladas VSE" (Macarıstan), "Futsal Mineva" (İsveçrə), KMF FON (Serbiya), "Kampuksen Dinamo" (Finlandiya), "Liqeni" (Kosovo), MFC CIU (Gürcüstan), "Differdanj" (Lüksembruq), "Proekt" (Şimali Makedoniya), "Dukas" (Yunanıstan), "Dinamo Plus" (Moldova), "SMS Vimsi" (Estoniya), "Hammarbü" (İsveç), "London Helvesia" (İngiltərə), "Raba" (Latviya), "Varna Siti" (Bolqarıstan), "KF Tirana" (Albaniya), "Diamant Lints" (Avstriya), "Blü Magik FC Dublin" (İrlandiya), "Dolfins Aşdod" (İsrail), "Utleira İdrettslaq" (Norveç), "Tavşançalı" (Türkiyə), "Cefn Druids" (Uels), "Europa" (Cəbəllütarıq), "Titoqrad" (Monteneqro), "Sparta Belfast" (Şimali İrlandiya), "Fiorentino" (San Marino), "Enkamp" (Andorra).xeber100.com

İyul 6, 2021 1:24