07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Qılıncoynatmanın sablya növü üzrə dünya kuboku turnirinə start verilib

Martın 12-də Budapeştə qılıncoynatmanın sablya növü üzrə dünya kuboku turnirinə start verilib.Azərtac xəbər verir ki, yarışda ölkəmizi sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri təmsil edirlər. Qadın sablyaçılarımız həm şəxsi, həm də komanda yarışında iştirak edirlər.Turnirdə Səbinə Kərimova, Anna Başta, Sevil Bünyatova və Valeriya Bolşakova mübarizə aparırlar.xeber100.com

Mart 12, 2021 7:37

Azərbaycan Premyer Liqasında hakim təyinatları açıqlanıb

Martın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında XX turunun iki oyunu üçün hakim təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, martın 13-də keçiriləcək “Qarabağ”–“Sabah” matçının baş hakimi Orxan Məmmədov olacaq. “Sumqayıt”–“Keşlə” qarşılaşmasını isə FIFA referisi Elçin Məsiyev idarə edəcək.Görüşlər müvafiq olaraq saat 17:00-da və 19:45-də başlayacaq.Turun digər iki görüşündə “Qəbələ” öz meydanında “Zirə”ni, “Neftçi” isə “Səbail” komandasını qəbul edəcək.xeber100.com

Mart 12, 2021 7:14

“Sabah” futbol klubunun baş məşqçi postunda dəyişiklik edilib

Paytaxt təmsilçisi “Sabah” futbol klubunun baş məşqçi postunda dəyişiklik edilib.Azərtac klubun rəsmi saytına istinadən xəbər verir ki, Visente Qomezlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə olunub.Qeyd edək ki, ispaniyalı mütəxəssis 2020-ci ilin yayından “Sabah”ın baş məşqçisi idi. Komanda hazırda Premyer Liqada 16 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.xeber100.com

Mart 11, 2021 7:45

“Çelsi”nin hücumçusu klubunu dəyişə bilər

“Çelsi”nin hücumçusu Olivier Jiru yayda klubunu dəyişə bilər.Azərtac RMC nəşrinə istinadla xəbər verir ki, 34 yaşlı fransalı futbolçu müsahibəsində klubundan gedəcəyi ilə bağlı eyham vurub.O bildirib ki, ABŞ-da futbolçuların daha uzun müddət oynaya bilmələri faktı onun xoşuna gəlir və buna görə də MLS klublarından gələn hər hansı təklifi gözləyəcək.Bu mövsüm fransalı Premyer Liqanın 14 oyununda 4 qol vurub.xeber100.com

Mart 11, 2021 7:40

Azərbaycan çempionatlarının 2020-2021-ci il mövsümü ləğv edilib

Voleybol üzrə Azərbaycan çempionatları keçirilməyəcək.Azərtac Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, yarışların keçirilməməsinə səbəb koronavirus pandemiyasıdır. Buna ölkəmizdə aprelin 1-dək karantin rejiminin tətbiq edilməsi və qapalı məkanlarda idman yarışlarının keçirilməsinə qadağa qoyulması səbəb olub. Buna görə də 2020-2021-ci il mövsümündə kişi və qadınlar arasında ölkə çempionatları, həmçinin 1-ci dəstədəki yarışlar təşkil edilməyəcək.Koronavirus pandemiyası ötən mövsümün də yarımçıq dayandırılması ilə nəticələnmişdi. 2019-2020-ci il mövsümündə qaliblər elan olunmadan saxlanılıb.2021-2022-ci il mövsümünün təşkili isə koronavirusla bağlı vəziyyətdən asılı olacaq.xeber100.com

Mart 10, 2021 2:49

“Milan” komandasının futbolçusu klubu ilə müqaviləsini uzadacaq

“Milan” komandasının futbolçusu Zlatan İbrahimoviç klubu ilə müqaviləsini uzadacaq.Azərtac xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzetində məlumat verilib.İsveçli futbolçu klubla 2021-2022-ci il mövsümünün sonunadək müqavilə imzalayacaq. Otuz doqquz yaşlı forvard bu razılaşmaya əsasən 7 milyon avro qazanacaq.“Milan” böyük ehtimalla bu müddət ərzində Zlatanı əvəz edə biləcək gənc bir hücumçu ilə müqavilə imzalayacaq.Bu mövsüm Z.İbrahimoviç İtaliya A Seriyasında keçirdiyi 14 oyunda 14 qol vurub.xeber100.com

Mart 10, 2021 2:46

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində

Martın 9-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanacaq ilk iki komanda müəyyənləşəcək.Azərtac xəbər verir ki, qarşılaşmalar İtaliya və Almaniyada təşkil olunacaq. “Yuventus” Turindəki “Alyans” stadionunda “Portu” klubunu qəbul edəcək. Bu komandalar arasındakı ilk oyun “Portu”nun qələbəsi ilə yekunlaşıb - 2:1. İtaliya təmsilçisinə mərhələ adlamaq üçün minimal hesabla qalib gəlmək də yetərlidir.“Yuventus”un heyətində Danilo cəzalı, Rodriqo Bentankur və Paulo Dibala zədəlidir. Həmçinin zədəsi tam sağalmayan Corco Kyellini və Arturun meydana çıxması sual altındadır. “Portu”nun heyətində isə Şansel Mbemba-Manqulu qarşılaşmada iştirak etməyə bilər. Görüşün idarə olunması niderlandlı referi Byorn Keypersə həvalə olunub.Digər matç Dortmunddakı “Siqnal İduna Park” stadionunda “Borussiya” ilə “Sevilya” klubları arasında olacaq. Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edəcək. İlk görüşdə “Borussiya Dortmund” səfərdə 3:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə adlamaq baxımından daha şanslı görünür. Komandaların heyətlərində cəzalı və zədəli futbolçu yoxdur.Hər iki görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.xeber100.com

Mart 9, 2021 12:31

“Zirə” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

Bakının “Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi Fakundo Melivilo ilə müqavilə imzalanıb.İyirmi səkkiz yaşlı hücumçunun sözləşməsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.Qeyd edək ki, argentinalı futbolçu daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, "Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.xeber100.com

Mart 9, 2021 12:20

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində müsabiqədənkənar iştirak edən Qətər milli komandasının martın 27-də Avstriyanın paytaxtı Vyanada Azərbaycan millisinə qarşı keçirməli olduğu oyunun məkanı dəyişdirilib.Azərtac xəbər verir ki, UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Macarıstanın Debretsen şəhərindəki “Nagyerdei” stadionunda keçiriləcəyi qeyd olunub.Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.xeber100.com

Mart 9, 2021 12:15

“Karabakh is Azerbaijan” seriyasının iştirakçıları müəyyənləşib

“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının böyük final məhələsinin iştirakçıları müəyyənləşib.Azərtac xəbər verir ki, Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriyanın 8 mərhələsindən sonra böyük finala vəsiqə qazanmış 11 şahmatçının adı məlum olub. Belə ki, şahmatçılarımız Elnur Mehtiyev, Orxan Bağırov, Şəhriyar Rəhmanov, Yusif Mustafazadə, İsmayıl Qurbanov, İsmayıl Süleymanlı, Ləman Hacıyeva, Kənan İsbatov, Aydın Allahverdiyev, Türkiyə təmsilçisi Kutay Sakmak həlledici mərhələdə mübarizə aparacaqlar.Seriya yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Hindistandan 264 şahmatçı iştirak edib. Böyük final martın 14-də keçiriləcək və 9 turdan ibarət olacaq. Turnirdə vaxt nəzarəti 3 dəqiqə olacaq.Xatırladaq ki, seriya çərçivəsində "Jabrail Cup", "Fuzuli Cup", "Zangilan Cup", "Qubadli Cup", "Shusha Cup", "Agdam Cup", "Kalbajar Cup", "Lachin Cup" turnirləri keçirilib.xeber100.com

Mart 9, 2021 12:13
    Page 210 of 831« First«...102030...208209210211212...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az