05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək. Günün ilk matçında "Sabah" autsayder "Səbail"i sınağa çəkəcək. "Bank Respublika Arena"da oynanılacaq görüş saat 17:30-da başlayacaq. Matçı Fərid Hacıyev idarə edəcək. Hazırda "Sabah" 36 xalla 5-ci, "Səbail" isə 20 xalla 10-cu pillədə qərarlaşıb. Günün son oyunu isə "Qarabağ" və "Neftçi" komandaları arasında olacaq. Turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. "Neftçi" 30 turdan sonra 35 xalla 6-cı sırada yer alıb. 73 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" isə bu tur çempionluğu təmin edə bilər. Bunun üçün "köhlən atlar" "Neftçi"yə qalib gəlib, ən yaxın izləyicisi olan "Zirə"nin "Sumqayıt"la matçda xal itirməsini gözləməlidir. Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" Bakıda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib. Tura aprelin 20-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.xeber100.com

Aprel 19, 2025 5:06

Stolüstü Tennis Federasiyasının məlumatına görə…

Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib. Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qruplarında mübarizə aparırlar. Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər. Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 20-də yekun vurulacaq.xeber100.com

Aprel 19, 2025 5:03

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsində

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb. Son matçda “Naxçıvan” Bakı İdman Sarayında “Abşeron”la qarşılaşıb. Matç muxtar respublika təmsilçisinin 88:83 hesablı qələbəsi ilə yekunlaşıb. Mərhələnin daha əvvəl baş tutan görüşlərində "Şəki" "Gəncə"ni (85:84), Neftçi” "Ordu"nu (93:84), "Sabah" isə "Sərhədçi"ni (90:64) üstələyib.xeber100.com

Aprel 19, 2025 5:01

Azərbaycan Yüksək Liqasında bürünc medal uğrunda ilk oyun keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal uğrunda ilk oyun keçirilib. “Gəncə” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. Gərgin və maraqlı keçən görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında ikinci qarşılaşma aprelin 20-də təşkil olunacaq. Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” cavab matçında da qalib gəlsə, üçüncü yerin sahibi olacaq. Əgər tərəflər hərəyə bir qələbə qazanarsa, “qızıl set” oynanılacaq.xeber100.com

Aprel 19, 2025 4:58

“Qarabağ” futbol klubu 150-ci qələbəsini qazanıb

“Qarabağ” Azərbaycan çempionatlarında 150-ci böyükhesablı qələbəsini qazanıb. Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının XI turuna təsadüf edib. Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “Qarabağ” ən çox böyükhesablı qələbə qazanan komandadır. Qeyd edək ki, ağdamlıların ilk belə qalibiyyəti 1992-ci il mövsümünə təsadüf edib. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.xeber100.com  

Oktyabr 28, 2024 1:36

Türkiyə Superliqasında X turun mərkəzi görüşü keçiriləcək

Bu gün Türkiyə Superliqasında X turun mərkəzi görüşü keçiriləcək. Prinsipial oyunda “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Ev sahibi 9 turdan sonra topladığı 25 xalla ilk pillədə qərarlaşıb. Rəqibindən bir matç az keçirən qonaqlar isə 20 xalla 4-cü sıradadır.xeber100.com  

Oktyabr 28, 2024 1:33

Premyer Liqasında XIV turun oyun cədvəli açıqlanıb

Misli Premyer Liqasında XIV turun oyun cədvəli açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son çempion “Qarabağ” noyabrın 23-də səfərdə “Səbail”lə qarşılaşacaq. Misli Premyer Liqası XIV tur 22 noyabr 17:00. “Kəpəz” – “Araz-Naxçıvan” Tovuz şəhər stadionu 23 noyabr 17:00. “Səbail” – “Qarabağ” “ASCO Arena” 19:00. “Neftçi” – “Zirə” “Neftçi Arena” 24 noyabr 17:00. “Turan Tovuz” – “Sabah” Tovuz şəhər stadionu 19:00.“Sumqayıt” – “Şamaxı” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.xeber100.com

Oktyabr 28, 2024 1:30

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində

“Zirə” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Klubdan verilən məlumata görə, Rəşad Sadıqov 22 futbolçunu sərəncamına daxil edib. Qapıçılar: Tiaqo Silva, Anar Nəzirov, Səlim Həşimov Müdafiəçilər: Ruan Renato, Anje Mutsinzi, Stefan Aka, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Qismət Alıyev Yarımmüdafiəçilər: Eldar Quliyev, İsmayıl İbrahimli, Pyer Zebli, Martins Junior, Salifu Suma, Hacıağa Hacılı, Abbas İbrahim, Ceyhun Nuriyev, İssa Cibrilla Hücumçular: Rüfət Əhmədzadə, Rafael Utziq, Davit Volkov Qeyd edək ki, “Zirə” “Şerif”ə qarşı ilk oyununu iyulun 11-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.xeber100.com

İyul 10, 2024 10:46

Azərbaycanın basketbol yığmaları növbəti oyunlarını keçirəcəklər

Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət basketbol yığmaları bu gün Avropa çempionatında növbəti oyunlarına çıxacaqlar. C divizionunun A qrupunda mübarizə aparan qızlar ikinci matçda Gürcüstanla üz-üzə gələcəklər. Cəbəllütariqdə oynanılacaq görüş Bakı vaxtı ilə saat 12:30-başlayacaq. Evrən Alkayanın rəhbərlik etdiyi kollektiv qrupun ilk qarşılaşmasında Ermənistana 86:59 hesabı ilə qalib gəlib. Oğlanlardan ibarət komanda isə A qrupunda Moldova seçməsi ilə qarşılaşacaq. Matçın start fiti saat 16:30-da səslənəcək. Komandamız ilk oyunda turnirə ev sahibliyi edən Albaniyaya 56:60 hesabı ilə məğlub olub.xeber100.com

İyul 10, 2024 10:39

Futbolçulardan ibarət Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf turnirində iştirak edəcək. AFFA-nın rəsmi saytı xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Belarus, Özbəkistan və Tacikistan seçmələri ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq, aprelin 23, 25 və 28-də təşkil olunacaq.xeber100.com  

Aprel 18, 2024 3:31
    Page 2 of 830«12345...102030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az