11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Tata Steel Challengers” beynəlxalq şahmat turniri sona çatıb

Niderlandda keçirilən “Tata Steel Challengers” beynəlxalq şahmat turniri sona çatıb. Azərbaycanı ənənəvi yarışda Aydın Süleymanlı təmsil edib. 13 turda 9 xal toplayan şahmatçı yekunda yarışı üçüncü pillədə başa vurub.xeber100.com

Fevral 2, 2026 2:26

Azərbaycan Boks Federasiyası: Milli komanda ilk təlim-məşq toplanışına start verib

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb. Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək. Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.

Fevral 2, 2026 2:18

Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində bu gün ikinci oyuna çıxacaq. Millimiz paytaxt Dəkkədə Banqladeş seçməsi ilə qarşılaşacaq. Milli Stadionda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. İlk matçında Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun komandası bugünkü görüşdə məğlub olmasa, turniri qalib tamamlayacaq.xeber100.com

Dekabr 2, 2025 2:48

“Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçirilib. XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Şükrü Saracoğlu” stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 27-ci dəqiqədə qonaqların heyətində Leroy Sane açıb. 90+5-ci dəqiqədə isə Con Duran bərabərlik qoluna imza atıb. Qeyd edək ki, xallarını 33-ə yüksəldən “Qalatasaray” turnir cədvəlinə başçılıq edir “Fənərbağça” isə 32 xalla ikinci pillədə qərarlaşıb.xeber100.com    

Dekabr 2, 2025 1:41

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçında “Turan Tovuz” I Liqa təmsilçisi “Şahdağ Qusar”ın qonağı olacaq. "SOCAR Polymer Arena"dakı görüş saat 15:00-da başlayacaq. Bu cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq. Digər oyunda isə “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək. Bu görüşün qalibi növbəti raundda “Difai” – “Sumqayıt” cütünün qalibinə rəqib olacaq. Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları dekabrın 3-4-də keçiriləcək.xeber100.com

Dekabr 2, 2025 1:16

Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı keçirilir. Böyüklər arasında keçirilən bu yarışda gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramları üzrə çıxış edəcəklər. Yarışın iki günü təsnifat mərhələsi, sonuncu gün isə finallar baş tutacaq. Bu gün start götürən yarışın açılış mərasimində iştirakçı ölkələrin bayraqları təqdim olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Gimnastikası qurumunun vitse-prezidenti Edvard Kolar açılış mərasimində çıxış ediblər. Sonra Nizami Gəncəvinin ölməz əsərlərinə həsr olunmuş “Nizami xəzinəsi” adlanan bədii hissə təqdim olunub. Bədii hissənin ardından gimnastların çıxışları olub. Bu gün gimnastlar fərdi proqram üzrə çıxış edilər. Yarış noyabrın 16-da yekun vurulacaq.xeber100.com

Noyabr 15, 2025 4:41

Misli Premyer Liqasında X turun növbəti oyunları keçirilib

Misli Premyer Liqasında X turun növbəti oyunları keçirilib. “Zirə” “Karvan-Yevlax”a 3:2 hesabı ilə qalib gəlib. “Neftçi” isə evdə “Kəpəz”i 5:1 hesabı ilə üstələyib. Bu görüşdə Bakı təmsilçisinin ulduz futbolçusu Vensan Abubakar da 1 qolla yadda qalıb. Qeyd edək ki, ötən gün turun açılış matçında “Qarabağ” “İmişli”yə qalib gəlib - 2:0.xeber100.com

Noyabr 1, 2025 8:30

Şahmat yığmaları arasında dünya çempionatına görüşün açılışı olub

Azərbaycan və Özbəkistanın qadınlardan ibarət şahmat komandaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüşün açılış mərasimi keçirilib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. İspaniyanın Linares şəhərində keçiriləcək mötəbər yarışda təşkilatçı ölkə, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən, qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək. Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq. İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn yığma dünya çempionatına vəsiqə qazanacaq.xeber100.com  

Noyabr 1, 2025 8:27

8 Noyabr – Zəfər Gününə həsr edilmiş çempionat keçiriləcək

Noyabrın 11-də Azərbaycan Motosiklet İdmanı Federasiyası Badamdar Avtobazar ərazisində Motokros çempionatı keçirəcək. Çempionat 8 Noyabr – Zəfər Gününə həsr ediləcək. Federasiyadan bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etməkdir. Çempionatda Azərbaycanın ən güclü motokros idmançıları ilə yanaşı, bölgələrdən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Tamaşaçıları maraqlı yarışlar, nümayiş çıxışları, motoşou və motosiklet sərgisi gözləyir. Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov bildirib: “Bu çempionat təkcə idman tədbiri deyil. Bu, qəhrəmanlarımıza ehtiram və gənc nəslə ruh, cəsarət və vətənpərvərlik aşılayan bir simvoldur. Bütün motosport həvəskarlarını və vətəndaşlarımızı bu günü bizimlə birlikdə keçirməyə dəvət edirik”.

Noyabr 1, 2025 8:21

Şahmat sahəsində əməkdaşlıq məqsədilə tərəfdaşlıq sazişi imzalanıb

ABŞ və Azərbaycan arasında şahmat sahəsində əməkdaşlıq məqsədilə Vüqar Həşimov Şahmat Akademiyası ilə San Dieoqonun La Xoya Məktəbi arasında tərəfdaşlıq sazişi imzalanıb. Şahmat Akademiyasının prezidenti Sərxan Həşimovun iştirakı ilə San Dieqo Dövlət Universitetində baş tutmuş imzalanma mərasimindən sonra adıçəkilən ali təhsil müəssisəsində ilk dəfə olaraq Azərbaycan Günü tədbiri keçirilib. Universitetin təşkilati dəstəyi və azərbaycanlı tələbə Vaqif Qiyaslının iştirakı ilə baş tutan tədbir müxtəlif ölkələrdən olan iştirakçılara Azərbaycanın zəngin tarixini, mədəniyyətini, musiqisini və mətbəxini daha yaxından tanıtmaq imkanı yaradıb. Bundan başqa, San Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə 7-ci şahmat turniri keçirilib. Silsilə tədbirlərin davamı olaraq Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda qrosmeyster Vasif Dürarbəylinin iştirakı ilə şahmat həvəskarları üçün görüş təşkil edilib.xeber100.com

May 10, 2025 6:11
    Page 2 of 831«12345...102030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az