05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Sabah” klubunun Avstriyada təlim-məşq toplanışı davam edir

“Sabah” futbol klubunun Avstriyada təlim-məşq toplanışı davam edir. Toplanış çərçivəsində “Sabah”ın keçirəcəyi sonuncu yoxlama oyununda rəqibi Yunanıstanın "Olimpiakos" klubu olacaq. Qarşılaşma iyulun 19-da Avstriyanın “Kematen” stadionunda Bakı vaxt ilə 14:00-da baş tutacaq.xeber100.com

İyul 17, 2023 2:14

“Qol U-15” beynəlxalq futbol turnirinə yekun vurulub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinə yekun vurulub. Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın birgə təşkilatçılığı ilə keçirilən turnirdə 8 komanda iştirak edib. “ASCO Arena”da keçirilən üçüncü yer uğrunda qarşılaşmada “Neftçi” “Səbail” komandasına 2:1 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib çıxıb. Final oyununda "Zirə" və Qırğızıstanın “İlbirs” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda “İlbirs” 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub. İkinci və üçüncü yerlərə "Zirə" və "Neftçi" komandaları layiq görülüblər. Turnirin ən yaxşı oyunçusu Kayrat Kanatov ("İlbirs"), bombardiri Murad Cabbarov ("Sumqayıt", 7 qol), ən yaxşı qapıçısı isə Xəqan Şükürov ("Zirə") seçiliblər. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və “Zirə” PFK-nın baş məşqçisi Rəşad Sadıqov təqdim ediblər.xeber100.com  

İyul 16, 2023 2:58

“Sabah” klubu hazırlıq çərçivəsində növbəti sınağına çıxacaq

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” klubu bu gün hazırlıq çərçivəsində növbəti sınağına çıxacaq. Baş məşqçi Murad Musayevin komandası Almaniyanın İkinci Bundesliqa təmsilçisi “Sankt-Pauli” ilə qarşılaşacaq. İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Xatırladaq ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Əl-Sədd” komandasına qarşı keçirib və 3:1 hesabı ilə qalib gəlib.xeber100.com

İyul 15, 2023 8:30

“Neftçi” futbol klubu “Match TV” beynəlxalq turniri çərçivəsində

Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən Bakının “Neftçi” futbol klubu “Match TV” beynəlxalq turniri çərçivəsində sonuncu oyununu keçirib. Bakı təmsilçisi Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşıb. "Smena" stadionunda keçirilən qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu Edin Ceko vurub. “Neftçi” klubu ilk matçda “Zenit”ə (Rusiya) 1:3, “Srvena Zvezda”ya (Serbiya) isə 0:4 hesabı ilə uduzub. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu ikinci təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.xeber100.com

İyul 15, 2023 8:25

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin matçları üçün təyinatlar bəlli olub. İyulun 27-dəki ilk qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Andrey Çivulete olacaq. Ona Sebastyan George və Daniel Mitruti kömək edəcəklər. Dördüncü hakim funksiyasını Horatiu Fesnic yerinə yetirəcək. Avqustun 3-də baş tutacaq səfərdəki görüşü isveçli baş hakim Adam Ladebek idarə edəcək. Ona yan xətt hakimləri Markus Lundqren Klitte və Daniel İng köməklik göstərəcəklər. Dördüncü hakim isə Yoakim Estlinq olacaq. Qeyd edək ki, ilk matç saat 20:00-da, cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.xeber100.com

İyul 14, 2023 8:31

PSJ futbol klubu İtaliya millisinin üzvünü transfer edib

Fransanın PSJ klubu 18 yaşlı yarımmüdafiəçi Şer Nduru transfer edib. İtaliyalı oyunçu ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Futbolçu 27 nömrəli forma geyinəcək. O, PSJ-yə azad agent kimi keçib. Futbolçu ötən mövsüm “Benfika”nın B komandasında 57 matçda 5 qol vurub, 1 məhsuldar ötürmə edib. Qeyd edək ki, Ndur İtaliyanın gənclərdən ibarət yığmasının üzvüdür.xeber100.com

İyul 12, 2023 2:42

“Səbail” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib

Transfer çalışmalarını davam etdirən Bakının "Səbail" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Bakı təmsilçisi son mövsümü Fransanın "Sedan" komandasında keçirmiş hücumçu Aleksandr Ramalinqomla birillik müqavilə imzalayıb. Madaqaskar millisinin üzvü karyerası ərzində "Marinyan", "Balajn", "Ayaçço", "Marinyan Cinyak", "Bezye" (hamısı Fransa) "Virton" (Belçika) klublarının uğurları üçün çalışıb. Otuz yaşlı futbolçu yığmada 8 oyun keçirib.xeber100.com

İyul 12, 2023 2:38

“Linkoln” – “Qarabağ” matçının birinci hissəsi başa çatıb

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Linkoln” – “Qarabağ” matçının birinci hissəsi başa çatıb. “Viktoriya” stadionunda keçirilən matçın 25-ci dəqiqəsində meydan sahibi komandanın heyətində Kike Qomes hesabı açıb. Görüşün birinci hissəsi Cəbəllütariq təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb - 1:0. Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi ikinci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.xeber100.com

İyul 11, 2023 8:14

Azərbaycan Cüdo Federasiyası seminar təşkil edib

Azərbaycan Cüdo Federasiyası (ACF) “Hakimlik fəaliyyətində özünəinam hissinin əhəmiyyəti” mövzusunda seminar təşkil edib. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Təlimdə peşəkar psixoloq Aytac Sahilin iştirakı ilə hakimlik fəaliyyəti zamanı yaranan münaqişəli vəziyyətlər və hakimlərin özünəinam hissini münaqişəli vəziyyətləri idarəetmədə rolu haqqında ətraflı müzakirələr aparılıb. Psixoloq tərəfindən hakimlərə münaqişəli halların daha effektiv həll olunması üçün xüsusi psixoloji biliklər və effektiv vasitələr haqqında məlumat verilib. Həmçinin hakimlər mövzu ilə bağlı öz təcrübələrini bölüşüb və daha əvvəl yaşadıqları münaqişəli vəziyyətlərdə hansı üsullardan istifadə etdiklərini bildirərək mütəxəssis tərəfindən tövsiyələr alıblar. Təlimin məqsədi hakimlərin yerli və beynəlxalq yarışlarda yaranan münaqişəli vəziyyətləri effektiv həll etməsi və hakimlik fəaliyyətinin daha da səmərəli təşkil edilməsidir. Qeyd edək ki, ACF-in təhsil strategiyasına əsasən, hakimlər üçün davamlı olaraq seminarların keçirilməsi planlaşdırılır.xeber100.com

İyul 8, 2023 2:14

“Linkoln” komandası Çempionlar Liqasının birinci təsnifat mərhələsində

Cəbəllütariqin “Linkoln” komandası Çempionlar Liqasının birinci təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. Komanda 22 futbolçu sifariş edib. Heyətdə qapıçılar - Deyl Kolinq, İvan Villanueva, Nauset Santana, müdafiəçilər - Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano, yarımmüdafiəçilər - Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi, hücumçular - Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro və Xuan Penya yer alıblar. Qeyd edək ki, “Qarabağ” klubu “Linkoln”a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.xeber100.com

İyul 8, 2023 2:12
    Page 20 of 830« First«...10...1819202122...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az