03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Sabah” futbol klubu heyətini müdafiəçi ilə gücləndirib

Bakının “Sabah” futbol klubu heyətini müdafiəçi ilə gücləndirib.AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, ukraynalı müdafiəçi Zurab Oçiqava ilə imzalanan müqaviləyə əsasən futbolçu cari mövsümün sonunadək komandanın formasını geyinəcək.İyirmi beş yaşlı Z.Oçiqava karyerası ərzində Ukraynanın “İlyiçevets” (2014-2015), “Dinamo-2” (Kiyev, 2015-2016), “Dinamo” (Kiyev, 2016-2017), “Olimpik” (Donetsk, 2017-2018), “Dnepr-1” (2018-2019), “Vorskla” (2019-2020) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukraynanın U-21 millisinin üzvü olub.Futbolçu yeni komandasında 3 nömrəli formada çıxış edəcək.xeber100.com

Fevral 18, 2021 8:07

Futzal üzrə “Avro-2022″nin ilkin seçmə mərhələsinin 5-ci qrupunda

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.Azərtac xəbər verir ki, o, futzal üzrə "Avro-2022"nin ilkin seçmə mərhələsinin 5-ci qrupunda martın 10-da keçiriləcək İsrail – Macarıstan oyununu idarə edəcək.xeber100.com

Fevral 17, 2021 2:49

UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinə start verilib

Fevralın 17-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinə start verilib.Azərtac xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma təşkil olunub.Səkkizdəbir final mərhələsinin maraq doğuran görüşlərindən biri İspaniyada “Nou Kamp” stadionunda keçirilib.Barselona” öz meydanında Fransa çempionu “Paris Sen-Jermen” komandasını qəbul edib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 1:4. Fransalıların heyətində Kilyan Mbappe (3) və Mouse Kin fərqləniblər. Kataloniyalıların yeganə qoluna penaltidən Lionel Messi imza atıb.Günün ikinci qarşılaşmasında İngiltərənin “Liverpul” klubu Almaniyanin “Leyptsiq” komandasının qonağı olub. Koronavirusa görə, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılıb.Bu qarşılaşma da qonaqların qələbəsi ilə yekunlaşıb.Mersessayd təmsilçisi 53-cü və 56-cı dəqiqələrdə Məhəmməd Salah və Sadio Manenin sayəsində fərqlənərək qələbə qazanıb.Bu komandaların arasında cavab görüşləri martın 11-də keçiriləcək.xeber100.com

Fevral 17, 2021 2:46

“Sabah”ın “Zirə”yə qarşı Premyer Liqanın XV tur oyununda

"Sabah"ın "Zirə"yə qarşı Premyer Liqanın XV tur oyununda (2:2) zədələnərək xəstəxanaya yerləşdirilən futbolçusu Tiemoku Fofana evə buraxılıb.Azərtac xəbər verir ki, müayinələrdən sonra Fil Dişi Sahilindən olan futbolçuda beyin silkələnməsi aşkarlanmayıb. Üç dişi qırılan forvardın dodağına tikiş atılıb. Fofana qarşıdakı iki günü istirahət etməklə keçirəcək. Ardınca o, məşqlərə başlaya bilər.Xatırladaq ki, 21 yaşlı futbolçu "Zirə" ilə matçda rəqib futbolçu ilə toqquşduqdan sonra mübarizəni davam etdirə bilməmiş, birbaşa xəstəxanaya aparılmışdı.xeber100.com

Fevral 17, 2021 2:44

“Carnavales de Gran Canaria 2021” turnirinə yekun vurulub

Blits üzrə onlayn formatda keçirilən “Carnavales de Gran Canaria 2021” turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçılarının da iştirak etdikləri yarışda 11 turdan 10 xal toplayan hindistanlı qrossmeyster Raunak Sadvani qalib adını qazanıb.Şahmatçılarımız arasında ən yüksək nəticəni Vüqar Rəsulov və Zaur Məmmədov göstəriblər. Onlar 9 xalla ilk onluqda yer alıblar.“Lichess.org” platforması vasitəsilə keçirilən yarışda 600-dən çox şahmatçı iştirak edir.xeber100.com

Fevral 17, 2021 2:41

“Mançester Yunayted” futbolçusu ilə yeni anlaşma imzalayıb

“Mançester Yunayted” futbolçusu Meyson Qrinvud ilə yeni anlaşma imzalayıb.Azərtac xəbər verir ki, klub 19 yaşlı forvard ilə razılığa gəlib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Müqavilənin müddəti 2025-ci ilə qədərdir və bir il uzatmaq şərti var.Qeyd edək ki, 6 yaşından klub akademiyasında çıxış edən Meyson 2018-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.xeber100.com

Fevral 16, 2021 4:52

Fevralın 19-21-də şahmat üzrə dünya çempionatı keçiriləcək

Fevralın 19-21-də onlayn formatda birinci şirkətlərarası şahmat üzrə dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında məlumat verilib.Məlumatda qeyd edilib ki, çempionatda hər birinin heyətində dörd şahmatçı olan komandalar mübarizə aparacaqlar. Komandaların üzvlərindən ən azı biri qadın şahmatçı olmalıdır. Bundan əlavə, komandada yalnız bir peşəkar oyunçunun (FIDE reytinqi 2500-dən yuxarı) iştirakına icazə verilir. Hər matçda iştirak edəcək heyətdə oyunçulardan ən azı üçü təmsil etdiyi şirkətin işçiləri olmalıdır.FIDE-nin prezidenti Aleksandr Dvorkoviç turnirdə iştirak etmək üçün 350-ə yaxın komandanın müraciət etdiyini, onların tələb olunan meyarlara uyğunluğu yoxlanıldıqdan sonra dünyanın ən böyük şirkətləri də daxil olmaqla 282 komandanın yarışa buraxıldığını bildirib.Qeyd edək ki, yarışda Azərbaycan şahmatçıları da təmsil olunacaqlar. Belə ki, “SOCAR”ın əsas komandası “SOCAR” və ikinci komandası “SOCAR AQS” dünya çempionatında mübarizə aparacaq.xeber100.com

Fevral 16, 2021 4:50

“Sumqayıt” futbol klubu ilk böyük hesablı qələbəsini qazanıb

“Sumqayıt” futbol klubu cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb.Azərtac xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun yetirmələri Premyer Liqanın XV turunda “Səbail”in qapısından üç cavabsız top keçirib. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə böyük hesabla 2018/2019-cu il mövsümünün ikinci turunda qalib gəlib. Həmin vaxt səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edən sumqayıtlılar 2018-ci il avqustun 19-dan sonra belə qələbə qazanmamışdı. Bu iki il yarım ərzində komanda 60 görüşdə üç və ya daha artıq top fərqi ilə qalib gəlməyib.“Sumqayıt” öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/2013-cü il mövsümündə “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə imza atmamışdı.xeber100.com

Fevral 16, 2021 3:36

Beynəlxalq Triatlon Birliyi növbəti təqvimini açıqlayıb

Beynəlxalq Triatlon Birliyi (BTİ) yeni mövsümün təqvimini açıqlayıb.Azərtac xəbər verir ki, mövsüm mayın 8-9-da Osakada (Yaponiya) keçiriləcək dünya kuboku ilə açılacaq. Cari ildə, ümumilikdə, 9 turnirin təşkili planlaşdırılır.Dünya triatlon seriyasına gəlincə, ilk mərhələ mayın 15-də Yokohamada (Yaponiya) baş tutacaq.Xatırladaq ki, əvvəllər qurumun İcraiyyə Komitəsi Olimpiya seçmə yarışlarının mayın 1-dən sonra davam etdirilməsinə qərar verib.xeber100.com

Fevral 16, 2021 3:23

“Gimnastika hamı üçün” növü üzrə birinci onlayn milli festival keçirəcək

Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq martın 19-da “Gimnastika hamı üçün” növü üzrə birinci onlayn milli festival keçirəcək.Azərtac federasiyaya istinadla xəbər verir ki, festival saat 14:00-da baş tutacaq. Festivalda iştirak ödənişli əsaslarla həyata keçirilir və 1 qrup üçün iştirak haqqı 30 manat təşkil edir. Yığılan məbləğ xeyriyyə məqsədilə istifadə olunacaq.Festivalın direktoru Mariana Vasilevanın sözlərinə görə, festivalın təşkil edilməsində məqsəd pandemiya dövründə idmançı ruhunu qorumaq və bu idman növünü təbliğ etməkdir.xeber100.com

Fevral 15, 2021 7:16
    Page 215 of 830« First«...102030...213214215216217...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az