Ənənəvi “Tata Steel Masters” şahmat festivalı davam edir

Niderlandın Veyk-an-Zee şəhərində ənənəvi "Tata Steel Masters" şahmat festivalı davam edir.Azərtac xəbər verir ki, turnirin 10-cu turunun oyunlarının mərkəzi görüşü dünya reytinqində birinci və ikinci pillələrdə qərarlaşan norveçli Maqnus Karlsenlə amerikalı Fabiano Karuana arasında keçirilib. Onların mübarizəsi sülhlə nəticələnib. İki tur əvvəl dünya çempionu Maqnus Karlseni məğlub edən, daha sonra isə Alireza Firuzca (FİDE) ilə sülh bağlayan 18 yaşlı rusiyalı şahmatçı Andrey Yesipenko bu turda ispaniyalı David Anton Quijarronu məğlub edərək ümumi qələbə uğrunda mübarizəni davam etdirir. Meydan sahibi Aniş Girinin turnirdəki uğurlu çıxışını xüsusi qeyd etmək lazımdır. "Heç-heçələr kralı" kimi tanınan Giri 2021-ci ilin ilk turnirində möhtəşəm performans göstərərək yarışda dördüncü qələbəsini qazanıb. Bu dəfə o, polşalı Radoslav Voytaşekdən üstün olub. Qazanılan qələbə Girini yarışın vahid lideri edib.Beləliklə, 10 turdan sonra Alireza Firuzca, Fabiano Karuana, Andrey Yesipenko 6,5 xalla 2-4-cü, niderlandlı Yorden Van Forest 6 xalla 5-ci, Maqnus Karlsen 5,5 xalla 6-cı yerdə qərarlaşıblar. Sonrakı pillələrdə isə hindistanlı Pentala Harikrişna, İsveç təmsilçisi Nils Qrandelius (5 xal, 7-8-ci yer), fransalı Maksim Vaşye-Laqrav, polşalı Yan Kşiştov Duda, norveçli Aryan Tari (4 xalla 9-11-ci yer), David Anton Quijarro, Radoslav Voytaşek (3,5 xal, 12-13-cü yer), Almaniya təmsilçisi Aleksander Donçenko (3 xal, 13-cü yer) yer alıblar.xeber100.com

Yanvar 28, 2021 7:08

Ənənəvi “Tata Steel Masters” şahmat festivalı davam edir

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Steel Masters” şahmat festivalı davam edir.Azərtac xəbər verir ki, yanvarın 16-da start götürən mötəbər turnirin səkkizinci turunda gözlənilməz nəticələr qeydə alınıb. Gənc və perspektivli rusiyalı şahmatçı Andrey Yesipenko səkkizinci turda dünya çempionu Maqnus Karlseni məğlub edib. Bu tur daha bir gənc şahmatçı - FIDE-nin bayrağı altında çıxış edən iranlı Alireza Firuzca üçün uğurlu olub. Qara fiqurlarla hindistanlı Pentala Harikrişna üzərində qazandığı parlaq qələbə iranlı şahmatçının turnirdə vahid liderliyini təmin edib. Bu qələbə onun turnirdə ardıcıl üçüncü qələbəsidir. Turun digər qarşılaşmaları isə heç-heçə nəticələnib.Beləliklə, səkkiz turdan sonra Alireza Firuzcadan (5,5 xal) yarım xal geridə qalan niderlandlı Yorden Van Forest, Aniş Giri, amerikalı Fabiano Karuana, rusiyalı Andrey Yesipenko 2-5-ci yerləri bölüşürlər. İsveç təmsilçisi Nils Qrandelius 4,5 xalla 6-cı, hindistanlı Pentala Harikrişna, Maqnus Karlsen 4 xalla 7-8-ci, Polşa təmsilçisi Radoslav Voytaşek 3,5 xalla 9-cu pillədədirlər. Səkkiz turdan 3 xal toplayan ispaniyalı David Anton Quixarro, polşalı Yan Kşiştov Duda, fransalı Maksim Vaşe-Laqrav və aktivində 2,5 xal olan Almaniya təmsilçisi Aleksander Donçenko digər yerlərdə qərarlaşıblar.Xatırladaq ki, yarış iştirakçılarının ilkin siyahısında həmyerlimiz Şəhriyar Məmmədyarov da yer alırdı. Lakin Ş.Məmmədyarov koronavirusdan yeni sağalması ilə əlaqədar turnirdə iştirakdan imtina edib.xeber100.com

Yanvar 25, 2021 1:27