03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Maynts” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

Almaniyanın “Maynts” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Bundesliqa təmsilçisini Bo Svensson çalışdıracaq. Qırx bir yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.2015-2019-cu illərdə “Maynts”da məşqçilik edən danimarkalı mütəxəssisin son iş yeri Avstriyanın “Liferinq” komandası olub.B.Svensson baş məşqçi postunda Yan-Morits Lixteni əvəzləyib.xeber100.com

Yanvar 5, 2021 2:43

Misir həndbol üzrə 27-ci dünya çempionatına ev sahibliyi edəcək

Yanvarın 13-dən fevralın 1-dək Misir həndbol üzrə kişilər arasında 27-ci dünya çempionatına ev sahibliyi edəcək.Azərtac xəbər verir ki, yanvarın 3-də çempionatda iştirak edəcək ilk komanda – Yaponiya yığması Qahirəyə gəlib. Yapon idmançılar sabahdan etibarən COVID-19 pandemiyası şəraitində yüksək təhlükəsizlik tədbirləri görülən Yeni Qahirə idman sarayında məşqlərə başlayacaq və yanvarın 5-də Misir yığması ilə yoldaşlıq görüşü keçirəcəklər.Beynəlxalq Həndbol Federasiyasının qərarı ilə builki dünya çempionatı 27 deyil, 32 milli komandanın iştirakı ilə keçiriləcək. Onlar ilk mərhələdə səkkiz qrupda mübarizə aparacaqlar. Hazırkı dünya çempionu Danimarka Misirdə keçiriləcək çempionatda öz titulunu qorumağa çalışacaq. Oyunlar Qahirə, İsgəndəriyyə, Giza və Yeni Qahirədəki idman komplekslərində keçiriləcək.xeber100.com

Yanvar 4, 2021 2:57

“Atletik” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib

İspaniyanın “Atletik” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Bilbao təmsilçisi Marselino Qarsiya Torala tapşırılıb.Əlli beş yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Qaiska Qaritanonu əvəzləyib.Qeyd edək ki, Toral daha əvvəl İspaniyanın “Valensiya”, “Vilyarreal”, “Sevilya”, “Rasinq”, “Saraqosa”, “Rekreativo”, “Sportinq” və “Lealtade” komandalarına rəhbərlik edib.xeber100.com

Yanvar 4, 2021 2:54

“Səbail” futbol komandası üç futbolçusu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” komandası üç futbolçusu ilə yollarını rəsmən ayırıb.Azərtac xəbər verir ki, Murad Qayalı və Əli Sadıxovla qarşılıqlı razılıq əsasında müqaviləni pozan paytaxt təmsilçisi “Sabah”dan cari mövsümün sonunadək icarəyə götürdüyü Arsen Ağcabəyovu da geri qaytarıb.Qeyd edək ki, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev daha əvvəl Orxan Qurbanlı ilə də vidalaşdıqlarını açıqlayıb.xeber100.com

Yanvar 4, 2021 2:54

Beynəlxalq Voleybol Federasiyası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Voleybol Federasiyası (FIVB) milli komandaların reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması mövqeyini qoruyub. Belə ki, hesabında 127 xal olan millimiz 26-cı pillədə qərarlaşıb.Çin millisi 391 xalla siyahıya başçılıq edir. ABŞ 382 xalla ikinci, Braziliya 328 xalla üçüncüdür.xeber100.com

Yanvar 4, 2021 2:50

Futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində

Yanvarın 3-də futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Antalyaspor”u qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qapılar toxunulmaz qalıb - 0:0.Günün digər matçlarında isə "Alanyaspor" doğma meydanda "Başakşəhər"in qapısından üç cavabsız qol keçirib. "Ankaragücü"də öz meydanında "Yeni Malatyaspor"u 3:1 hesabı ilə üstələyib. "Konyaspor" səfərdə "Hatayspor"a 1:2 hesabı ilə uduzub. "Ərzurumspor" - "Qaziantep" görüşündə 1:1, "Sivasspor" - "Dənizlispor" qarşılaşmasında isə 2:2 hesablı heç-heçə qeydə alınıb.Hazırda Türkiyə Superliqasına 30 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Qalatasaray" ikinci, 28 xal toplayan "Qaziantep" klubu isə üçüncü pillədə qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.xeber100.com

Yanvar 3, 2021 3:06

İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib

Yanvarın 3-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Çelsi” klubu öz meydanında “Mançester Siti” komandasını qəbul edib.Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində İlkay Gündoğan, Fil Foden və Kevin de Brüyne, London təmsilçisində isə Kallum Hadson-Odoi fərqləniblər.Bu qələbə sayəsində “Mançester Siti” xal ehtiyatını 29-a çatdıraraq 5-ci yerdə, “Çelsi” isə 26 xalla 8-ci yerdə qərarlaşıb.xeber100.com

Yanvar 3, 2021 3:04

İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunu keçirilib

Yanvarın 3-də futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, lider “Milan” səfərdə “Benevento” komandasının qonağı olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.Milanlılar hesabı oyunun 15-ci dəqiqəsində açıb. Hakimin təyin etdiyi penaltini Frank Kessi dəqiq zərbə ilə tamamlayıb. Görüşün 34-cü dəqiqəsində “Milan”nın futbolçusu Sandro Tonali qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Azlıqda qalmalarına baxmayaraq fasilədən sonra “Milan” yenidən fərqlənib. Rafael Leao qapıçının səhvini bağışlamayıb. Oyunun 61-ci dəqiqəsində “Benevento” 11 metilik cərimə zərbəsini vura bilməyib.Bu qələbədən sonra “Milan” 37 xalla liderliyini davam edir. “Benevento” isə 18 xalla 10-ci yerdə qərarlaşıb.Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında və top-5 liqalarda cari mövsüm uduzmayan yeganə klubdur.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “İnter” - “Krotone” - 6:2; “Atalanta” - “Sassuolo” - 5:1; “Genoa” - “Latsio” - 1:1; “Kalyari” - “Napoli” - 1:4; “Parma” - “Torino” - 0:3; “Roma” - “Sampdoriya” - 1:0; “Spezia” - “Verona” - 0:1; “Fiorentino” - “Bolonya” - 0:0.xeber100.com

Yanvar 3, 2021 3:02

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki avtodromda “Dakar” rallisinə start verilib

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki avtodromda 2021-ci il “Dakar” rallisinə start verilib.Azərtac xəbər verir ki, krallığın ərazisində 13 gün davam edəcək yürüşdə dünyanın müxtəlif ölkələrindən olan 500 yarış iştirakçısı 7600 kilometr məsafə qət edəcək.Səudiyyə Ərəbistanın İdman Nazirliyinin məlumatında qeyd olunub ki, ralli iştirakçıları bu ölkənin 10 şəhərindən keçəcəklər. Avtomobil, motosiklet, mühafizə motosikletləri, yük maşınları və yüngül səhra maşınları yeni “Dakar Klassik” kateqoriyasında yarışacaq.“2021 Dakar Rally” dünyanın ən təhlükəli yarışlarından hesab edilən rallinin 43-cüsü olacaq. Rallidə iki, yaxud üç ekipaj üzvü olmaqla (sürücü, pilot və mexanik) 41 komanda iştirak edir. Ralli iştirakçılarının arasında 16 qadın var.xeber100.com

Yanvar 3, 2021 3:00

“Airthings Masters” turnirinin final oyunlarına start veriləcək

Bu gün “Champions Chess Tour” çərçivəsində onlayn “Airthings Masters” turnirinin final oyunlarına start veriləcək.Azərtac xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov həlledici mərhələdə ermənistanlı Levon Aronyanla mübarizə aparacaq.Qeyd edək ki, şahmatçımız yarımfinalın iki matçında rusiyalı Daniil Dubovu 5:1 hesabla məğlub edərək finala yüksəlib.Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır ki, onun da 60 mini qalibə çatacaq.xeber100.com

Yanvar 2, 2021 7:45
    Page 224 of 830« First«...102030...222223224225226...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az