11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə İspaniya çempionatının XVIII turunda qələbə sevinci

Futbol üzrə İspaniya çempionatının XVIII turunda səfərdə “Selta” üzərində 4:0 hesablı qələbə “Vilyarreal” üçün əlamətdar olub.Azərtac xəbər verir ki, bu, komandanın ölkə çempionatlarında üçüncü ən böyük hesablı səfər qələbəsi kimi klubun tarixinə düşüb.“Vilyarreal” sonuncu dəfə bu rekordu 16 il əvvəl - 2005-ci ildə “Real Sosyedad”ı səfərdə dörd cavabsız qolla məğlubiyyətə uğradarkən əldə edib.Unai Emerinin başçılıq etdiyi kollektiv 18 turdan sonra 32 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.“Vilyarreal” cari mövsümdə UEFA Avropa Liqasında Ağdamın “Qarabağ” komandası ilə eyni qrupda mübarizə aparıb. “Qarabağ” İspaniya təmsilçisi ilə İstanbulda keçirildiyi ev oyununda 1:3 hesabı ilə uduzub. “Qarabağ” klubu cavab görüşündə iştirak etmədiyi üçün texniki məğlubiyyət (0:3) alıb.xeber100.com

Yanvar 9, 2021 4:37

“Mançester Siti” futbol klubu “ həlledici matçda Tottenhem”lə üz-üzə gələcək

İngiltərənin “Mançester Siti” futbol klubu Liqa Kubokunda ardıcıl dördüncü dəfə finala yüksələn ikinci komanda olub.Azərtac xəbər verir ki, komanda yarımfinalda “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub etməklə bunu bacarıb.1981-1984-cü illərdə “Liverpul” eyni turnirin finalında oynayıb.Qeyd edək ki, “Mançester Siti” aprelin 25-də həlledici matçda “Tottenhem”lə üz-üzə gələcək.xeber100.com

Yanvar 8, 2021 2:54

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək qarşılaşmanın stadionu açıqlanıb.Azərtac xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeş qurumun rəsmi saytına açıqlamasında matçın paytaxt Lissabonda yerləşən və “Sportinq” klubuna məxsus olan “Joze Alvalade” arenasında oynanılacağını bildirib.Qeyd edək ki, martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Azərbaycan millisi “A” qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.xeber100.com

Yanvar 8, 2021 2:52

Şahmatçılar arasında “Sarja” kuboku yarışı start götürəcək

Bu gün “Lichess.org” platforması vasitəsilə qadın şahmatçılar arasında “Sarja” kuboku yarışı start götürəcək.Azərtac xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə Azərbaycanı 8 şahmatçı təmsil edəcək. Sayca 11-ci dəfə təşkil ediləcək turnirə şahmatçılarımız Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərmin Xələfova, Xəyalə Abdulla, Fidan Ağasıyeva və Aytac Məmmədov qatılacaqlar.Yarışda ümumilikdə 307 şahmatçı iştirak edəcək. Turnirin seçmə mərhələsində iştirakçılar İsveçrə sistemi üzrə blits turnirində mübarizə aparacaqlar. Onların arasından ən yaxşı nəticə göstərən şahmatçılar rapid (15 dəqiqə + 5 saniyə) üzrə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.Turnir yanvarın 9-dək davam edəcək.xeber100.com

Yanvar 7, 2021 2:23

Türkiyə çempionatının XVII turu çərçivəsində keçirilən qarşılaşmada

Yanvarın 5-də futbol üzrə Türkiyə çempionatının XVII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Konyaspor”un qonağı olub.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri rəqibinə 4:3 hesabı ilə məğlub olublar. Konya klubunun heyətində Erdon Daçi (41, 46), Uğur Demirok (82) və Artem Kravets (90+2) fərqlənib. “Qalatasaray”ın qollarını isə Mbaye Caqne (45+2, 77) və Oğulcan Çağlayan (90+4) vurub.Günün digər matçlarında isə “Qaziantep” doğma meydanda “Ankaragücü”nü iki cavabsız qolla üstələyib. “Yeni Malatyaspor” – “Sivasspor” qarşılaşmasında isə 2:2 hesablı heç-heçə qeydə alınıb.Hazırda Türkiyə Superliqasına 31 xalla “Qaziantep” başçılıq edir. Onunla eyni xala malik olan “Beşiktaş” ikinci, 30 xal toplayan “Alanyaspor” klubu üçüncü pillədə qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XVII turda “Kasımpaşa” istirahət edir.xeber100.com

Yanvar 6, 2021 11:41

“Sabah” klubu futbolçusu ilə müqavilə müddətini uzadıb

“Sabah” klubu futbolçusu Şakir Seyidovla müqavilə müddətini uzadıb.Azərtac kluba istinadla xəbər verir ki, yeni müqavilənin müddəti 2023-cü ilin iyun ayınadək nəzərdə tutulub.Futbolçu 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. İyirmi bir yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib və 2 qola imza atıb.Qeyd edək ki, futbolçunun “Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.xeber100.com

Yanvar 6, 2021 11:39

Ukrayna Olimpiya Oyunlarına ev sahibliyi etməyə iddialıdır

Ukrayna 2030 və ya 2032-ci illərin Olimpiya Oyunlarına ev sahibliyi etməyə iddialıdır.Azərtac xəbər verir ki, bu barədə İctimai Televiziyaya müsahibəsində Ukraynanın gənclər və idman naziri Vadim Qutstay məlumat verib.Onun sözlərinə görə, 10 ildən sonra Ukraynanın infrastrukturu Olimpiya oyunlarının keçirilməsinə cavab verəcək.Nazir bildirib ki, hazırda Ukrayna hökuməti Olimpiya oyunlarının hansı şəhərlərdə keçirilməsi və büdcə xərclərini müzakirə edir.xeber100.com

Yanvar 5, 2021 2:50

“Neftçi” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub

“Neftçi” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub. Əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Eduardo Karo yetirəcək.Azərtac kluba istinadla xəbər verir ki, 28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.Qeyd edək ki, İspaniyanın “Terrassa”, “Gava”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” U-23 və Türkiyənin “Gənclərbirliyi” klublarında çalışmış Karo 2019/2020-ci il mövsümündə “Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi olub.xeber100.com

Yanvar 5, 2021 2:48

“Avro-2023”ün seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib

İyirmi bir yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək “Avro-2023”ün seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib.Azərtac xəbər verir ki, püşkatma mərasimi yanvarın 28-də İsveçrənin Nyon şəhərində baş tutacaq. Bakı vaxtı ilə saat 13:00-da başlayacaq püşkatmada 53 komandanın rəqibi bilinəcək.Püşkatma zamanı komandalar 9 qrupa bölünəcək. Səkkiz qrupda 6, bir qrupda isə 5 komanda mübarizə aparacaq. Doqquz qrup qalibi və ən yaxşı nəticə göstərən ikinci yerin sahibi final mərhələsinə birbaşa yollanacaq. Digər 8 qrupun ikinciləri 4 vəsiqə üçün 2022-ci ilin sentyabrında pley-off oyunları keçirəcəklər.Azərbaycan millisi püşk zamanı 5-ci səbətdə Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları və Latviya yığmaları ilə birgə yer alacaq.Qeyd edək ki, seçmə mərhələ bu ilin martından gələn ilin iyununadək keçiriləcək. Final mərhələsi isə 2023-cü ilin iyun-iyul aylarında baş tutacaq.xeber100.com

Yanvar 5, 2021 2:46

“Maynts” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

Almaniyanın “Maynts” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Bundesliqa təmsilçisini Bo Svensson çalışdıracaq. Qırx bir yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.2015-2019-cu illərdə “Maynts”da məşqçilik edən danimarkalı mütəxəssisin son iş yeri Avstriyanın “Liferinq” komandası olub.B.Svensson baş məşqçi postunda Yan-Morits Lixteni əvəzləyib.xeber100.com

Yanvar 5, 2021 2:43
    Page 224 of 831« First«...102030...222223224225226...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az