“Qarabağ” klubu UEFA Avropa Liqasında dördüncü oyununu keçirəcək

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında dördüncü oyununu keçirəcək.Azərtac xəbər verir ki, Ağdam klubu I qrupundakı 4-cü tur matçında Türkiyə "Sivasspor"u ilə qarşılaşacaq.Ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək Azərbaycan çempionu qrupda xalsız yeganə komandadır və sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. "Köhlən atlar" bu görüşdə də uduzsa, pley-offa çıxmaq şanslarını itirəcək.Hər iki komanda matça ciddi itkilərlə çıxacaq. "Qarabağ"da Filip Ozobiç cəza səbəbindən, Maksim Medvedev və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar. Digər zədəlilər - Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacaqları sual altındadır. "Sivasspor"da isə 8 futbolçu koronavirus probleminə görə oynaya bilməyəcəklər. Onların arasında əsas heyət üzvlərinin də olduğu bildirilir.Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Təl-Əviv "Makkabi"si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.xeber100.com

Noyabr 26, 2020 1:59

“Qarabağ Azərbaycandır!” beynəlxalq şahmat turniri keçiriləcək

Dekabrın 5-6-da “Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq şahmat turniri keçiriləcək.Azərtac xəbər verir ki, 17 yaşadək şahmatçılar arasında keçiriləcək yarış seçmə və final olmaqla iki mərhələdən ibarət olacaq. Seçmə mərhələdə Azərbaycanın məktəbli şahmatçılarından 50, digər ölkələrin hər birindən isə 10 şahmatçı iştirak edəcək. Bu mərhələ üzrə ilk 30 yeri tutmuş şahmatçı finala vəsiqə qazanacaq. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak hüququ qazanacaqlar.Turnirin “YouTube” vasitəsilə birbaşa yayımlanması nəzərdə tutulub. Yarışın əsasnaməsinə uyğun olaraq, qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.“Qarabağ Azərbaycandır!” onlayn turnirinin keçirilməsində məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının qeyd edilməsi, dünyada koronavirus (COVID-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir.Turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunacaq.xeber100.com

Noyabr 26, 2020 1:52

Beynəlxalq Cüdo Federasiyasının qərarına əsasən…

Beynəlxalq Cüdo Federasiyasının (İJF) İcraiyyə Komitəsi 2020-ci ildə keçirilməsi planlaşdırılan Dünya Cüdo Turunun dayandırılmasına qərar verib.Azərtac təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, oktyabr ayının sonunda Macarıstanda “Böyük dəbilqə” yarışının uğurla təşkilindən sonra IJF ilin sonuna qədər dünya turu çərçivəsində ən azı daha bir turnir keçirəcəyini planlaşdırsa da, bu, baş tutmayıb: “Keçirilməsi nəzərdə tutulan yarış Xorvatiyada baş tutacaq Zagreb Qran-Prisi idi. Qlobal sağlamlıq böhranı dünyanın əksər yerlərində şiddətləndiyi və getdikcə daha çox ölkədə COVID-19 virusunun yayılması hamını ciddi tədbirlər görməyə sövq edir. Hazırkı vəziyyətdə yarışların qadağan olunduğu, bəzi hallarda idmançılar üçün məşqlərin belə mümkün olmadığına görə təşkilat Dünya Cüdo Turu yarışlarının təşkilini dayandırmağa qərar verib”.İJF-nin prezidenti Marius Vizer hazırkı pandemiya şəraitində yaranmış vəziyyətə görə təəssüf hissi keçirdiyini bildirib. O, qeyd edib ki, dünya xalqlarının təhlükəsizliyini təmin etmək üçün hökumətlərin səylərinə hörmətlə yanaşılmalıdır. M.Vizer qurumun 2021-ci ilin gələn ilin yanvar ayında Qatarda keçiriləcək “Masters” turnirinin yüksək səviyyədə təşkili üçün səy göstərəcəyini bildirib.Qeyd edək ki, Azərbaycan komandası bu il Dünya Cüdo Turu çərçivəsində keçirilmiş dörd turnirin hamısında iştirak edib. Belə ki, pandemiya başlamazdan əvvəl Parisdə və Düsseldorfda təşkil edilən “Böyük dəbilqə” ilə yanaşı, Təl-Əviv Qran-Prisi və uzun fasilədən sonra keçirilən Budapeşt “Böyük dəbilqə”sində komandamız 7 medal - bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıblar.Qeyd edək ki, Azərbaycanın cüdo yığması noyabrın 19-da Praqada start götürəcək Avropa çempionatında iştirak edəcək. Yığmamız qitə çempionatında 14 cüdoçu ilə təmsil olunacaq.xeber100.com

Noyabr 17, 2020 12:52