UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilir

Oktyabrın 20-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilir.Azərtac xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.“H” qrupunda yer alan Türkiyənin “Başakşehir” klubu ilk matçında Almaniyanın “Leyptsiq” komandasının qonağı olacaq. Ötən mövsüm Türkiyə Superliqasının qalibi olan komanda qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində debüt edəcək. Bu qrupun digər qarşılaşmasında “Paris Sen-Jermen” Fransada İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edəcək.“A” qrupunda mübarizə aparan UEFA Avropa Liqasının sonuncu qalibi İspaniyanın “Sevilya” klubu İngiltərənin “Çelsi” komandasını qonağı olacaq.Günün digər görüşləri aşağıdakılardır: “E” qrupu “Çelsi” (İngiltərə) – “Sevilya” (İspaniya), “Renn” (Fransa) – “Krasnodar” (Rusiya), “F” qrupu “Zenit” (Rusiya) – “Brügge” (Belçika), “Latsio” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya), “G” qrupu “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya), “Barselona” (İspaniya) – “Ferentsvaroş" (Macarıstan), “H” qrupu PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə), “Leyptsiq” (Almaniya) – “Başakşehir” (Türkiyə). Qeyd edək ki, qrup mərhələsinin digər oyunlar oktyabrın 21-də olacaq.xeber100.com

Oktyabr 20, 2020 2:14

“Hər şey Vətən üçün” adlı yarışlara start verilib

Oktyabrın 16-dan 18-dək Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən “Hər şey Vətən üçün” adlı tədbirdə ilk günün yarışlarına start verilib.Azərtac xəbər verir ki, Ordumuza dəstək və milli ruhun yüksəldilməsi məqsədilə keçirilən tədbirdə ilk olaraq “E” kateqoriyası üzrə 80 santimetr hündürlükdə qurulan maneələrdən ibarət konkur yarışında yeniyetmələrdən ibarət idmançılar iştirak ediblər. 14 idmançının 16 atla iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançısı Rəna Axundova “Tibet” ləqəbli atla öz rəqiblərinə qalib gələrək “Ərgünəş Kuboku”nun qalibi olub. Eyni zamanda, məktəbin idmançıları, Elman Mirzəyev “Ak’s Clientus” ləqəbli atla 3-cü, Emin Rzayev “Light Limerick” ləqəbli atla 4-cü yerin sahibi olublar. “Elite Horse&Polo Klubu”nun idmançıları Ramil İbrahimov “Alart S” ləqəbli atla 2-ci, Məhəmməd İskəndərov “Cera 59” ləqəbli atla 5-ci yerdə qərarlaşıblar.Günün 2-ci yarısı saat 12:30-dan etibarən başlayıb. “A**” kateqoriyası üzrə hündürlüyü 110-115 santimetr olan yarışda 14 idmançı 18 atla iştirak edib. Nəticədə 1-ci və 2-ci yerlərdə “Gilan Atçılıq Klubu”nun idmançısı Rahib İsmayılov müvafiq olaraq “Khazar” və “Welga” ləqəbli atlarla qərarlaşıb. Bununla da o, Hadrut kubokunun qalibi olub.3-cü yerdə “Buta Qolden Atçılıq İdman Klubu”nun idmançısı “Astrello” ləqəbli atla Eqor Morotskiy, 4-cü yerdə isə “D’amour” ləqəbli atla “Murad Atçılıq Klubunun” idmançısı Kənan Novruzov qərarlaşıb. “Sərhədçi Atçılıq Klubu”nun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla 5-ci yerin sahibi olub.Tədbirin proqramına uyğun olaraq sabah atçılığın konkur növü “Qarabağ Kuboku” uğrunda idmançılar öz güclərini sınayacaqlar. Yarış Binə Atçılıq Mərkəzinin ərazisində saat 11:00-dan etibarən keçiriləcək.xeber100.com

Oktyabr 17, 2020 3:50

Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Hər şey vətən üçün” adlı yarış keçiriləcək

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı uğurlu əks-həmlə əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vuran və əzəli torpaqlarımızı işğaldan azad etməsi hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi oyatmaqla yanaşı, cəmiyyətdə sonsuz ruh yüksəkliyinə səbəb olub.Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə oktyabrın 16-18-də şanlı ordumuzun qəhrəmanlığına həsr olunmuş “Hər şey Vətən üçün” adlı tədbir keçiriləcək.ARAF-dan Azərtac-a bildiriblər ki, tədbir çərçivəsində oktyabrın 16-da və 17-də atçılığın konkur növü üzrə yeniyetmələr arasında “Ərgünəş”, peşəkar idmançılar arasında isə “Hadrut” və “Qarabağ” kubokları uğrunda yarışlar təşkil olunacaq.Oktyabrın 18-də isə müxtəlif yaş kateqoriyalarında ingilis, Qarabağ və Dilbaz atlarının iştirakı ilə 5 qaçışdan ibarət cıdır yarışları təşkil olunacaq. Ordumuza dəstək məqsədilə keçirilməsi planlaşdırılan yarışda jokeylər öz atları ilə müvafiq olaraq “Suqovuşan”, “Murov”, “Cəbrayıl”, “Füzuli” və “Qarabağ” kubokları uğrunda mübarizə aparacaqlar.Tədbir yuxarıda qeyd olunan tarixlərdə saat 11:00-dan etibarən Binə Atçılıq Mərkəzində təşkil olunacaq.xeber100.com

Oktyabr 15, 2020 8:36