“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək

Bu gün Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, I qrupunda yer alan Ağdam təmsilçisi ikinci sınağında İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gələcək.Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.Matç Çexiyadan olan hakimlər briqadasına həvalə edilib. Görüşün əsas hakimi Referi Pavel Orelə olacaq. Ona həmyerliləri Petr Blajey və İrji Krjij kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.Qarşılaşmanın hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqova olacaq.“Köhlən atlar” Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyunu İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda keçirəcək.Hər iki komandanın heyətində oyun öncəsi itkilər var. “Qarabağ”da Bədavi Hüseynov matçı buraxa bilər. Mahir Emreli və Maksim Medvedevin meydana çıxması da sual altındadır. “Vilyarreal”da isə Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno Azərbaycan çempionuna qarşı oynamayacaqlar.Qurban Qurbanovun başçılıq etdiyi komanda qrupun ilk oyununda İsrailin “Makkabi Təl-Əviv” komandasına uduzub - 0:1. “Vilyarreal” isə öz meydanında keçirdiyi görüşdə “Sivasspor”a qalib gəlib - 5:3.xeber100.com

Oktyabr 29, 2020 1:58

UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək

Bu gün “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, Ağdam klubu İsraildə Təl-Əvivin “Makkabi” klubunun qonağı olacaq.“Blumfild” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.Görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcək.Qarşılaşmanın əsas hakimi Con Biton olacaq. Ona Frensis Konor və Daniel Makfarlan kömək edəcək. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.Hakimlərin işinə serbiyalı Milan Karaciç qiymət verəcək. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.Qurban Qurbanovun başçılıq etdiyi komanda matça itkilərlə çıxacaq. Azərbaycan çempionunun heyətində Mahir Emreli və Abbas Hüseynov zədə səbəbindən “Makkabi”yə qarşı oynamayacaq.Ardıcıl 7-ci dəfə qrupda çıxış edəcək “Qarabağ” cari mövsüm Avrokubok mübarizəsinə UEFA Çempionlar Liqasının təsnifat mərhələsindən başlayıb. Birinci raundda Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), növbəti mərhələdə isə Moldovanın “Şerif” klubunu (2:1) keçən “köhlən atlar” növbəti oyunda Norveçin “Molde” kollektivinə penaltilər seriyasında uduzaraq, UEFA Avropa Liqasının pley-off mərhələsinə düşüb. Burada isə Polşanın “Legiya” klubunu səfərdə 3:0 hesabı ilə məğlub edən ağdamlılar qrup mərhələsinə vəsiqə qazanıblar.“Qarabağ” kimi “Makkabi” də UEFA Avropa Liqasının qrupuna Çempionlar Liqasından gəlib. Birinci təsnifat mərhələsində Latviyanın “Riqa” komandasını mübarizədən kənarlaşdıran (2:0) İsrail təmsilçisi ardınca “Suduva” (Litva) (3:0) və “Dinamo Brest”i (Belarus) (1:0) məğlub edərək pley-offa yüksəlib. Bu raundda Avstriyanın “Zaltsburq” komandasına hər iki qarşılaşmada uduzan (1:2, 1:3) paytaxt klubu birbaşa UEFA Avropa Liqasının qrupuna vəsiqə əldə edib.xeber100.com

Oktyabr 22, 2020 1:02