02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Formula 1 üzrə qalib müəyyənləşib

Formula 1 üzrə Avstriya Qran Prisinin qalibi müəyyənləşib. “Red Bull” komandasının pilotu Maks Ferstappen Qran Prinin qalibi olub. “Ferrari”nin Monakodan olan pilotu Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü “Red Bull”un meksikalı pilotu Serxio Peresi qapayıb.xeber100.com

İyul 2, 2023 3:14

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb. Bütün tribunalar üçün qiymətlər eynidir. Bir biletin qiyməti 5 funt sterlinqdir. Qeyd edək ki, iyulun 11-də "Viktoriya" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.xeber100.com

İyul 1, 2023 3:23

Formula 1 üzrə dünya çempionatının 9-cu raundunda

“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 9-cu raundunda - Avstriya Qran-Prisində sprint yarışında qalib gəlib. İkinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres tutub. “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Sayns üçüncü olub. Bu mövsüm sprint əsas yarış üçün təsnifat deyil. Dünya çempionatı cədvəlindəki xalları sprintin sonunda ilk səkkiz yeri tutan idmançılar alır. Qalib səkkiz xal qazanır, səkkizinci olan bir xal qazanır. Dünya çempionatının ümumi hesabında Ferstappen liderliyini möhkəmləndirib, hollandiyalı 203 xal toplayıb. Peres 133 xalla ikinci, Aston Martin komandasının üzvü Fernando Alonso isə 121 xalla üçüncüdür.xeber100.com

İyul 1, 2023 3:20

III Avropa Oyunlarında atıcılıq yarışları davam edir

Polşada keçirilən III Avropa Oyunlarında atıcılıq yarışları davam edir. Azərbaycan idmançısı Ruslan Lunyov yarışı mükafatsız başa vurub. Tapançadan 25 mter məsafəyə atəşaçma yarışlarında çıxış edən təmsilçimiz təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplayaraq altıncı olub. O, final mərhələsinə yüksələn səkkiz idmançı arasında qərarlaşıb. Bu raund iki hissədən ibarət olub. Güllə atıcıları əvvəlcə iki “dördlük”də yarışaraq mükafatlar uğrunda mübarizə aparanları müəyyənləşdiriblər. Lunyov ikinci “dördlük”də 9 xal toplayaraq sonuncu olub və medal şansını itirib.xeber100.com

İyun 30, 2023 3:14

“Neftçi” klubu milli komandamızın daha bir üzvünü transfer edib

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü transfer edib. Xorvatiya əsilli Filip Ozobiçlə ikiillik müqavilə bağlanıb. Otuz iki yaşlı yarımmüdafiəçi komandanın heyətində 10 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da forma geyinib. Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019-cu, 2020-ci, 2022-ci, 2023-cü) və iki ən yaxşı bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb. Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 10 oyun keçirib, 1 qol vurub.xeber100.com

İyun 30, 2023 3:11

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə…

Azərbaycan Cüdo Federasiyası kişilərdən ibarət milli yığma komandasının böyük məşqçisi vəzifəsinə almaniyalı mütəxəssis Slavko Tekiçi dəvət edib. Federasiyadan bildiriblər ki, o, bu il avqustun 1-dən etibarən vəzifəsini yerinə yetirməyə başlayacaq. Slavko Tekiç məşqçilik fəaliyyətinə 1992-ci ildən başlayıb və 1996-cı ildən etibarən Almaniyada fəaliyyətini davam etdirib. 1999-cu ildə Almaniyanın Hamburq federativ bölgəsində dövlət məşqçisi, 2009-cu ildə isə adıçəkilən bölgənin baş məşqçisi təyin edilib və Azərbaycan milli yığmasına dəvət alana qədər bu vəzifədə çalışıb. 2017-ci ildə Almaniya Cüdo Federasiyası tərəfindən ilin cüdo məşqçisi mükafatına layiq görülüb. Fəaliyyəti dövründə hazırladığı idmançılar beynəlxalq turnirlərdə dəfələrlə medallar qazanıb. Onların sırasında Dominik Resseli, Maşa və Seyja Balhauz bacılarını, David Tekiçi və digərlərini qeyd etmək olar. Slavko Tekiç beynəlxalq turnirlərdə yüksək nəticələrə yönəlik məşq-hazırlıq proqramlarının hazırlanması və tətbiqi üzrə geniş təcrübəyə malikdir. Qeyd edək ki, Riçard Trautman Azərbaycanın kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.xeber100.com

İyun 30, 2023 3:08

Güləş üzrə Dünya Seriyasının III mərhələsi keçirilib

Fransanın Sen-Loren-du-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib. Ölkəmizi bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb. İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutublar. Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının III mərhələsində 1 qızıl və 2 bürünc medal əldə edib. Qeyd edək ki, dördüncü mərhələ sentyabrın 9-10-da Rumıniyanın Konstanta şəhərində keçiriləcək.xeber100.com

İyun 30, 2023 3:05

Şahmatçıların Azərbaycan çempionatına start verilib

8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatında 3 turun oyunları keçirilib. 16 rayon-şəhərdən 134 şahmatçının qatıldığı Azərbaycan çempionatı “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli RİOEUGİM-in yarış zalında təşkil edilir. Dairəvi sistem üzrə keçirilən çempionatda 18 yaşadək oğlan və qızlarda 7 tur, digər bütün yaş qruplarında isə 11 tur olmaqla oynanılır. Yarışın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsi, Azərbaycanda yeniyetmə şahmatçılar arasında şahmatın kütləviliyinin daha da artırılması, dünya və Avropa çempionatlarında iştirak edəcək şahmatçıların müəyyən edilməsindən ibarətdir. Çempionata iyunun 26-da yekun vurulacaq.xeber100.com

İyun 19, 2023 11:04

Millətlər Liqasında üçüncü yer uğrunda görüş başa çatıb

Niderland və İtaliya yığmaları arasında Millətlər Liqasında üçüncü yer uğrunda görüş başa çatıb. Niderlandın Enşel şəhərindəki “Qros Veste” stadionunda keçirilən görüş italiyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Altıncı dəqiqədə italiyalı müdafiəçi Federiko Dimarko hesabı açıb. 20-ci dəqiqədə yarımmüdafiəçi David Frattesi italyanların üstünlüyünü artırıb. Niderlandlı yarımmüdafiəçi Stiven Berqveyn 68-ci dəqiqədə fərqi minimuma endirib, lakin Federiko Kyeza 73-cü dəqiqədə İtaliyanın iki qol fərqini bərpa edib. 90-cı dəqiqədə niderlandlı yarımmüdafiəçi Georginio Vijnaldum komandasının ikinci qolunu vurub. Beləliklə, İtaliya komandası Millətlər Liqasının bürünc medallarını qazanıb. Bu gün Millətlər Liqasının final oyununda İspaniya və Xorvatiya milli komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.xeber100.com

İyun 19, 2023 11:02

Azərbaycan Güləş Federasiyası: Güləş üzrə Avropa çempionatına yekun vurulub

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub. Azərbaycan Güləş Federasiyasından bildirilib ki, sərbəst güləş üzrə millimizin 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Dörd qızıl və üç bürünc medal əldə edən yığmamız medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, ən yaxın izləyicimiz olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Millimiz xal sistemi üzrə sıralamada isə 155 xalla ikinci yeri tutub. Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Yusif Dursunov (110 kq), Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) komandamıza medal qazandırıblar.xeber100.com

İyun 19, 2023 10:59
    Page 23 of 830« First«...10...2122232425...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az