07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə…

Azərbaycan Cüdo Federasiyası kişilərdən ibarət milli yığma komandasının böyük məşqçisi vəzifəsinə almaniyalı mütəxəssis Slavko Tekiçi dəvət edib. Federasiyadan bildiriblər ki, o, bu il avqustun 1-dən etibarən vəzifəsini yerinə yetirməyə başlayacaq. Slavko Tekiç məşqçilik fəaliyyətinə 1992-ci ildən başlayıb və 1996-cı ildən etibarən Almaniyada fəaliyyətini davam etdirib. 1999-cu ildə Almaniyanın Hamburq federativ bölgəsində dövlət məşqçisi, 2009-cu ildə isə adıçəkilən bölgənin baş məşqçisi təyin edilib və Azərbaycan milli yığmasına dəvət alana qədər bu vəzifədə çalışıb. 2017-ci ildə Almaniya Cüdo Federasiyası tərəfindən ilin cüdo məşqçisi mükafatına layiq görülüb. Fəaliyyəti dövründə hazırladığı idmançılar beynəlxalq turnirlərdə dəfələrlə medallar qazanıb. Onların sırasında Dominik Resseli, Maşa və Seyja Balhauz bacılarını, David Tekiçi və digərlərini qeyd etmək olar. Slavko Tekiç beynəlxalq turnirlərdə yüksək nəticələrə yönəlik məşq-hazırlıq proqramlarının hazırlanması və tətbiqi üzrə geniş təcrübəyə malikdir. Qeyd edək ki, Riçard Trautman Azərbaycanın kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.xeber100.com

İyun 30, 2023 3:08

Güləş üzrə Dünya Seriyasının III mərhələsi keçirilib

Fransanın Sen-Loren-du-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib. Ölkəmizi bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb. İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutublar. Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının III mərhələsində 1 qızıl və 2 bürünc medal əldə edib. Qeyd edək ki, dördüncü mərhələ sentyabrın 9-10-da Rumıniyanın Konstanta şəhərində keçiriləcək.xeber100.com

İyun 30, 2023 3:05

Şahmatçıların Azərbaycan çempionatına start verilib

8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatında 3 turun oyunları keçirilib. 16 rayon-şəhərdən 134 şahmatçının qatıldığı Azərbaycan çempionatı “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli RİOEUGİM-in yarış zalında təşkil edilir. Dairəvi sistem üzrə keçirilən çempionatda 18 yaşadək oğlan və qızlarda 7 tur, digər bütün yaş qruplarında isə 11 tur olmaqla oynanılır. Yarışın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsi, Azərbaycanda yeniyetmə şahmatçılar arasında şahmatın kütləviliyinin daha da artırılması, dünya və Avropa çempionatlarında iştirak edəcək şahmatçıların müəyyən edilməsindən ibarətdir. Çempionata iyunun 26-da yekun vurulacaq.xeber100.com

İyun 19, 2023 11:04

Millətlər Liqasında üçüncü yer uğrunda görüş başa çatıb

Niderland və İtaliya yığmaları arasında Millətlər Liqasında üçüncü yer uğrunda görüş başa çatıb. Niderlandın Enşel şəhərindəki “Qros Veste” stadionunda keçirilən görüş italiyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Altıncı dəqiqədə italiyalı müdafiəçi Federiko Dimarko hesabı açıb. 20-ci dəqiqədə yarımmüdafiəçi David Frattesi italyanların üstünlüyünü artırıb. Niderlandlı yarımmüdafiəçi Stiven Berqveyn 68-ci dəqiqədə fərqi minimuma endirib, lakin Federiko Kyeza 73-cü dəqiqədə İtaliyanın iki qol fərqini bərpa edib. 90-cı dəqiqədə niderlandlı yarımmüdafiəçi Georginio Vijnaldum komandasının ikinci qolunu vurub. Beləliklə, İtaliya komandası Millətlər Liqasının bürünc medallarını qazanıb. Bu gün Millətlər Liqasının final oyununda İspaniya və Xorvatiya milli komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.xeber100.com

İyun 19, 2023 11:02

Azərbaycan Güləş Federasiyası: Güləş üzrə Avropa çempionatına yekun vurulub

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub. Azərbaycan Güləş Federasiyasından bildirilib ki, sərbəst güləş üzrə millimizin 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Dörd qızıl və üç bürünc medal əldə edən yığmamız medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, ən yaxın izləyicimiz olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Millimiz xal sistemi üzrə sıralamada isə 155 xalla ikinci yeri tutub. Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Yusif Dursunov (110 kq), Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) komandamıza medal qazandırıblar.xeber100.com

İyun 19, 2023 10:59

Futbol üzrə milli komanda UEFA Millətlər Liqasının qalibi olub

Futbol üzrə İspaniya milli komandası UEFA Millətlər Liqasının qalibi olub. Turnirin finalında İspaniya millisi Xorvatiya yığması ilə qarşılaşıb. Niderlandın Rotterdam şəhərində təşkil olunan final matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında İspaniya millisi 5:4 hesabı ilə qalib gəlib. İspaniya millisi ilk dəfə turnirin qalibi olub. Daha əvvəl Millətlər Liqasının qalibi Portuqaliya (2019-cu il) və Fransa (2021-ci il) olmuşdu. Növbəti Millətlər Liqasının 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununadək keçirilməsi planlaşdırılır.xeber100.com

İyun 19, 2023 10:57

Astanada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək

Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. Turnirin ilk günündə səkkiz cüdoçumuz tatami üzərinə çıxacaq. Millimizin üzvlərindən Kənan İsmayılov Aybek Omirov (Türkmənistan), Nazir Talıbov portuqaliyalı Fransisko Mendes (hər ikisi 60 kq), Kəramət Hüseynov Nurali Emomali, Kamran Süleymanov Obid Cebov (hər ikisi Tacikistan, 66 kq), Leyla Əliyeva qazaxıstanlı Nuralim Sarsenbek, Ramilə Əliyeva Çin idmançısı Şuaixia Han (hər ikisi 48 kq), Aydan Vəliyeva yaponiyalı Ryoko Takeda və Gültac Məmmədəliyeva isə Tolqanay Abeuova (Qazaxıstan) - Aziane Toro Soler (İspaniya) cütünün qalibi ilə (hər ikisi 52 kq) qarşılaşacaq. Üç gün davam edəcək turnirdə 42 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli komandası yarışda 9 çəki dərəsində 13 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq. Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcəklər.xeber100.com

İyun 16, 2023 2:02

Dünya Minifutbol Federasiyası milli komandaların reytinq cədvəlini açıqlayıb

Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından əvvəl milli komandaların reytinq cədvəlini açıqlayıb. Azərbaycan Minifutbol Federasiyası xəbər verir ki, son Avropa çempionatının qalibi olan yığmamız yeni açıqlanan sıralamada beşinci pilləyə yüksəlib. Yığmanın aktivində 2000 xal var. Reytinq cədvəlinə 3550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2800) ikinci, Rumıniya (2475) isə üçüncü pillədə qərarlaşıb.

İyun 16, 2023 1:58

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə…

Azərbaycan cüdoçuları Sloveniyada təşkil olunan Kodokan Kata seminarında iştirak ediblər. Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, ilk dəfə Avropa kata çempionatında iştirak edən cüdoçularımız Malik Allahverdiyev, Samir İsmayılov, İsmayıl Rzayev, İbrahim Aslanov, Rafiq Nəcəfov, Əmrah Əhmədov Kadokan Kata seminarına qatılıblar. Kadokan Kata seminarı yaponiyalı mütəxəssislər Uemura Haruki (doqquzuncu dan), Karya Çikara (altıncı dan), Dobya Yoşihiisa (səkkizinci dan) və Arikava Yuki (altıncı dan) tərəfindən keçirilib. Cüdoçular təlim zamanı əyani sürətdə imtahan verərək qurumun prezidenti Uemura Haruki tərəfindən sertifikat ilə təltif olunublar. Kadokan Kata seminarı bacarıqların təkmilləşdirilməsi ilə yanaşı, katanı dərindən öyrənmək üçün nadir imkan yaradır və bu sahədə dünyada ən aparıcı məktəblərdən sayılır. Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası bundan sonra da cüdoçuların ustalıq səviyyəsini artırmaq məqsədi ilə Avropa kata çempionatında və Kadokan Kata seminarında idmançılarımızın iştirakını dəstəkləyəcək.xeber100.com

İyun 16, 2023 1:54

UEFA Millətlər Liqasının “Dördlər finalı”nın yarımfinalında

Xesus Navas futbol üzrə İspaniya millisinin tarixinə düşüb. UEFA Millətlər Liqasının "Dördlər finalı"nın yarımfinalında İtaliyaya qalib gəldikləri (2:1) görüşdə iştirak edən yarımmüdafiəçi milli komanda ilə rəsmi oyuna çıxan ən yaşlı futbolçu adını qazanıb. Start heyətdə yer alan və sonadək mübarizə aparan "Sevilya"nın kapitanı İtaliya ilə matç zamanı 37 yaş 205 günlük olub. Qeyd edək ki, Navas 2009-cu ildə yığmada debüt edib. O, millidə 47 oyuna 5 qol vurub.xeber100.com

İyun 16, 2023 1:52
    Page 24 of 831« First«...10...2223242526...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az