Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Hər şey vətən üçün” adlı yarış keçiriləcək

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı uğurlu əks-həmlə əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vuran və əzəli torpaqlarımızı işğaldan azad etməsi hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi oyatmaqla yanaşı, cəmiyyətdə sonsuz ruh yüksəkliyinə səbəb olub.Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə oktyabrın 16-18-də şanlı ordumuzun qəhrəmanlığına həsr olunmuş “Hər şey Vətən üçün” adlı tədbir keçiriləcək.ARAF-dan Azərtac-a bildiriblər ki, tədbir çərçivəsində oktyabrın 16-da və 17-də atçılığın konkur növü üzrə yeniyetmələr arasında “Ərgünəş”, peşəkar idmançılar arasında isə “Hadrut” və “Qarabağ” kubokları uğrunda yarışlar təşkil olunacaq.Oktyabrın 18-də isə müxtəlif yaş kateqoriyalarında ingilis, Qarabağ və Dilbaz atlarının iştirakı ilə 5 qaçışdan ibarət cıdır yarışları təşkil olunacaq. Ordumuza dəstək məqsədilə keçirilməsi planlaşdırılan yarışda jokeylər öz atları ilə müvafiq olaraq “Suqovuşan”, “Murov”, “Cəbrayıl”, “Füzuli” və “Qarabağ” kubokları uğrunda mübarizə aparacaqlar.Tədbir yuxarıda qeyd olunan tarixlərdə saat 11:00-dan etibarən Binə Atçılıq Mərkəzində təşkil olunacaq.xeber100.com

Oktyabr 15, 2020 8:36

UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə üçüncü oyununa çıxıb.Azərtac xəbər verir ki, millimiz Podqoritsa şəhər stadionunda Monteneqro yığmasının qonağıdır.Azərbaycan millisinin heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Əli Qurbani, Rəhim Sadıxov və Namik Ələsgərov çıxıblar.Monteneqro komandasının ilk onbirliyində isə Milan Miyatoviç, Momçilo Raspopoviç, İqor Vuyaçiç, Marko Simiç. Risto Radunoviç, Marko Bakiç, Nikola Vukçeviç, Aleksandar Bolyeviç, Stevan Yovetiç, Sead Hakşabanoviç və Dino İslamoviç yer alıblar.Oyunu İspaniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Rikardo de Burgos Bengoeçeadır. Ona Roberto del Palomar və Pau Cebrian Devis kömək edirlər. Dördüncü hakim funksiyasını Xavier Estrada Fernandez yerinə yetirir.Matç “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.İlk turda millimiz Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzub. Daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib.Qrupun digər matçında Lüksemburq Kipri qəbul edəcək.Qrupa hesabında 6 xal olan Monteneqro yığması liderlik edir. Lüksemburq və Azərbaycan 3 xalla ilk üçlükdə yer alıblar. Hesabında xal olmayan Kipr isə qrupda sonuncudur.xeber100.com

Oktyabr 10, 2020 6:24