07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Makkabi” komandası heyətini yeni futbolçu ilə gücləndirib

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ” klubunun rəqibi olan İsrailin “Makkabi” komandası heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, Təl-Əviv təmsilçisi Cənubi Afrika Respublikasının “Bidvest Uits” klubundan Rouen Hümanı heyətinə qatıb. On doqquz yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.Xatırladaq ki, “Qarabağ” klubu “Makkabi” ilə oktyabrın 22-də səfərdə, dekabrın 3-də isə evdə qarşılaşacaq.xeber100.com

Oktyabr 7, 2020 9:23

“France Football” nəşri tarixin 10 ən yaxşı müdafiəçisinin adını təqdim edir

Fransanın “France Football” nəşri tarixin ən yaxşı 10 müdafiəçisinin adını açıqlayıb.Azərtac xəbər verir ki, ən yaxşı müdafiəçilərin siyahısında Franko Baresi (İtaliya), Bobbi Moore (İngiltərə), Frans Bekkenbauer (Almaniya), Daniel Passarella (Argentina), Fabio Kannavaro (İtaliya), Mattiaz Sammer (Almaniya), Marsel Desailli (Fransa), Qaetano Şirea (İtaliya), Ronald Koeman (Hollandiya) və Serxio Ramos (İspaniya) yer alıblar.Siyahıda hazırda yaşıl meydanlara çıxış edən yeganə futbolçu “Real Madrid”in müdafiəçisi Serxio Ramosdur. Müdafiəçi 2005-ci ilin yayında “Sevilya”dan Madrid təmsilçisinə keçib. “Real Madrid” bu transfer üçün 27 milyon avro ödəyib.Qeyd edək ki, 34 yaşlı müdafiəçi cari mövsümdə Madrid klubunun heyətində keçirdiyi dörd oyunda 1 qol vurub. Futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayınadək etibarlıdır.xeber100.com

Oktyabr 6, 2020 3:01

“Universiada-2023”ün hazırlanmasına 38 milyard rubl xərclənəcək

Yekaterinburqda keçiriləcək “Universiada-2023”ün obyektlərinin inşası və hazırlanmasına xərclənəcək vəsaitin miqdarı 38 milyard rubldan çox olacaq.Azərtac xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev məlumat verib.İnşaat işlərinin cədvələ uyğun aparıldığını və gecikmələrin olmadığını bildirən qubernator obyektlərin inşası və hazırlanması üçün ilkin vəsaitin ümumi məbləğinin 38 milyard rubldan bir az çox olacağını vurğulayıb.O, əlavə edib ki, 2020-ci ilin dekabrında voleybol akademiyası, 2021-ci ildə futbol və sambo mərkəzləri, 2022-2023-cü illərdə cüdo mərkəzi, Atletlər kəndi və digər obyektlər təhvil veriləcək.Universiadanın Yekaterinburqda keçirilməsi ilə bağlı qərar 2019-cu il iyulun 2-də Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi tərəfindən verilib.Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.xeber100.com

Oktyabr 6, 2020 2:58

ABŞ tennisçi Fransa açıq çempionatından imtina edib

ABŞ tennisçi Serena Vilyams Fransa açıq çempionatından (“Roland Garros”) imtina edib.Azərtac xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib. Otuz doqquz yaşlı idmançının turnirdən kənarlaşdırılmasına səbəb onun zədələnməsi olub. Qeyd edilib ki, tennisçi “Roland Garros”dan əvvəl reabilitasiya keçsə də, yarışa tam hazır olduğuna əmin deyil.Amerikalı iki həftə əvvəl “US Open”in yarımfinalında zədələnib.Tennisçi Qadın Tennis Birliyinin (WTA) reytinqində doqquzuncu yerdədir, təşkilatın himayəsi altında keçirilən 73 turnirin qalibidir. O, “Böyük dəbilqə”də fərdi yarışda 23 qələbə qazanıb.Serena Vlyams üç dəfə “Roland Garros”un qalibi olub, bir dəfə finalda məğlub olub. Amerikalı tennis ustası dördqat Olimpiya çempionudur.xeber100.com

Oktyabr 1, 2020 11:24

UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək

Oktyabrın 1-də futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Polşanın “Legiya” komandası ilə qarşılaşacaq.Varşavadakı “Wojska Polskiego” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.Görüş Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Tobias Ştiler olacaq. Ona Kristian Qittelmann və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.Oyun öncəsi “Qarabağ”ın heyətində itki var. Mahir Emreli zədə səbəbindən oyunu buraxmalı olacaq. Zədəsini yenicə sağaltmış Abdullah Zubir və Xayme Romeronun isə ilk dəqiqələrdən meydanda olacağı gözlənilir. Rəqibdə isə Jose Kantenin durumuna oyun vaxtı aydınlıq gələcək.xeber100.com

Oktyabr 1, 2020 11:21

Azərbaycan milli komandası ordumuza dəstək nümayiş etdirib

Cüdo üzrə Azərbaycan milli komandası ordumuza dəstək nümayiş etdirib.Azərtac Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatı bütün Azərbaycan ictimaiyyəti kimi, cüdoçularımızın da böyük hiddətinə səbəb olub.Belə həssas zamanda, əzəli torpaqlarımızda Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə cüdo üzrə Azərbaycan milli komandasının üzvləri xalqımızı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə səsləyiblər.xeber100.com

Oktyabr 1, 2020 11:20

Bədii gimnastika üzrə Avropa çempionatı Kiyevdə təşkil ediləcək

Bədii gimnastika üzrə Avropa çempionatı planlaşdırıldığı kimi Kiyevdə təşkil ediləcək.Azərtac xəbər verir ki, bu barədə “Avropa Gimnastikası”nın mətbuat xidməti məlumat yayıb.Turnir Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımayacaq.Avropa çempionatının Kiyevdə mayın 21-dən 24-dək keçirilməsi nəzərdə tutulmuşdu, lakin koronavirus pandemiyası səbəbindən turnir təxirə salınmışdı. Yenilənmiş cədvəldə yarışın noyabrın 26-29-da keçirilməsi planlaşdırılır.Qitə birinciliyində 39 ölkədən idmançılar iştirak edəcəklər.xeber100.com

Sentyabr 29, 2020 8:09

Serbiya sambo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Serbiyanın Novi Sad şəhəri bu il keçiriləcək sambo üzrə dünya çempionatına ev sahibliyi edəcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Sambo Federasiyasının (FIAS) mətbuat xidməti məlumat yayıb.Turnirin əvvəlcə Aşqabadda keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən Türkmənistan Sambo Federasiyası yarışın təşkilindən imtina edib.Dünya çempionatı noyabrın 5-dən 8-dək keçiriləcək.xeber100.com

Sentyabr 29, 2020 8:04

UEFA Avropa Liqası turnirinin play-off mərhələsi çərçivəsində

Son günlər Ermənistan–Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin genişmiqyaslı təxribatları nəzərə alınaraq, UEFA Avropa Liqası turnirinin play-off mərhələsi çərçivəsində oktyabrın 1-də Varşavadakı “Wojska Polskiego” stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, müraciətdə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarəolunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılaraq bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.xeber100.com

Sentyabr 29, 2020 7:58

Formula 1 Rusiya Qran-Prisinə bilet satışına başlanıb

Formula 1 Rusiya Qran-Prisinin promouteri ANO “Rosgonki” gələn il üçün bilet satışına başlayıb.Azərtac xəbər verir ki, azarkeşlər 2021-ci ildə keçiriləcək Rusiya Qran-Prisinə biletləri minimal qiymətlərlə ala biləcəklər. Ən sərfəli biletlər 2990 rubla başa gələcək. T3 və T4 tribunalarına biletlərin qiyməti 5 min 490 rubl, T1 və T2-yə 6 min 990 rubl, əsas tirbunalara isə 11 min 990 rubl olacaq.Minimum qiymətə biletlərin sayı məhduddur. Bilet satışları oktyabrın 18-dək başa çatacaq. Erkən satış bitdikdən sonra biletlərin qiyməti dəyişəcək.xeber100.com

Sentyabr 29, 2020 7:56
    Page 234 of 831« First«...102030...232233234235236...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az