Türkiyə çempionatının üçüncü turu çərçivəsində keçirilən qarşılaşmada

Sentyabrın 26-da futbol üzrə Türkiyə çempionatının üçüncü turu çərçivəsində keçirilən qarşılaşmada "Trabzonspor" doğma meydana "Yeni Malatyaspor"la üz-üzə gəlib.Azərtac xəbər verir ki, matça fəal başlayan meydan sahibləri 24-cü dəqiqədə hesabı açmağa müvəffəq olublar. Benik Afobe çərçivəni dəqiq nişan alıb. Oyunun 33-cü dəqiqəsində B.Afobe komandasının və özünün ikinci qolunu vurub. Birinci hissənin son dəqiqələrində isə Trabzon təmsilçisinin hücumçusu Antoni Nvakame hesabı 3:0-a çatdırıb. Malatya təmsilçisi isə vurulan qollardan birinin əvəzini çıxıb. Adəm Böyük on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.Beləliklə, "Trabzonspor" doğma meydanda "Yeni Malatyaspor"u 3:1 hesabı ilə məğlub edib.Günün digər matçlarında isə "Ərzurumspor" səfərdə "Kayserispor"u 3:1 hesabı ilə üstələyib. "Hatyayspor" isə doğma divarlar arasında "Kasımpaşa"nı minimal hesabla udub. "Göztəpə"-"Qaziantep" görüşündə isə qalib müəyyənləşməyib - 2:2. Turun digər oyunları aşağıdakılardır: "Rizəspor"-"Alanyaspor" "Konyaspor"-"Beşiktaş" "Sivasspor"-"Ankaragücü" Qalatasaray"-"Fənərbağça" "Antalyaspor"-"Dənizspor" Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Üçüncü turda "Gənclərbirliyi" istirahət edir.xeber100.com

Sentyabr 27, 2020 12:49