05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Premyer Liqasının beşinci turunun təqvimi açıqlanıb

Sentyabrın 22-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turunun təqvimi açıqlanıb.Azərtac Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, üç günü əhatə edəcək tura oktyabrın 2-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Keşlə” oyunu ilə start veriləcək. Görüş saat 18:00-da başlayacaq.Turun növbəti iki matçı oktyabrın 3-də baş tutacaq. Qəbələ şəhər stadionunda “Qəbələ” komandası “Sumqayıt” klubunu qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq.Günün ikinci görüşü isə Zirə İdman Kompleksinin stadionunda “Zirə” və “Neftçi” komandaları arasında təşkil olunacaq. Oyun saat 19:15-də start götürəcək.Turun sonuncu oyunu oktyabrın 4-də baş tutacaq. Son çempion “Qarabağ” öz meydanında autsayder “Səbail” komandasını qəbul edəcək. “Azersun Arena”da təşkil olunacaq görüşdə hakimin start fiti saat 19:00-da səslənəcək.Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Üç turdan sonra “Sabah”, “Sumqayıt” və “Neftçi” klublarının 6 xalı var. “Qarabağ” və “Zirə” komandaları aktivlərinə 4 xal yazdırıblar. İki xalı olan “Qəbələ” yeddinci yerdədir. Keçirdiyi hər üç görüşdə uduzan “Səbail” isə sonuncu – səkkizinci pillədə qərarlaşıb.xeber100.com

Sentyabr 22, 2020 1:49

“Minçanka” klubu Çempionlar Liqasında mübarizəni dayandırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizovanın çıxış etdiyi Belarusun “Minçanka” klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.Azərtac xəbər verir ki, Rusiya Super Liqası çərçivəsində Krasnodarın “Dinamo” klubu ilə oyundan qayıtdıqdan sonra komandanın üzvlərindən COVID-19 testi götürülüb və bir voleybolçuda koronavirus aşkarlanıb. Bu səbəbdən Çempionlar Liqasının birinci turu çərçivəsində sentyabrın 23-də keçirilməsi nəzərdə tutulan Almaniyanın “Ştutqart” komandası ilə görüş ləğv olunub və Belarus təmsilçisinə texniki məğlubiyyət verilib.“Minçanka” klubu mübarizəni CEV kuboku yarışlarına davam etdirəcək.xeber100.com

Sentyabr 22, 2020 1:46

İtaliya A Seriyasının birinci turunun növbəti oyunu keçirilib

Sentyabrın 20-də futbol üzrə İtaliya A Seriyasının birinci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, son çempion “Yuventus” öz meydanında “Sampdoriya” klubunu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.Hesabı 13-cü dəqiqədə Deyan Kuluşevski açıb. 79-cu dəqiqədə Leonardo Bonuççi fərqi artırıb. 88-ci dəqiqədə isə Kriştianu Ronaldo oyunda son nöqtəni qoyub.Turun əvvəlki görüşləri belə nəticələnib: "Fiorentina" - "Torino" - 1:0; "Verona" - "Roma" - 0:0; "Parma" - "Napoli" - 0:2; "Cenoa" - "Krotone" - 4:1; "Sassuolo" - "Kalyari" - 1:1. Qeyd edək ki, tura bu gün keçiriləcək "Milan" - "Bolonya" matçı ilə yekun vurulacaq.xeber100.com

Sentyabr 21, 2020 11:51

Avropa Liqasının üçüncü təsnifat mərhələsində

Azərbaycanlı FIFA referisi Əlyar Ağayev yeni mövsüm üçün UEFA-dan ilk təyinatını alıb.Azərtac xəbər verir ki, 33 yaşlı beynəlxalq dərəcəli hakim Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Styaua” (Rumınya) –“Slovan” matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orxan Məmmədov isə dördüncü hakim qismində kömək edəcəklər.İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.Qeyd edək ki, sentyabrın 24-də Rumıniyanın Curcu şəhərindəki Marin Anastasoviçi adına Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.xeber100.com

Sentyabr 21, 2020 11:48

“Keşlə” futbol klubu yeni hücumçu almaq niyyətindədir

Bakının “Keşlə” futbol klubu yeni hücumçu almaq niyyətindədir.Azərtac xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə hazırda həmin oyunçu ilə danışıqlar davam edir. Əgər razılıq əldə olunsa, futbolçunun 1 həftə ərzində ölkəmizə gəlib klubla müqavilə bağlaması gözlənilir.xeber100.com

Sentyabr 21, 2020 11:46

“Yuventus” klubunun hücumçusu növbəti rekordunu müəyyənləşdirib

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo növbəti rekordunu müəyyənləşdirib.Azərtac xəbər verir ki, 35 yaşlı portuqaliyalı futbolçu buna A Seriyasının birinci turunda “Sampdoriya” ilə matçda (3:0) nail olub. K.Ronaldo qapıya 10 zərbə vurmaqla Avropanın TOP-5 çempionatlarındakı futbolçular arasında bu göstəricidə ən yaxşı nəticəyə imza atıb. Hücumçu həmin görüşdə bir qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.Qeyd edək ki, Ronaldo ötən mövsümdə Turin klubunun heyətində keçirdiyi 33 matçda 12-si onbir metrlik cərimə zərbəsindən olmaqla 31 qol vurub və 5 məhsuldar ötürmə edib.xeber100.com

Sentyabr 21, 2020 11:41

“Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb

Bakının “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.Azərtac kluba istinadla xəbər verir ki, türkiyəli mərkəz müdafiəçisi Mert Çeliklə iki il müddətinə müqavilə bağlanıb.İyirmi yaşlı futbolçu icarə əsasında “Neftçi”nin heyətində çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.Müqavilə ilə Türkiyənin “İstanbul Başakşəhər” klubuna məxsus olan M.Çelik Azərbaycanın U-21 milli komandasının üzvüdür.Qeyd edək ki, futbolçu ötən mövsümü “Kırşehirspor”da keçirib. O, 2013-cü ildə “Qalatasaray”ın akademiyasından “Başakşəhər”in aşağı yaş qruplarına qatılıb.xeber100.com

Sentyabr 20, 2020 2:02

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib. "Kapital Bank Arena"da "Sumqayıt" futbol klubu Səbail"i qəbul edib.Azərtac xəbər verir ki, baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 9-cu dəqiqədə "Sumqayıt"ın gənc cinah oyunçusu Süleyman Əhmədov açıb. 21-ci dəqiqədə Rauf Əliyev "Səbail"in bərabərlik qolunu vurub. 32-ci dəqiqədə isə Əli Qurbani oyunda son nöqtəni qoyub.Bu qələbə sayəsində xalını 6-ya çatdıran "Sumqayıt" liderliyə yüksəlib.xeber100.com

Sentyabr 20, 2020 2:00

Şahmatçıların onlayn Avropa çempionatı davam edir

Azərbaycan şahmatçılarının da mübarizə apardıqları onlayn Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, 6 turdan sonra 18 yaşlı qızlar arasında şahmatçımız Gövhər Beydullayeva 5 xalla 3-cü yerdə qərarlaşıb. On iki yaşlı şahmatçılar arasında isə Cahandar Azadəliyev eyni xalla 3-4-cü yerləri bölüşür.Qeyd edək ki, qitə birinciliyində 12, 14, 16 və 18 yaşadək şahmatçılar yarışırlar.Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.xeber100.com

Sentyabr 20, 2020 1:59

Futbol üzrə Region Liqasına start verilməsi nəzərdə tutulub

Oktyabrın 24-də futbol üzrə Region Liqasına start verilməsi nəzərdə tutulub.Azərtac xəbər verir ki, bu məqsədlə sentyabrın 22-də Region Liqasının İşçi Qrupunun üzvləri zonalar üzrə yarışda iştirak etmək istəyən komandaların nümayəndələri ilə “Zoom” platforması üzərindən onlayn iclaslar keçirəcəklər.İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq və fikir mübadiləsi aparılacaq.xeber100.com

Sentyabr 19, 2020 6:09
    Page 236 of 830« First«...102030...234235236237238...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az