05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Fulhem” klubu “Paris Sen-Jermen”in qapıçısını icarəyə götürüb

İngiltərənin “Fulhem” komandası Fransanın “Paris Sen-Jermen” klubunun qapıçısı Alfons Areolyanı icarəyə götürüb.Azərtac klubun saytına istinadla xəbər verir ki, London klubu 27 yaşlı futbolçunu birdəfəlik transfer etmək seçimi ilə 2021-ci ilin yayınadək icarəyə götürüb.Qeyd edək ki, A.Areolya “Paris Sen-Jermen”in yetirməsidir. Ötən mövsümdə qapıçı icarə əsasında İspaniyanın “Real Madrid” klubunun şərəfini qoruyub.xeber100.com

Sentyabr 11, 2020 1:09

Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək.Azərtac xəbər verir ki, üç günü əhatə edəcək tura “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu ilə start veriləcək. Oyun saat 19:00-da başlayacaq.Günün ikinci görüşü “ASK Arena”da baş tutacaq. “Keşlə” öz meydanında “Qarabağ” klubunu qəbul edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.Turun digər oyunu sentyabrın 12-də “ASCO Arena”da keçiriləcək. “Zirə” komandası “Səbail”in qonağı olacaq. Matç saat 19:00-da başlayacaq.Çempionatın ikinci turuna sentyabrın 13-də “Sabah” və “Qəbələ” komandaları arasındakı oyunla yekun vurulacaq. “Bank Respublika Arena”da təşkil olunacaq görüşdə hakimin start fiti saat 19:00-da səslənəcək.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Birinci turdan sonra “Qarabağ”, “Keşlə” və “Neftçi” klublarının aktivində üç xal var. “Qəbələ” və “Zirə” komandaları birinci turda heç-heçə ediblər. Digər pillələrdə müvafiq olaraq, xalı olmayan “Səbail”, “Sabah” və “Sumqayıt” klubları qərarlaşıb.xeber100.com

Sentyabr 11, 2020 1:05

“Altay” futbol klubu U-21 millimizin üzvünü heyətinə qatmaq istəyir

Türkiyənin “Altay” futbol klubu U-21 millimizin üzvü Toral Bayramovu heyətinə qatmaq istəyir.Azərtac xəbər verir ki, aşağı divizion təmsilçisi hazırda gənc futbolçunun oyunlarını izləyir. Azərbaycan çempionu “Qarabağ”ın heyətində çıxış edən futbolçu ilə bağlı artıq qış transfer pəncərəsində danışıqların başlanması gözlənilir.Qeyd edək ki, T.Bayramov U-21 millimizin Fransa yığması ilə sonuncu oyununda cərimə zərbəsindən gözəl qolla yadda qalmışdı.xeber100.com

Sentyabr 11, 2020 1:03

Tennis üzrə “Böyük dəbilqə” seriyasından finalçılar müəyyənləşib

Tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində qadınlar arasında finalçılar müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin altıqat qalibi Serena Vilyams yarımfinalda belaruslu Viktoriya Azarenkoya məğlub olub – 1:2 (6:7, 6:3 və 3:6). Belaruslu raketka ustası finalda yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək. Həlledici oyun sentyabrın 13-də keçiriləcək.xeber100.com

Sentyabr 11, 2020 1:01

“Lion” klubunun hücumçusu “Barselona”ya keçməyə yaxındır

Fransanın "Lion" futbol klubunun hücumçusu Memfis Depay İspaniyanın "Barselona" komandasına keçməyə yaxındır.İspaniya mətbuatı xəbər verir ki, 26 yaşlı niderlandlı hücumçu Kataloniya klubunun təklifi ilə razılaşıb. Klublar arasında danışıqların davam etdiyi bildirilir.Qeyd edək ki, M.Depay ötən mövsüm 22 matçda 15 qol vurub, 2 məhsuldar ötürmə edib.xeber100.com

Sentyabr 10, 2020 3:17

“Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb

Paytaxtın "Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Alvaro Tavareş mövsümün sonunadək Bakı təmsilçisinin şərəfini qoruyacaq.Qeyd edək ki, son olaraq Ukraynanın "Lvov" klubunda çıxış edən 25 yaşlı futbolçu ötən mövsüm Ukrayna Premyer Liqası çərçivəsində 18 oyun keçirib və 3 qol vurub.xeber100.com

Sentyabr 10, 2020 3:15

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya–Azərbaycan matçının vaxtı müəyyənləşib.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.Qeyd edək ki, millimiz 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. Slovakiya millisi eyni xalla beşincidir.xeber100.com

Sentyabr 10, 2020 3:12

Peşəkar Tennisçilər Assosiasiyasının növbəti turnirində

Almaniyanın Köln şəhəri oktyabrda Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) iki turnirinə ev sahibliyi edəcək.Azərtac xəbər verir ki, birinci turnir oktyabrın 12-də, digər yarış isə ayın 19-da start götürəcək.Hər iki turnirdə tamaşaçıların iştirakına icazə veriləcək.Bir müddət əvvəl ATP Milanda baş tutması nəzərdə tutulan “Next Gen ATP Finals” turnirinin ləğv olunduğunu açıqlamışdı.xeber100.com

Sentyabr 10, 2020 3:11

“Milan” klubu “Breşia” komandasının yarımmüdafiəçisini icarəyə götürüb

“Milan” futbol klubu “Breşia” komandasının yarımmüdafiəçisi Sandro Tonalini icarəyə götürüb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin icarə müqaviləsinin müddəti açıqlanmayıb. “Milan” klubunun İtaliya millisinin futbolçusunu birdəfəlik transfer etmək hüququna malik olduğu vurğulanıb.İtaliya mətbuatı “Milan”ın S.Tonali üçün 10 milyon avro icarə haqqı ödəyəcəyini yazıb. Klub futbolçunu birdəfəlik almaq üçün isə 25 milyon avro ödənməlidir.Qeyd edək ki, yarımmüdafiəçi yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.xeber100.com

Sentyabr 10, 2020 3:08

“Sumqayıt” futbol klubu növbəti futbolçunun keçidini reallaşdırıb

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti futbolçunun keçidini reallaşdırıb.Azərtac xəbər verir ki, komanda son mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş Hüseyn Cəfərovu heyətinə qatıb. 3 illik müqaviləyə imza atan 19 yaşlı gənc yarımmüdafiəçi komandada 15 nömrəli formada çıxış edəcək.xeber100.com

Sentyabr 9, 2020 11:16
    Page 240 of 830« First«...102030...238239240241242...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az