05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qəbələ”nin hədəfinə düşən daha bir futbolçunun adı açıqlanıb

Yeni mövsüm öncəsi iki legioner transfer edən “Qəbələ”nin hədəfinə düşən daha bir futbolçunun adı açıqlanıb. Bu, Viktor Monjildir.Azərtac xəbər verir ki, klub ispaniyalı müdafiəçiyə 1+1 illik müqavilə təklif edib. İyirmi səkkiz yaşlı mərkəz oyunçusu “Volyadolid”in yetirməsidir. O, 2010-2012-ci illərdə bu klubun əvəzedici və əsas komandalarında çıxış edib. 2012-2014-cü illərdə “Atletiko B”nin formasını geyinib. Ardınca İspaniyanın aşağı liqalarında “Alkovano”, “Merida”, “Pontevedra” və “Levante B”nin uğurları üçün çalışıb. V.Monjil 2019-cu ildə Avropa Liqası çərçivəsində Tbilisinin “Dinamo” komandasının heyətində “Qəbələ”yə qarşı oynayıb.Bu ilin əvvəlində Hindistana yollanan futbolçu ATK-nın heyətində 8 oyun keçirib.xeber100.com

Sentyabr 7, 2020 2:59

“Neftçi” futbol klubu “Qalatasaray”la yeni transferlərini reallaşdırıb

Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin “Qalatasaray” klubu yeni transferlərini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, Super Liqa təmsilçisi iki futbolçunu heyətinə cəlb edib.Bunlar Birinci liqada mübarizə aparan “Altınordu”nun gənc oyunçuları Sarper Çağlar və Efe Mustafa Çətindir. On yeddi yaşlı futbolçuları transfer edən istanbullular əvəzində yarımmüdafiəçi Birhan Vatanseveri “Altınordu”nun nəzdində fəaliyyət göstərən “Niğde Anadolu” komandasına veriblər.Qeyd edək ki, “Neftçi”–“Qalatasaray” matçı sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.xeber100.com

Sentyabr 7, 2020 2:58

“Mançester Siti” klubu “Napoli”nin müdafiəçisini heyətinə qatmaq istəyir

“Mançester Siti” klubu “Napoli”nin müdafiəçisi Kalidu Kulibalini heyətinə qatmaq istəyir.Azərtac xəbər verir ki, Premyer Liqa təmsilçisi 29 yaşlı müdafiəçiyə görə italyanlara 75 milyon avro ilə yanaşı, bonuslar da təklif etməyə hazırdır. Halbuki, bir müddət öncə “Napoli” “şəhərlilər”in 70 milyon avro dəyərində təklifini rədd etmişdi. Artıq İtaliya mətbuatı Kulibalinin “Mançester Siti” ilə müqavilə şərtlərini razılaşdırdığını yazır.Seneqal millisinin müdafiəçisinin “Napoli” ilə müqavilə müddəti 2023-cü ildə başa çatacaq.xeber100.com

Sentyabr 7, 2020 2:54

UEFA Millətlər Liqasının növbəti oyunları keçirilib

Sentyabrın 5-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün birinci turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun üçüncü oyun günündə 9 qarşılaşma oynanılıb.C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi turnirdə mübarizəyə məğlubiyyətlə başlayıb. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsinə 1:2 hesabı ilə məğlub olub.Bu qrupun digər oyununda Kipr millisi öz meydanında Monteneqro yığmasına 0:2 hesabı ilə məğlub olub.A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyanı minimal hesabla enib - 1:0. Danimarka seçməsi isə evdə Belçika komandasına uduzub – 0:2.Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: A liqası (3-cü qrup) Portuqaliya - Xorvatiya - 4:1; İsveç - Fransa - 0:1. C liqası (2-ci qrup) Şimali Makedoniya – Ermənistan - 2:1; Estoniya – Gürcüstan - 0:1.xeber100.com

Sentyabr 6, 2020 1:14

“Sabah” klubu yoxlama oyununda “Sumqayıt”la üz-üzə gəlib

Bakının "Sabah" fubol klubu yoxlama oyununda "Sumqayıt"la üz-üzə gəlib.Azərtac xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüş rəqibin qələbəsi ilə (1:3) yekunlaşıb.Matçda paytaxt təmsilçilərinin yeganə qoluna Kevin Kubemba imza atıb. "Sumqayıt"ın heyətində isə Əli Qurbani (iki qol) və Murad Xaçayev fərqləniblər.Xatırladaq ki, "Sabah" Azərbaycan Premyer Liqasının II turunda "Qəbələ" ilə qarşılaşacaq. Görüş sentyabrın 13-də saat 19:00-da "Bank Respublika Arena"da baş tutacaq.xeber100.com

Sentyabr 6, 2020 1:12

“Keşlə” futbol klubudoğma meydanda “Səbail”i qəbul edib

Azərbaycan Premyer Liqasının ikinci turuna hazırlığı davam etdirən "Keşlə" futbol klubu yoxlama oyunu çərçivəsində doğma meydanda "Səbail"i qəbul edib.Azərtac xəbər verir ki, iki paytaxt təmsilçisinin üz-üzə gələdiyi görüşdə "Keşlə" "Səbail"in qapısından üç cavabsız qol keçirib. "Keşlə"nin hər üç qolunun müəllifi Silvio Rodriqes Junior olub.Qeyd edək ki, "Keşlə" ölkə çempionatının birinci turunda səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. "Neftçi" isə doğma meydanda "Səbail"i 2:1 hesabı ilə üstələyib.xeber100.com

Sentyabr 6, 2020 1:11

7-ci beynəlxalq şahmat festivalı davam edir

İtaliyanın Katolika şəhərində Azərbaycan təmsilçisi Ülvi İsmayılovun da iştirak etdiyi 7-ci beynəlxalq şahmat festivalı davam edir.Azərtac xəbər verir ki, şahmatçımız 6 turun nəticəsinə görə, 4,5 xalla birinci yerə yüksəlib.Turnir İsveçrə sistemi üzrə keçirilir və 7 turdan ibarətdir.xeber100.com

Sentyabr 5, 2020 7:19

UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində

Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçiriləcək Kipr-Azərbaycan oyununun hakimləri müəyyənləşib.Azərtac xəbər verir ki, matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Filip Qlova olacaq. Ona Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.Qeyd edək ki, sentyabrın 8-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.xeber100.com

Sentyabr 5, 2020 7:18

“Azərreyl” voleybol klubu əməkdaşlıq müqaviləsi imzalayıb

Bakının “Azərreyl” voleybol klubunun meneceri Zaur Namazov və “Acıbadəm” klinikalar şəbəkəsinin rəhbəri Mehmet Ali Aydınlar arasında görüş keçirilib.Azərtac kluba istinadla xəbər verir ki, görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Görüşdə millimizin üzvü Şəfaqət Alışanova da iştirak edib.“Acıbadəm” xəstəxanalar şəbəkəsi Azərbaycan Voleybol Federasiyasının qadınlardan ibarət komandasının, eyni zamanda “Azerreyl” klubunun sponsoru olacaq.xeber100.com

Sentyabr 5, 2020 7:16

“Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, “Benfika” klubu “Almeriya”dan Darvin Nunezi transfer edib. Portuqaliya klubu bu transfer üçün 24 milyon avro ödəyib. Bu, həm klub tarixinin, həm də Portuqaliya çempionatının ən bahalı transferi olub.“Benfika” klubu Uruqvay millisinin üzvü ilə 2025-ci ilədək müqavilə imzalayıb.xeber100.com

Sentyabr 5, 2020 7:13
    Page 242 of 830« First«...102030...240241242243244...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az