11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Azərreyl” voleybol klubu əməkdaşlıq müqaviləsi imzalayıb

Bakının “Azərreyl” voleybol klubunun meneceri Zaur Namazov və “Acıbadəm” klinikalar şəbəkəsinin rəhbəri Mehmet Ali Aydınlar arasında görüş keçirilib.Azərtac kluba istinadla xəbər verir ki, görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Görüşdə millimizin üzvü Şəfaqət Alışanova da iştirak edib.“Acıbadəm” xəstəxanalar şəbəkəsi Azərbaycan Voleybol Federasiyasının qadınlardan ibarət komandasının, eyni zamanda “Azerreyl” klubunun sponsoru olacaq.xeber100.com

Sentyabr 5, 2020 7:16

“Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, “Benfika” klubu “Almeriya”dan Darvin Nunezi transfer edib. Portuqaliya klubu bu transfer üçün 24 milyon avro ödəyib. Bu, həm klub tarixinin, həm də Portuqaliya çempionatının ən bahalı transferi olub.“Benfika” klubu Uruqvay millisinin üzvü ilə 2025-ci ilədək müqavilə imzalayıb.xeber100.com

Sentyabr 5, 2020 7:13

“Real Madrid” futbol klubunun “Çelsi”yə ödədiyi məbləğ aşıqlanıb

“Real Madrid” klubunun Eden Hazarda görə “Çelsi”yə ödədiyi məbləğ məlum olub.“COPE” nəşri xəbər verir ki, Madrid təmsilçisi bu transferə görə 160 milyon avro ödəməlidir. Halbuki buna qədər belçikalı futbolçunun transferinə görə 100 milyon avro xərclənəcəyi haqda xəbərlər dolaşırdı.İspaniya nəşrinin Belçika mətbuatına istinadən verdiyi məlumata inansaq, “Real” 3 mərhələdə “Çelsi”yə ödəniş etməlidir. Ötən il bu məbləğ 40 milyon avro təşkil edirdisə, bu il 56, növbəti il isə 64 milyon avro ödənməlidir. Bununla yanaşı, 3 il ərzində Hazardı yetişdirən Belçikanın “Tübiz” klubunun hesabına da müvafiq olaraq 200, 280 və 320 min avro köçürülməlidir.xeber100.com

Sentyabr 5, 2020 7:12

Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə…

Sentyabrın 5-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilatçılığı ilə Bakı Olimpiya İdman Kompleksində Paralimpiya və Olimpiyaçı idmançıların iştirakı ilə kamandan oxatma növü üzrə “Birlik kuboku” açıq yarışı keçirilib.AMPK-dan Azərtac-a bildiriblər ki, yarışda komitənin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, idman şöbəsinin müdiri, eyni zamanda, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək milli komandanın şef-de-missionu Rauf Mürsəlov, Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndələri iştirak ediblər.Gənclər və İdman Nazirliyinin tövsiyəsi ilə yarış açıq hava şəraitində keçirilib. Kubok yarışlarında 20 idmançı mübarizə aparıb.Qeyd edək ki, “Birlik kuboku” COVID-19 koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimindən sonra paralimpiyaçıların iştirakı ilə keçirilən ilk yarışdır. Turnir Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət edilməsi üçün yaradılmış xüsusi işçi qrupunun nəzarəti altında keçirilib.xeber100.com

Sentyabr 5, 2020 7:09

Futbol üzrə milli komandamız 2020/2021-ci il mövsümündə

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəyə başlayır.Azərtac xəbər verir ki, saat 20:00-da millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığmasını qəbul edəcək.Komandaların matç üçün start heyətləri açıqlanıb.Azərbaycan millisinin heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Təmkin Xəlilzadə, Namiq Ələsgərov, Mahir Emreli və Ramil Şeydayev çıxacaqlar.Lüksemburq komandasının ilk onbirliyində isə Anthoni Moris, Vahid Selimoviç, Lars Gerson, Kristofer Martins, Gerson Rodriges, Vinsen Till, Dirk Karlson, Olivye Till, Leandro Barreyro, Laoren Yans və Mauritse Devill yer alıblar.Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kris Kavanaq olacaq. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirəcək.Qarşılaşmanın hakim-inspektoru Stefano Podeski (San-Marino), UEFA nümayəndəsi isə türkiyəli Metin Kazancıoğlu olacaq.Bu, baş məşqçi Canni De Byazinin millimizdə ilk sınağı olacaq.Görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.Millimizin yer aldığı qrupun digər oyununda Kipr millisi evdə Monteneqro yığmasını qəbul edəcək.xeber100.com

Sentyabr 5, 2020 7:07

“İnter” futbol klubu növbəti transferini gerçəkləşdirəcək

İtaliyanın “İnter” futbol klubu “Roma” komandasının müdafiəçisi Aleksandar Kolarovu transfer etməyə yaxındır.İtaliya mətbuatı xəbər verir ki, 34 yaşlı serbiyalı müdafiəçi ilə razılıq əldə olunub. Futbolçunun Milan təmsilçisi ilə 1+1 il şərti ilə müqavilə imzalayacağı bildirilib. “İnter”in Serbiya millisinin kapitanı üçün “Roma”ya 1,5 milyon avro təzminat ödəyəcəyi qeyd olunub.Qeyd edək ki, Kolarov ötən mövsümdə paytaxt klubunun heyətində keçirdiyi 42 matçda 7 qol vurub.xeber100.com

Sentyabr 4, 2020 1:46

“Neftçi” klubunun heyətinə qatmaq istədiyi futbolçunun adı məlum olub

Bakının "Neftçi" klubunun heyətinə qatmaq istədiyi futbolçunun adı məlum olub.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Fransanın "Şatoru" klubunun hücumçusu Şeyk Diarraya dəvət göndərib.İddiaya görə, paytaxt təmsilçisi malili forvarda illik 200 min avro təklif edib.Qeyd edək ki, 28 yaşlı futbolçu daha əvvəl Fransada "Renn", "İstr", "Oser", "Paris" və "Tur" klublarının da formasını geyinib. 2018-ci ildən "Şatoru"da çıxış edən Diarra 25 oyunda 3 qol vurub.xeber100.com

Sentyabr 4, 2020 1:36

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Fransa oyununun hakimləri açıqlanıb.Azərtac xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Halis Özkahya olacaq. Ona Kerem Ersoy və Serkan Olguncan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.Matçın hakim-inspektoru rumıniyalı Augustus Konstantin olacaq.Azərbaycan-Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.xeber100.com

Sentyabr 4, 2020 1:34

UEFA Millətlər Liqasının birinci turunda

UEFA Millətlər Liqasının birinci turunda Almaniya ilə 1:1 hesabı ilə heç-heçə edən İspaniya yığması rekorda imza atıb.Xarici KİV-lər xəbər verir ki, matçın 90+5-ci dəqiqəsində Xose Qayanın qolu ilə məğlubiyyətdən xilas olan ispanlar ardıcıl 41 oyundur ki, meydanı qolsuz tərk etmirlər. Bu, milli komandalar arasında rekord göstəricidir.İspaniya millisi sonuncu dəfə “Avro-2016”nın səkkizdəbir final mərhələsində İtaliya ilə oyunda (0:2) qol vura bilməyib.xeber100.com

Sentyabr 4, 2020 1:32

Milli Basketbol Assosiasiyasının pley-off mərhələsində növbəti oyunlar keçirilib

Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsində növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, “Mayami Hit” komandası “Miluoki Baks”la seriyanın 2-ci görüşündə qarşılaşıb. İlk oyunu qələbə ilə başa vuran mayamililər bu dəfə də qalib gələrək seriyada üstünlüklərini möhkəmləndiriblər. Böyük fasiləyə kimi onlar 66:60 hesabı ilə önə keçiblər. Qalan hissələrdə Miluoki basketbolçuları fərqi azaltsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər. Beləliklə “Mayami Hit” 116:114 hesabı ilə qələbə qazanıb. Bununla da seriyada hesab 2:0 olub. Miluoki təmsilçisi məğlub olsa da, komandanın ulduzu Yannis Adetokunbo 29 xal, 19 ribaund, 3 məhsuldar ötürmə ilə fərqlənib.Digər oyunda isə “Hyuston Rokets” və “Oklahoma Siti Tander” üz-üzə gəliblər. Seriyada hesab 3:3 olduğundan yeddinci qarşılaşma həlledici rol oynayıb. Hyuston basketbolçuları bu dəfə 104:102 hesabı ilə qələbə qazanaraq dörddəbir finala çıxan sonuncu komanda kimi yadda qalıb. Hyustonlular bu mərhələdə “Los Anceles Leykers”lə görüşəcəklər. İlk oyun sentyabrın 5-də keçiriləcək.xeber100.com    

Sentyabr 3, 2020 8:02
    Page 244 of 831« First«...102030...242243244245246...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az