15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə UEFA Millətlər Liqasının ilk turunda

Sentyabrın 5-də futbol üzrə UEFA Millətlər Liqasının ilk turunda Bakıda Lüksemburq yığmasını qəbul edəcək milli komandamızın təlim-məşq toplanışı davam edir.Azərtac xəbər verir ki, klubların heyətində avrokuboklarda çıxış edən futbolçular matçlardan dərhal sonra yığmaya qoşulublar. Yeganə legioner Renat Dadaşovdan başqa bütün futbolçular UEFA Millətlər Liqasının hazırlıqlarına başlayan Azərbaycan yığmasının düşərgəsindədirlər. İsveçrənin “Qrashoper” klubuna transfer olunan R.Dadaşov isə sentyabrın 1-nə keçən gecə Bakıya gələcək.Millimizin üzvləri koronavirus testindən də keçiblər.Qeyd edək ki, Əmir Ağayev (“Atromitos”, Yunanıstan) FIFA-dan milliləşdirməyə razılıq qərarının hələ verilməməsi, Eddi İsrafilov (“Albasete”, İspaniya) və Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya) isə koronavirus pandemiyası ilə əlaqədar test və karantin prosedurları üzündən hazırlığa qatıla bilməyiblər.Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Millimiz üç gün sonra isə Kiprin qonağı olacaq.xeber100.com

Avqust 31, 2020 11:53

“Qalatasaray”ın müdafiəçisi karyerasını İngiltərədə davam etdirəcək

Türkiyənin “Qalatasaray” futbol klubunun müdafiəçisi Markao karyerasını İngiltərədə davam etdirə bilər.Azərtac xəbər verir ki, 24 yaşlı braziliyalı futbolçu ilə “Nyukasl Yunayted” danışıqlara başlayıb. Klubun sambaçı ilə transfer məsələlərində hərtərəfli razılaşdığı və təqdimatın 24 saat içində dəqiqləşəcəyi bildirilib.Qeyd edək ki, Markao Teyşeyra “sarı qırmızılar”a mövsümün əvvəlində Portuqaliyanın ikinci liqa təmsilçisi “Şaveş”dən transfer olmuşdu. Oyunçu “Qalatasaray”da 38 oyunda forma geyinib.xeber100.com

Avqust 31, 2020 11:50

“Tour de France” veloyürüşünün ikinci mərhələsində

“Tour de France” veloyürüşü davam edir. Yarışın ikinci mərhələsində iştirakçılar 186 kilometr məsafə qət ediblər.Azərtac xəbər verir ki, fransalı velosipedçi Julian Alafilipp finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 55 dəqiqə 27 saniyəlik nəticə göstərib. İsveçrə idmançısı Mark Hirşi ikinci olub. İlk üçlüyü isə britaniyalı Adam Yeyts tamamlayıb.Ümumi yarış cədvəlinə J.Alafilipp başçılıq edir. O, 8 saat 41 dəqiqə 35 saniyə nəticə ilə birincidir. A.Yeyts liderdən cəmi 4 saniyə geri qalır. M.Hirşi isə üçüncüdür. O, 2 turdan sonra 8 saat 41 dəqiqə 42 saniyə nəticə göstərib.xeber100.com

Avqust 31, 2020 11:46

“Qarabağ” klubunun futbolçusu karyerasını bitirib

Ağdamın “Qarabağ” klubunun futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını bitirib.Azərtac xəbər verir ki, 31 yaşlı cinah oyunçusu bu barədə şəxsi “Instagram” səhifəsində məlumat verib. O, çox fikirləşdikdən sonra bu qərara gəldiyini bildirib.Qeyd edək ki, D.Gerye 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. Ötən yay “Neftçi”yə keçən futbolçu 2020/2021-ci il mövsümünün əvvəlində Ağdam təmsilçisinə qayıdıb.xeber100.com

Avqust 30, 2020 4:09

2020-2021-ci illərdə Dünya Cüdo turunun mərhələləri keçiriləcək

Budapeşt, Tokio və Qətərdə (şəhər hələ bəlli deyil) 2020-2021-ci illərdə Dünya Cüdo turunun mərhələləri keçiriləcək. Budapeştdə turnirin oktyabrın sonunda, Tokioda dekabrın ilk yarısında təşkili nəzərdə tutulub. Qətərdə keçiriləcək yarış isə 2021-ci ilin yanvar ayına planlaşdırılıb. Bu yarışlar Tokio Olimpiadasına lisenziya xarakteri daşıdığı üçün böyük əhəmiyyətə malikdir. Komandamızın Dünya Cüdo turuna hazırlığı yüksək səviyyədə gedir. Pandemiya ilə bağlı vəziyyət imkan verəcəksə, cüdoçularımız həmin yarışlarda iştirak edəcəklər.Bu sözləri Azərtac-a məxsusi müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib.O qeyd edib ki, bu yarışlardan başqa cüdoçularımızın bu ilin noyabrında Praqada keçiriləcək Avropa çempionatında da iştirakı nəzərdə tutulub.Xatırladaq ki, “Tokio-2020” Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb.xeber100.com

Avqust 30, 2020 4:06

Ümumdünya Şahmat Olimpiadasının finalçıları müəyyənləşib

Ümumdünya Şahmat Olimpiadasının finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, iki turdan sonra (2:4, 4,5:1,5) tay-brekdə Polşa komandasına qalib gələn Hindistan və ABŞ yığmasını məğlub edən (3,5:2,5, 3:3) Rusiya komandaları finalda üz-üzə gələcəklər.Qeyd edək ki, Azərbaycan komandası dörddəbir final oyunlarında Polşa komandasına məğlub olaraq olimpiadada çıxışını dayandırıb.Final oyunları bu gün keçiriləcək.xeber100.com

Avqust 30, 2020 4:04

Futbol üzrə İngiltərə Super kuboku uğrunda görüş keçirilib

Avqustun 29-da futbol üzrə İngiltərə Super kuboku uğrunda görüş keçirilib.Azərtac xəbər verir ki, qarşılaşmada Premyer Liqanın qalibi “Liverpul” və ölkə kubokunun qalibi “Arsenal” üz-üzə gəliblər.Oyunun əsas vaxtı 1-1 hesablı bərabərliklə bitib. Nəticədə komandalar 11 metrlik penaltilərlə qalibi müəyyən etməli olublar. Bu seriyada daha dəqiq olan “Arsenal” tarixində 16-cı dəfə İngiltərə Super kubokunun qalibi adını qazanıb.xeber100.com

Avqust 30, 2020 4:02

36-cı bədii gimnastika üzrə Avropa çempionatında

Azərbaycan millisinin Kiyevdə keçiriləcək 36-cı bədii gimnastika üzrə Avropa çempionatında iştirakı nəzərdə tutulub.Azərtac xəbər verir ki, ilkin müraciətə əsasən ölkəmizi 13 idmançı təmsil edəcək. Səkkiz gimnastımız böyüklər yaş qrupunda, beş idmançı isə yeniyetmələr kateqoriyasında çıxış edəcək.Qeyd edək ki, Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatının noyabrın 26-29-da keçirilməsi planlaşdırılır. Qitə birinciliyinin keçirilməsi ilə bağlı yekun qərarın sentyabrın sonunda verilməsi nəzərdə tutulub.Bu günə qədər 39 ölkənin nümayəndəsi iştirak üçün müraciət edib.xeber100.com

Avqust 29, 2020 7:13

“Monako” futbol klubu “Atletiko Madrid”in oyunçusunu heyətinə qatıb

“Monako” futbol klubu “Atletiko Madrid”in oyunçusunu transfer edib.Azərtac xəbər verir ki, “Monako” İspaniyanın “Atletiko Madrid” klubundan braziliyalı oyunçu Kayo Enrikeni heyətinə qatıb. İyirmi üç yaşlı oyunçu ilə beşillik müqavilə imzalanıb.Karyerasına 2016-cı ildə “Atletiko Madrid”də başlayan Enrike “Parana”, “Fluminense” və “Qremio” klublarında icarə əsasında çıxış edib.xeber100.com

Avqust 29, 2020 7:09

Beynəlxalq Cüdo Federasiyasının məlumatı əsasında…

Budapeşt, Tokio və Dohada cüdo üzrə dünya turunun mərhələləri keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında məlumat verilib.Mərhələ yarışları Budapeştdə bu ilin oktyabrında, Tokioda dekabrda, Dohada isə 2021-ci ilin əvvəlində baş tutacaq.Hər üç yarış “Tokio-2020” Olimpiadasına lisenziya xarakteri daşıyacaq.Xatırladaq ki, “Tokio-2020” Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışlar bir il müddətinə təxirə salınıb.xeber100.com

Avqust 29, 2020 7:06
    Page 246 of 830« First«...102030...244245246247248...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az