UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində

Oktyabrın 22-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin üçüncü turuna start veriləcək.Azərtac xəbər verir ki, bu turnirdə Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. A qrupunda mübarizə aparan hər iki klubun aktivində 1 xal var. “Qalatasaray” ilk turda səfərdə Belçikanın “Brügge” komandası ilə heç-heçə (0:0) edib, ikinci oyununda Fransanın “Paris Sen-Jermen” klubuna məğlub olub – 1:0. Qrupun digər oyununda “Brügge” “Paris Sen-Jermen”ni qəbul edəcək.İlk oyun günündə A, B, C və D qruplarında, ümumilikdə, 8 qarşılaşma oynanılacaq: A qrupu “Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya) “Brügge” (Belçika) – “Paris Sen –Jermen” (Fransa). Qrupdakı vəziyyət: “Paris Sen –Jermen” – 6, “Brügge” - 2, “Qalatasaray” - 1, “Real Madrid” - 1. B qrupu “Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) “Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) Qrupdakı vəziyyət: “Bavariya” - 6, “Srvena Zvezda” – 3, “Olimpiakos” - 1, “Tottenhem” – 1. C qrupu “Şaxtyor” (Donetsk, Ukrayna) – “Dinamo Zaqreb” (Xorvatiya) “Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya) Qrupdakı vəziyyət: “Mançester Siti” - 6, “Şaxtyor”- 3, “Dinamo Zaqreb” - 3, “Atalanta” - 0. D qrupu “Atletiko Madrid” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya) “Yuventus” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya) Qrupdakı vəziyyət: “Atletiko Madrid” - 4, “Yuventus” - 4, “Lokomotiv” - 3, “Bayer Leverkuzen” - 0.xeber100.com  

Oktyabr 22, 2019 10:21

“Qızıl top” mükafatına namizədlərin adları açıqlanıb

Oktyabrın 22-də FIFA və “France Football” jurnalı ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.Azətac xəbər verir ki, namizədlər siyahısında aşağıdakı 30 futbolçunun adı yer alıb: Sadio Mane ("Liverpul", Seneqal), Serxio Aquero ("Mançester Siti", Argentina), Frenki de Yonq ("Ayaks"/"Barselona", Niderland), Uqo Loris ("Tottenhem Hotspur", Fransa), Duşan Tadiç ("Ayaks", Serbiya), Kilian Mbappe ("Pari Sen-Jermen", Fransa), Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Donni van de Bek ("Ayaks", Niderland), Per-Emerik Obameyanq ("Arsenal", Qabon), Mark-Andre ter Şteqen ("Barselona", Almaniya), Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya), Alison Beker ("Liverpul", Braziliya), Mateys de Liqt ("Ayaks"/"Yuventus", Niderland), Kerim Benzema ("Real", Fransa), Jorjino Veynaldum ("Liverpul", Niderland), Virdjil van Deyk ("Liverpul", Niderland), Bernardu Silva ("Mançester Siti", Portuqaliya), Son Hın Min ("Tottenhem Hotspur", Cənubi Koreya), Roberto Firmino ("Liverpul", Braziliya), Robert Levandovski ("Bavariya", Polşa), Lionel Messi ("Barselona", Argentina), Riyad Marez ("Mançester Siti", Əlcəzair), Kevinde Bryoyn ("Mançester Siti", Belçika), Kalidu Kulibali ("Napoli", Seneqal), Antuan Qrizmann ("Atletiko"/"Barselona", Fransa), Məhəmməd Salah ("Liverpul", Misir), Eden Azar ("Çelsi"/"Real", Belçika), Markinos ("Pari Sen-Jermen", Braziliya), Joau Feliş ("Benfika"/"Atletiko", Portuqaliya), Rahim Sterlinq ("Mançester Siti", İngiltərə)."France Football"un versiyasına görə, dünyanın ən yaxşı futbolçusu adı dekabrın 2-də Parisdəki “Şatle” teatrında elan ediləcək. Mükafatların təqdimatı təntənəli mərasimlərin aparıcılarından biri "Çelsi"nin keçmiş hücumçusu Didye Droqba olacaq.Xatırladaq ki, keçən il "Qızıl top"u "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qazanıb.xeber100.com

Oktyabr 22, 2019 10:12

İngiltərə Premyer Liqasının 9-cu turunun mərkəzi qarşılaşması keçirilib

Oktyabrın 20-də İngiltərə Premyer Liqasının 9-cu turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Mançester Yunayted” öz meydanında turnir cədvəlinin lideri “Liverpul” klubunu qəbul edib.Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.Oyunda hesabı 36-ci dəqiqədə Mançester təmsilçisi Markus Reşford açıb. Fasilədən sonra qonaqlar hesaba tarazlıq gətirib. Adam Lallana fərqlənib.“Liverpul” cari mövsüm ilk dəfədir xal itkisi ilə üzləşir. Mersessayd təmsilçisi 8 turun hamısında qələbə qazanaraq turnir cədvəlində 25 xalla liderdir. “Mançester Yunayted” isə 10 xalla 13-cü yerdədir.Xatırladaq ki, “Liverpul”un çempionluq uğrunda əzəli rəqibi “Mançester Siti” oktyabrın 19-da səfərdə “Kristal Palas” klubu ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində Qabriel Jesus və David Silva fərqləniblər.“Şəhərlilər” bu qələbə sayəsində xallarının sayını 19-a çatdıraraq ikinci pillədəkı yerin qoruyub saxlayıb.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Everton” - “Vest Ham” - 2:0; “Bormunt” - “Norviç Siti” - 0:0; “Aston Villa” - “Brayton” - 2:1; “Çelsi” - “Nyukasl” - 1:0; “Lester Siti” - “Börnli” - 2:1; “Tottenhem” - “Vatford” - 1:1; “Volverhemton” - “Southemton - 1:1.xeber100.com

Oktyabr 21, 2019 9:21