Dünya Kuboku Turnirinin ikinci partiyaları oynanılıb

Sentyabrın 17-də Xantı-Mansiyskdə Şahmat üzrə Dünya Kuboku Turnirinin onaltıdabir final mərhələsinin ikinci partiyaları oynanılıb.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov komanda yoldaşı Eltac Səfərli ilə, Teymur Rəcəbov isə rusiyalı Daniil Yuffa ilə qarşılaşmada heç-heçə edib. Ş.Məmmədyarov və T.Rəcəbov birinci partiyada qalib gəldikləri üçün səkkizdəbir final mərhələsinə vəsiqəni təmin ediblər. Azərbaycan şahmatçıları T.Rəcəbov və Ş.Məmmədyarov dünya kubokunun səkkizdəbir final mərhələsində üz-üzə gələcək.Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, bu gün isə Eltac Səfərli digər şahmatçımız Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com

Sentyabr 18, 2019 12:30

Bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın ikinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayırlar.Milli komandamızın heyətində Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxacaqlar. Hər iki gimnastımızın çıxış edəcəyi A qrupunda V.Qudis 1-ci, Z.Ağamirova isə 3-cü nömrə altında topla proqramlarını təqdim edəcəklər. Təmsilçilərimizin yer aldıqları qrupda 29 gimnast mübarizə aparacaq. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışacaqlar.Günün sonunda isə halqa və topla yarışların final mərhələsi keçiriləcək.Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında yarışlarda qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. Gimnastlar ümumilikdə doqquz dəst medal uğrunda mübarizə aparacaqlar.xeber100.com

Sentyabr 17, 2019 1:28

Türkiyə Superliqasının IV turu çərçivəsində keçirilən görüşdə

Sentyabrın 15-də futbol üzrə Türkiyə Superliqasının IV turu çərçivəsində keçirilən görüşdə “Trabzonspor” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib.Azərtac xəbər verir ki, “Medical Park Arena”da baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə hesabı 17-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Filip Novak açıb. Lakin qonaqlar 44-cü dəqiqədə Boqdan Stancunun vurduğu qol sayəsində hesabı bərabərləşdiriblər. Birinci hissə elə bu hesabla bitib.İkinci hissənin 57-ci dəqiqəsində “Gənclərbirliyi”nin müdafiəçisinin kobud oyununa görə onbir metrlik cərimə zərbəsi təyin olunub. Aleksander Sorlot bu penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanın 85-ci dəqiqəsində “Gənclərbirliyi”nin yarımmüdafiəçisi Stefan Sesseqnon komandasını məğlubiyyətdən xilas edib. Görüş elə bu hesabla bitib - 2:2. Beləliklə “Trabzonspor” və “Gənclərbirliyi” qarşılaşmasında qalib müəyyənləşməyib.Turun digər oyunlarından olan “Rizəspor” və “Göztəpə” qarşılaşmasında qapılara qol vurulmayıb. “Yeni Malatyaspor” isə səfərdə “Ankaragücü”nün qapısından dörd cavabsız qol keçirib. Bundan başqa “Denizlispor” doğma meydanında “Konyaspor”a məğlub olub.Bu oyundan sonra “Trabzonspor” çempionatda 6 xalla 8-ci pillədə qərarlaşıb.Turun son oyunu “Alanyaspor” və “Fənərbağça” qarşılaşması sentyabrın 16-da keçiriləcək.xeber100.com

Sentyabr 16, 2019 10:25

İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilib

Sentyabrın 15-də futbol üzrə İngiltərə Premyer Liqasında beşinci turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib. Günün ilk oyununda “Everton” səfərdə “Bournemouth” komamdasına 3:1 hesabı ilə məğlub olub. London təmsilçisi “Arsenal” isə hesabda iki top irəli olsada, “Votford” ardıcıl fərqlənərək heç-heçə ilə kifayyətlənib.Xatırladaq ki, sentyabrın 14-də İngiltərə Premyer Liqasının iki favoriti sayılan “Mançester Siti” və “Liverpul” görüşlərini keçirib. “Mançester Siti” səfərdə “Norviç Siti” komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 3:2. “Liverpul” isə səfərdə “Nyukasl” komandasını 3:1 hesabı ilə məğlub edib. “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin birinci pilləsindəki yerini möhkəmləndirib. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.Turun digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb: “Brayton” - “Börnli” - 1:1, “Volverhemton” - “Çelsi” - 2:5, “Mançester Yunayted” - “Lester Siti” - 1:0, “Tottenhem” - “Kristal Palas” - 4:0, “Şeffild Yunayted” - “Sothempton” - 0:1. Qeyd edək ki, tura sentyabrın 16-da “Aston Villa” - “Vest Ham” oyunu ilə yekun vurulacaq.xeber100.com

Sentyabr 16, 2019 10:00