Millimiz İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

On yeddi yaşadək futbolçulardan Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları birgə “A” qrupunda mübarizə aparacaq.Millimiz avqustun 26-da İsrail, bir gün sonra Ukrayna, ayın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.Yığmamızın turnir üçün heyətində Elgün Bayramov (“Neftçi”), Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya), Amin Ramazanov (“Lokomotiv Moskva”, Rusiya), Rəşad Həsənov (“Keşlə”), Cəlal Hüseynov (“Zirə”), Raqib Abışov (“Sabah”), Samir Həsənov (“Rubin Kazan”, Rusiya), Nikita Pesotski Çertanovo (“Moskva”, Rusiya), Ülvi Mədətov (“Qəbələ”), Zöhrab Əsədov (“Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi “Neftçi”), Elnur Mirzəyev (“Zirə”), Rauf Rüstəmli (“Qəbələ”), Əbil Əbilov (“Keşlə”), Vüsal Qəmbərov (“Sabah”), Musa Musazadə (“Qarabağ”), Arif Məmmədov (“Səbail”), Vüsal Əliyev (“Zirə”), Kamal Kazımov (“Keşlə”), Nicat Quliyev (“Səbail”), Nurəli Nurəliyev (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”) və Vaqif Həsənov (“Keşlə”) yer alıblar.xeber100.com

Avqust 24, 2019 4:15

Voleybolçular arasında Avropa çempionatına start veriləcək

Avqustun 23-də Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.Azərtac xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisi çempionatda C qrupunda mübarizə aparacaq. Turnirdə voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya yığmaları ilə üz-üzə gələcəklər.Millimiz ilk oyununu avqustun 23-də Xorvatiya yığmasına qarşı keçirəcək. Avqustun 25-də Azərbaycan–Hollandiya, ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri oynanılacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.C qrupunun oyunları Budapeştdə təşkil olunacaq.Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıblar.Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa çempionatında gücünü sınayacaq yığmamız mükafatçılar sırasına düşə bilməyib.Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.Xatırladaq ki, iki il əvvəl Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.Çempionata sentyabrın 8-də yekun vurulacaq.xeber100.com

Avqust 23, 2019 2:22