07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında…

Futbol üzrə iki dəfə dünya çempionu braziliyalı Kafu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının səfiri seçilib.Azərtac xəbər verir ki, 1994-cü və 2002-ci illərdə Futbol üzrə dünya çempionatlarının qalibi olmuş Kafuya rəmzi səfir köynəyinin təqdim edilməsi mərasimi keçmiş futbolçunun doğma şəhəri San-Pauluda keçirilib.2022-ci ildə keçiriləcək Futbol üzrə dünya çempionatının səfirləri arasında 2010-cu ilin dünya çempionu, iki dəfə Avropa çempionu ispaniyalı Xavi və Kamerun yığmasının keçmiş hücumçusu Samuel Eto’O da var.Sözügedən dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərində keçiriləcək. Qətər həmin dünya birinciliyinə ev sahibliyi edəcək ölkə kimi 2010-cu ilin dekabr ayında seçilib.xeber100.com

İyun 22, 2019 1:37

Üçüncü Avropa Oyunları Polşada keçiriləcək

2023-cü ildə keçiriləcək üçüncü Avropa Oyunlarına Polşanın Krakov şəhəri ev sahibliyi edəcək.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.Yarışmaya ev sahibliyi edəcək şəhərin seçilməsi barədə qərar Avropa Olimpiya Komitəsinin Minskdə keçirilən Baş Assambleyasında qitənin 50 milli komitəsi tərəfindən açıq səsvermə yolu ilə qəbul olunub.Qeyd edək ki, Avropa Oyunları Avropa Olimpiya Komitəsinin idarəçiliyi ilə dörd ildən bir keçirilir. Yarışma ilk dəfə 2015-ci ildə Bakı şəhərində təşkil olunub. Həmin yarışda 5700 idmançı 31 növ üzrə 253 mükafat uğrunda mübarizə aparıb.İkinci Avropa Oyunları Belarusun paytaxtı Minskdə keçirilir. İyunun 30-dək davam edəcək yarışlarda 15 idman növündə 199 mükafatın sahibi müəyyənləşəcək. Oxatma, karate və stolüstü tennis idman növləri üzrə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazandıracaq.xeber100.com

İyun 22, 2019 1:34

Qılıncoynatma Federasiyasının məlumatına görə…

Almaniyanın Düsseldorf şəhərində Avropa çempionatına start verilib.Azərtac Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, qitə çempionatının ilk günündə qadın sablyaçıların şəxsi yarışında yığma komandamızın üzvlərindən Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova mübarizə aparıb. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 1-də qalib gələn Səbinə Kərimova və bu mərhələni qələbəsiz bitirən Sevil Bünyatova pley-offa vəsiqə qazana bilməyib. Qrup mərhələsini 5 qələbə ilə başa vurmaqla mütləq nəticəyə imza atan Valeriya Bolşakova isə birbaşa onaltıdabir final mərhələsinə yüksəlib. Bolşakova bu mərhələdə Yunanıstan təmsilçisi Teodora Gkountouraya 4:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 5 görüşdən 4-də qalib gələn Anna Başta 1/32 finalda Türkiyə idmançısı Unludağ Deniz Selin üzərində 15:5 hesablı qələbə qazanıb. Anna onaltıdabir finalda ukraynalı Alina Komaşçuka 10:15 hesabı ilə məğlub olub.xeber100.com

İyun 19, 2019 4:15

Şahmat üzrə Asiya çempionatı başa çatıb

Çinin Sintae şəhərində keçirilən şahmat üzrə Asiya çempionatı başa çatıb.Azərtac xəbər verir ki, qadınların mübarizəsində qazaxıstanlı şahmatçı Dinara Saduakasova hamıdan güclü olub. Kişilərin yarışında isə Vyetnam şahmatçısı Le Quanq Liyem qitə yarışının qalibi adını qazanıb.xeber100.com

İyun 19, 2019 4:13

“Səbail” futbol klubu müdafiəçisi ilə yollarını ayırıb

“Səbail” klubu daha bir futbolçu ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klub müdafiəçi Maudo Jarjue ilə vidalaşıb.M.Jarjue 2017-ci ildən “Səbail” klubunun formasını geyinib. O, paytaxt təmsilçisinin heyətində 50 oyunda meydana əsas heyətdə çıxıb.“Səbail” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Rumıniyanın “Kraivo” komandası ilə üz-üzə gələcək. İlk oyun iyulun 11-də Bakıda, cavab görüşü iyulun 18-də Krayovada keçiriləcək.xeber100.com

İyun 19, 2019 4:00

“Speranta” – “Neftçi” görüşünün keçiriləcəyi stadion müəyyənləşib

“Neftçi” futbol klubunun UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində səfərdə Moldovanın “Speranta” komandası ilə qarşılaşacağı arena müəyyənləşib.Azərtac xəbər verir ki, qarşılaşma iyulun 11-də Kişineudakı “Zimbru” stadionunda təşkil olunacaq. Nisporeni klubunun rəhbərliyi görüş üçün əvvəlcə Orgeyevdəki idman kompleksinə sifariş versə də ev oyunlarını bu arenada keçirən “Petrokub” komandasının ilk görüşü səfərdə oynamasına dair UEFA-nın qərarından sonra “Speranta” Bakı təmsilçisi ilə paytaxt stadionunda qarşılaşmağa qərar verib.Bu komandalar arasında cavab görüşü iyulun 18-də “Bakcell Arena”da oynanılacaq.xeber100.com

İyun 19, 2019 3:57

Azərbaycanda vəkilliyin 100 illiyi münasibətilə şahmat yarışı keçirilib

Vəkillər Kollegiyasının “Vəkil klubu” tərəfindən Sumqayıt Şahmat Məktəbində 15 iyun - Milli Qurtuluş Günü və Azərbaycanda vəkilliyin 100 illiyi münasibətilə şahmat yarışı keçirilib.Azərtac xəbər verir ki, turnirdə 28 vəkil və vəkilliyə namizəd mübarizə aparıb. Yarışda Əkrəm Həsənov (“Əkrəm Həsənov və partnyorları” vəkil bürosu), Pənah Məmmədov (“Femida” vəkil bürosu), Aydın Ələkbərov (Bakı şəhəri 8 saylı vəkil bürosu), Rahim Alışov (Bakı şəhəri 6 saylı vəkil bürosu), Namiq Mustafayev (Bakı şəhəri 8 saylı vəkil bürosu), Elşən Səfərov (“Femida” vəkil bürosu), Camal Əliyev (Gəncə şəhər vəkil bürosu) fərqləniblər.Turnirdə fərqlənənlərə pul mükafatları, fəxri fərmanlar və diplomlar təqdim olunub.xeber100.com

İyun 18, 2019 4:58

“Qarabağ” futbol klubu “Partizani” ilə qarşılaşacaq

İyunun 18-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” klubu püşkün nəticələrinə əsasən Albaniyanın “Partizani” komandası ilə üz-üzə gələcək.UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin görüşləri iyulun 9-10-da, cavab matçları isə bir həftə sonra oynanılacaq. “Qarabağ” ilk matçını səfərdə keçirəcək.xeber100.com

İyun 18, 2019 4:43

“Yay futbol düşərgəsi” layihəsinə start verilib

Sumqayıtda məktəblilər üçün “Yay futbol düşərgəsi” layihəsinə start verilib. “Sumqayıt” futbol klubunun mətbuat xidmətindən Azərtac–a bildirilib ki, doqquz gün müddətində üç qrup üzrə keçiriləcək layihədə Sumqayıtdakı 48 məktəb və liseyin tədris ilində fərqlənən yüzdən çox oğlan və qız şagirdi iştirak edir.Məqsəd yeniyetmə və gənc şagirdlərin futbola cəlb olunması, məktəblilərin təhsilə həvəsləndirilməsi, onların asudə vaxtını səmərəli təşkili və futbolun kütləviliyinin artırılmasıdır.Xatırladaq ki, “Sumqayıt” futbol klubu “Yay futbol düşərgəsi”ni 2014-cü ildən həyata keçirir.xeber100.com

İyun 18, 2019 4:38

2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib

İyunun 18-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib. Püşkün nəticələrinə əsasən, “Səbail” Rumıniyanın “Kraivo”, “Neftçi” isə Moldovanın “Speranta” komandaları ilə qarşılaşacaqlar.Komandaların ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə bir həftə sonra oynanılacaq.xeber100.com

İyun 18, 2019 4:31
    Page 390 of 831« First«...102030...388389390391392...400410420...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az