11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə Türkiyə Superliqasının ikinci turuna yekun vurulub

Avqustun 26-da futbol üzrə Türkiyə Superliqasının ikinci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun sonuncu oyununda “Qazişəhər Qaziantep” öz meydanında “Gənclərbirliyi” komandası ilə qarşılaşıb. "Qaziantep" stadionunda keçirilən görüşdə meydan sahibləri qonaq komandanı darmadağın ediblər.Matçda hesabı 32-ci dəqiqədə “Qazişəhər Qaziantep” komandasının hücumçusu Olarenvaju Kayode açıb. Cəmi səkkiz dəqiqə sonra O.Kayode dublunu rəsmiləşdirib. Meydan sahibləri 56-cı dəqiqədə Güray Vuralın qolu ilə rəqiblərini növbəti dəfə mərkəzdən başlamağa məcbur ediblər. "Gənclərbirliyi" 69-cu dəqiqədə Berat Özdəmirin vurduğu qolla hesab arasındakı fərqi azaldıb. Qarşılaşmada sonuncu qolu qazianteplilərin futbolçusu Oğuz Ceylan 72-ci dəqiqədə vurub. Beləliklə, “Qazişəhər Qaziantep” görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib.İki turdan sonra Türkiyə çempionatında “Fənərbağça” komandası altı xalla liderdir.xeber100.com

Avqust 27, 2019 12:19

U-17 millisi ukraynalı həmyaşıdları ilə qarşılaşacaq

Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirində çıxışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək.Azərtac xəbər verir ki, komandamız “Yubileynıy” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.Millimiz ilk oyunda İsrail seçməsinə 0:6 hesabı ilə məğlub olub.xeber100.com

Avqust 27, 2019 12:17

UEFA Çempionlar Liqası 2019-2020-ci il mövsümündə

Avqustun 27-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə vəsiqə qazanacaq üç komanda müəyyənləşəcək.Azərtac xəbər verir ki, bu gün pley-off mərhələsinin üç cavab matçı keçiriləcək. Səfərdə 0:4 hesabı ilə məğlub olan Rusiyanın “Krasnodar” komandası doğma meydanda Yunanıstanın “Olimpiakos” klubunu qəbul edəcək.İsveçrənin “Yanq Boyz” klubu Serbiyada “Srvena Zvezda” komandası ilə qarşılaşacaq. Bu komandalar arasında İsveçrədə baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.Günün üçüncü qarşılaşması Norveçdə oynanılacaq. “Rusenborq” Xorvatiyanın “Dinamo” kollektivi qəbul edəcək. İlk görüş 2:0 hesabı ilə Xorvatiya təmsilçisinin xeyrinə başa çatıb.Qeyd edək ki, mərhələnin digər üç oyunu avqustun 28-də keçiriləcək. Belə ki, “Ayaks” – APOEL (0:0), “Brügge” – LASK (1:0) və “Slavia Praqa” – “ÇFR Kluj” (1:0) qarşılaşmaları oynanılacaq.Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin püşkatma mərasimi avqustun 29-da Monakoda keçiriləcək.xeber100.com

Avqust 27, 2019 12:13

Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valleta şəhərində təlim-məşq toplanışı olacaq.Azərtac AFFA-ya istinadla xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Millinin heyətinə Rüstəm Samiqullin (“Stroqino”, Rusiya), Ayxan Arazlı (“Qarabağ”), Şahin Mürsəl (“Viedenbrück”, Almanya), Nihad Qurbanlı (“Neftçi”), Murad Məmmədov (“Səbail”), Emre Kaplan (“Başakşehir”, Türkiyə), Murad Bağırov(“Sabah”), Nihad Quliyev (“Qarabağ”), Xəyal Muradov (“Qəbələ”), Elnur İbrahimov (“Spartak Akademiya”, Rusiya), Səbuhi Abdullazadə (“Sumqayıt”), Turan Vəlizadə (“Neftçi”), İsmayıl Zülfüqarlı (“Neftçi”), Ədilxan Qarəhmədov (“Səbail”), Tural Bayramov (“Qarabağ”), Rüfət Abdullazadə (“Sumqayıt”), Samir Məhərrəmli (“Qəbələ”), Samir Qurbanov (“Viktoriya”, Çexiya), İdris İnqılablı və Veysəl Rzayev (hər ikisi “Qəbələ”) dəvət olunublar.xeber100.com  

Avqust 27, 2019 12:02

Tokioda keçirilən dünya çempionatının ikinci günündə

Avqustun 26-da Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının ikinci günündə üç cüdoçumuz mübarizəyə başlayıb.Azərtac xəbər verir ki, təmsilçimiz Nicat Şıxəlizadə (66 kq) vyetnamlı Quoc Xuan, qazaxıstanlı Yerlan Serikcanov və daha sonra qırğızıstanlı Almaz Altınbek Uulunu məğlub edərək səkkizdəbir finala yüksəlib. Növbəti mərhələdə cüdoçumuz misirli Məhəmməd Abdelmaugoud və monteneqrolu Yusuf Nurkoviç cütünün qalibi ilə mübarizə aparacaq.Digər təmsilçilərimiz Gültac Məmmədəliyeva (52 kq) mozambikli Jaciro Ferreyra, Larisa Florian (52 kq) isə Honq-Konq cüdoçusu Şuk Ki Çui ilə qarşılaşmalarda qalib gəlsələr də, onaltıdabir finalda uduzublar.Qeyd edək ki, yarışların ilk günü üç cüdoçumuz mübarizə aparıb. Onların hər üçü - Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) yarışı medalsız tərk ediblər.xeber100.com

Avqust 26, 2019 12:47

U-17 komandası israilli həmyaşıdları ilə qarşılaşacaq

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukraynada təşkil olunmuş Viktor Bannikov beynəlxalq turnirində bu gün ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 18:00-da İsrail komandası ilə qarşılaşacaq.Millimizin turnir üçün heyətində Elgün Bayramov (“Neftçi”), Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya), Amin Ramazanov (“Lokomotiv Moskva”, Rusiya), Rəşad Həsənov (“Keşlə”), Cəlal Hüseynov (“Zirə”), Raqib Abışov (“Sabah”), Samir Həsənov (“Rubin Kazan”, Rusiya), Nikita Pesotski Çertanovo (“Moskva”, Rusiya), Ülvi Mədətov (“Qəbələ”), Zöhrab Əsədov (“Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi “Neftçi”), Elnur Mirzəyev (“Zirə”), Rauf Rüstəmli (“Qəbələ”), Əbil Əbilov (“Keşlə”), Vüsal Qəmbərov (“Sabah”), Musa Musazadə (“Qarabağ”), Arif Məmmədov (“Səbail”), Vüsal Əliyev (“Zirə”), Kamal Kazımov (“Keşlə”), Nicat Quliyev (“Səbail”), Nurəli Nurəliyev (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”), Rəvan Nağıyev (“Neftçi”) və Vaqif Həsənov (“Keşlə”) yer alıblar.Qeyd edək ki, yığmamız avqustun 27-də Ukrayna, iki gün sonra isə Latviya yığması ilə qarşılaşacaq.xeber100.com

Avqust 26, 2019 12:35

Beynəlxalq Şahmat Federasiyasının məlumatına görə…

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Afrikada şahmatın təbliği üçün bütün mövcud mənbələrdən istifadə edəcək.Bu sözləri TASS agentliyinə FIDE-nin icraçı direktoru Viorel Boloqan Afrika Oyunları çərçivəsində təşkil edilən rapid üzrə qarışıq komanda yarışlarının açılış mərasimində deyib.V.Boloqan Afrika Oyunlarının proqramına şahmatın daxil edilməsinin idmanın bu növünün qitədə inkişafında mühüm rol oynayacağını vurğulayıb. O, qeyd edib ki, Mərakeşdə keçirilən turnir sayəsində Afrika ölkələrinin hər birində şahmata maraq daha da artır.Bildirib ki, şahmat sadə və aydın bir formatda Olimpiya hərəkatına doğru irəliləyir: “Olimpiya Oyunlarında sürətli şahmatı təqdim edə bilərik. Beynəlxalq Olimpiya Komitəsinin bütün tədbirlərində iştirak edirik, görüşlər keçiririk. Şahmat artıq Afrika və Asiya Oyunlarının tam hüquqlu iştirakçısıdır”.XII Afrika Oyunları Mərakeşdə keçirilir və avqustun 31-dək davam edəcək. Yarışda 50-dən çox ölkədən 6 min 400-ə yaxın idmançı iştirak edir.xeber100.com

Avqust 26, 2019 12:31

Milli komandanın Avropa Super finalındakı rəqibləri məlum olub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Super finalındakı rəqibləri məlum olub.Azərtac AFFA-ya istinadla xəbər verir ki, millimiz Bolqarıstan, Rumıniya və Çexiya komandaları ilə birgə eyni qrupda mübarizə aparacaq.Bu mərhələnin oyunları sentyabrın 5-dan 8-dək Portuqaliyanın Figueira şəhərində keçiriləcək.xeber100.com

Avqust 26, 2019 12:24

Cüdo üzrə dünya çempionatı start götürüb

Yaponiyanın paytaxtı Tokio şəhərində cüdo üzrə dünya çempionatı start götürüb.Azərtac xəbər verir ki, yarışların ilk günü kişilər arasında 60 kiloqram çəkidə mübarizə aparan Davud Məmmədsoy ilk qarşılaşmada Tornik Çjakodeaya (Hollandiya) qalib gəlsə də, sonrakı mərhələdə Khyar Valideyə (Fransa) uduzub. Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı ilk görüşündə ukraynalı idmançı Marina Çernyakı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz ikinci qarşılaşmada serbiyalı Milica Nikolicə məğlub olub. Həmin çəkidə digər qadın cüdoçumuz Leyla Əliyeva ilk mərhələdə portuqaliyalı Katerina Kosta ilə qarşılaşma zamanı 3 xəbərdarlıqla tatamini tərk edib.Dünya çempionatına Azərbaycan komandası 15 cüdoçu ilə qatılıb.Proqrama əsasən, avqustun 25-dən 31-dək fərdi yarışlar, sentyabrın 1-də isə qarışıq komanda yarışları keçiriləcək.xeber100.com

Avqust 25, 2019 9:35

“Napoli” futbol klubu “PSV Eyndhoven”dən transfer edib

“Napoli” Hollandiyanın “PSV Eyndhoven” klubunun 24 yaşlı meksikalı hücumçusu İrvinq Lozanonu 40 milyon avro qarşılığında transfer edib.Azərtac İtaliyanın “calcionapoli24” saytına istinadla xəbər verir ki, “Napoli”nin baş məşqçisi Karlo Ançelotti futbolçu haqqında bunları söyləyib: “İ.Lozano sol cinahda, hücumun arxasında, bəzən isə sol cinahda oynaya bilər. O, hərtərəfli oyunçudur”.İ.Lozano Hollandiya çempionatının 2017-2018-ci il mövsümündə “PSV Eyndhoven”in əzəli rəqibi “Ayak”sın məğlub olmasında böyük rola malikdir.Bildirilir ki, Meksika millisinin formasını 35 dəfə geyinən futbolçu Rusiyada keçirilən futbol üzrə 2018-ci il Dünya Çempionatının qrup mərhələsində Almaniya komandasının qapısına vurulmuş yeganə qolun müəllifidir.xeber100.com  

Avqust 25, 2019 4:37
    Page 368 of 831« First«...102030...366367368369370...380390400...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az