07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunda

Futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Etihad” stadionunda baş tutan görüşdə son çempion “Mançester Siti” doğma azarkeşlər önündə “Tottenhem” komandasını qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb. “Mançester Siti”nin heyətində Rahim Sterlinq (20), Serxio Aquera (35), “Tottenhem”in isə Erik Lamela (23) və Lukas Maura (56) fərqləniblər.xeber100.com

Avqust 18, 2019 7:27

2019-2020-ci illər mövsümündə ilk turun növbəti oyunu keçirilib

Avqustun 18-də futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümündə ilk turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, ötən mövsüm 65 xal toplayaraq çempionatı üçüncü pillədə başa vurmuş “Beşiktaş” komandası səfərdə “Sivasspor”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda meydan sahibləri 3:0 hesabı ilə rəqibinə qalib gələrək üç xala sahib olublar. Sivassporluların heyətində görüşün 30-cu dəqiqəsində Mert Hakan Yandaş, Mustafa Yatabare (54) və Emre Kılınç (76) fərqləniblər.Beləliklə, hücumçu Burak Yılmazın zədə səbəbindən heyətdə yer almadığı oyunda İstanbul təmsilçisi mövsümün ilk oyununa məğlubiyyətlə başlayıb. Xatırladaq ki, ötən gün son çempion “Qalatasaray” komandası “Dənizlispor”a səfərdə uduzub.Bu gün keçirilən “Gənclərbirliyi” – “Rizəspor” və “Kayserispor” - “Alanyaspor” matçlarının hər ikisi eyni hesabla qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.Turun “Konyaspor” – “Ankaragücü”, “Göztəpə” – “Antalyaspor”, “Kasımpaşa” – “Trabzonspor” və “Yeni Malatyaspor” – “Başakşəhər” görüşləri avqustun 18-də oynanılacaq.xeber100.com

Avqust 18, 2019 7:25

“Roma” futbol klubu hücumçusu ilə müqavilənin müddətini uzadıb

İtaliyanın “Roma” klubu Bosniya və Herseqovinadan olan hücumçusu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı futbolçu paytaxt təmsilçisi ilə üçillik müqavilə imzalayıb.E.Dzeko 2016-cı ildən “Roma”nın şərəfini qoruyur. O, klubun heyətində keçirdiyi 179 oyunda 87 qol vurub və 38 məhsuldar ötürmə edib.xeber100.com

Avqust 17, 2019 9:17

İngiltərə Premyer Liqasının ikinci turuna start verilib

Avqustun 17-də İngiltərə Premyer Liqasının ikinci turuna “Arsenal” – “Börnli” oyunu ilə start verilib.Azərtac xəbər verir ki, birinci turda səfərdə “Nyukasl” klubunu məğlub edən (0:1) “Arsenal” ikinci turda “Börnli”ni qəbul edib. Görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal” 13-cü dəqiqədə Aleksander Lakazetin qolu ilə hesabı açıb. Fasiləyə iki dəqiqə qalmış “Börnli”nin heyətində Eşli Barnes tarazlığı bərpa edib. Fasilədən sonra londonlular yenidən hesabda irəli çıxıblar. Matçın 64-cü dəqiqəsində Pyer-Emerik Obameyanq adını tabloya yazdırıb – 2:1.Qalan dəqiqələrdə hesab dəyişməyib və “Arsenal” Premyer Liqanın ikinci turunda da qələbə qazanaraq xalların sayını 6-ya çatdırıb.Turun qalan oyunları avqustun 17-də, 18-də və 19-da keçiriləcək.xeber100.com

Avqust 17, 2019 9:12

“Qəbələ” futbol klubu “Sumqayıt” komandasını qəbul edib

Azərbaycan Premyer Liqasının ilk turunda “Qəbələ” komandası avqustun 17-də öz meydanında “Sumqayıt”ı qəbul edib.Azərtac xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyunda qonaq komanda 2:0 hesabı ilə qalib gəlib.Baş hakim Rauf Cabbarovun idarə etdiyi görüşdə “qırmızı-qaralar”ın qapısına hər iki qolu matçın 12-ci və 28-ci dəqiqələrində “Sumqayıt”ın yeni transferi Mehdi Şərifi vurub.Qeyd edək ki, on beşinci dəfə Sumqayıt şəhərinin təmsilçisini qonaq edən “Qəbələ” indiyədək öz meydanında bu rəqibə uduzmamışdı. Ümumilikdə bu komandalar indiyədək 29 dəfə üz-üzə gəlib. Bunlardan 18-də “Qəbələ”, 3-də isə qonaqlar meydanı üç xalla tərk edib. Səkkiz qarşılaşmada isə qalib müəyyənləşməyib.Xatırladaq ki, avqustun 16-da ölkə çempionatında turun açılış matçında sonuncu çempion “Qarabağ” komandası “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib.Birinci tur çərçivəsində avqustun 18-də “Səbail” və “Zirə”, bir gün sonra isə “Neftçi” və “Sabah” kollektivləri qarşılaşacaqlar.xeber100.com

Avqust 17, 2019 9:09

İspaniya La Liqasının növbəti oyunu keçirilib

Avqustun 17-də futbol üzrə İspaniya La Liqasının 2019-2020-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turun ikinci günündə çempionluğa iddialı “Real Madrid” səfərdə “Selta Viqo” komandasını qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”nun heyətində Kərim Benzema (12), Toni Kros (61) və Lukas Vasqets (80) fərqləniblər. Meydan sahibi - “Selta Viqo”nun heyətində isə yeganə qolun müəllifi 90-cı dəqiqədə İker Losada olub.xeber100.com

Avqust 17, 2019 9:06

Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünə start verilib

Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünə start verilib.Azərtac xəbər verir ki, 28-ci ölkə çempionatının “Dalğa Arena”da oynanılan açılış matçında sonuncu çempion “Qarabağ” komandası “Keşlə”nin qonağı olub. Görüş ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 78-ci dəqiqəsində İsmayıl İbrahimli vurub.Xatırladaq ki, birinci tur çərçivəsində avqustun 17-də “Qəbələ” – “Sumqayıt” görüşü oynanılacaq. Avqustun 17-də “Səbail” və “Zirə”, bir gün sonra isə “Neftçi” və “Sabah” komandaları qarşılaşacaqlar.xeber100.com

Avqust 16, 2019 9:22

Cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.Birinciliyin sonuncu günündə oğlanlar və qızlar arasında səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızların yarışında Səbinə Qədirova (52 kq), Diana Şoranova (63 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq), oğlanların mübarizəsində isə Elçin Hüseynov (66 kq), Samir Ağayev (81 kq), Aslan Mirzəyev (100 kq) və İmran Yusifov (100 kq-dan yuxarı) Azərbaycan çempionu adını qazanıblar.Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.xeber100.com

Avqust 16, 2019 9:20

“Zirə” futbol klubu növbəti transferini reallaşdırıb

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac klubun “facebook” səhifəsinə istinadla xəbər verir ki, qəsəbə təmsilçisi perulu Alvaro Ampuero ilə anlaşıb. İyirmi yeddi yaşlı müdafiəçi “Universidad San Martin” klubundan birillik icarəyə götürülüb.Oyunçu daha öncə ölkəsində “Universitario de Deportes”, İtaliyada isə “Parma”, “Padova” və “Salernitana” komandalarının formasını geyinib.Qeyd edək ki, A.Ampeuro Peru yığmasının heyətində 9 oyunda meydanda olub.xeber100.com

Avqust 15, 2019 2:07

Çimərlik futbolu üzrə Avropa Liqası turnirində…

Avqustun 15-də çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.AFFA-dan Azərtac-a bildiriblər ki, o, avqustun 16-dan 18-dək çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turnirinin görüşlərini idarə edəcək. Bu mərhələnin oyunları İtaliyanın Katanya şəhərində keçiriləcək.xeber100.com

Avqust 15, 2019 2:01
    Page 371 of 831« First«...102030...369370371372373...380390400...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az