04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Atletiko Madrid”in müdafiəçisi komandanı tərk etməyi planlaşdırır

“Atletiko Madrid”in müdafiəçisi və kapitanı Dieqo Qodin klubla müqaviləni yeniləməkdən imtina edib və qış transferində komandanı tərk etməyi planlaşdırır.Azərtac “Marca” nəşrinə istinadla xəbər verir ki, 32 yaşlı uruqvaylı futbolçunun “Atletiko Madrid” klubu ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır.Oyunçunu heyətdə saxlamaq üçün Madrid klubunun rəhbərliyi maaşını artırmağı vəd etsə də, “Atletiko Madrid”in maliyyə problemləri buna imkan verməyib.Cari mövsümdə Qodin Madrid təmsilçisinin heyətində 18 oyuna iki qol vurub və bir məhsuldar ötürmənin müəllifi olub.Qeyd edək ki, “Mançester Yunayted” klubu futbolçu ilə maraqlanıb.xeber100.com

Yanvar 3, 2019 10:31

UEFA ulduz statusu ala biləcək futbolçuların siyahısını təqdim edir

UEFA 2019-cu ildə ulduz statusu ala biləcək gənc futbolçuların siyahısını açıqlayıb.Milli.az bildirir ki, "50-lik"də Türkiyə millsinin iki oyunçusu da var. Bunlar "Alanyaspor"un formasını geyinən 20 yaşlı Merih Demiral və "Qalatasaray"da çıxış edən 18 yaşlı Ozan Kabakdır.Hər iki futbolçu mərkəz müdafiəçisidir.Siyahıya Moskva MOİK-nin iki üzvü - yarımmüdafiəçi İlzat Axmetov və hücumçu Fyodr Çalov düşüb. Gürcüstan millisinin və Belçikanın "Gent" klubunun hücumameyilli yarımmüdafiəçisi Georgi Çakvetadze də "50-lik"də yer alıb.xeber100.com

Yanvar 2, 2019 11:59

Dünya Çempionatının Uruqvay matçında

“Yuventus”un futbolçusu Kriştianu Ronaldu 2019-cu ildə Poruqaliya milli yığmasının heyətinə qayıdacaq.Xatırladaq ki, Ronaldu Dünya Çempionatının 1/8 finalında Uruqvay qarşı matçında sonra millidə çıxış etməkdən imtina etmişdi.Trend-in məlumatına görə, Ronaldu qeyd edib ki, onun 33 yaşı var. O, bir ölkədən digər ölkəyə köçdüyünü, məşqlərin rejimini və komanda yoldaşlarını dəyişdiyini diqqətə çatdırıb.Qeyd edək ki, Ronaldu bu mövsüm 24 matçda 15 qol vurub bə 8 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Yanvar 2, 2019 11:44

Afrika Futbol Konfederasiyası ilin ən yaxşı futbolçusunu açıqlayıb

Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.Milli.az xəbər verir ki, bunlar Pyer-Emerik Obameyanq (Arsenal, Qabon), Sadio Mane (Liverpool, Seneqal) və Məhəmməd Salahdır (Liverpool, Misir). Maraqlıdır ki, ötən il də üçlükdə məhz bu hücumçular yer almışdır. İlin ən yaxşısı isə Salah seçilmişdir.Qeyd edək ki, mükafatın sahibi yanvarın 8-də Seneqalın paytaxtı Dakarda keçirilən mərasimdə açıqlanacaq.xeber100.com

Yanvar 2, 2019 11:39

“Beşiktaş” klubu heyətini gücləndirməyə hazırlaşır

"Beşiktaş" heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.Milli.az bildirir ki, "qara qartallar" "Portu"nun futbolçusu Şansel Mbembanı transfer etmək niyyətindədir. Bu barədə Belçika mətbuatı məlumat yayıb. Xəbərdə, "Beşiktaş"ın 24 yaşlı futbolçu üçün klubuyla razılaşdığı bildirilir.Super Liqa təmsilçisi Mbemba üçün "Portu"ya 2,5 milyon avro ödəyəcək, futbolçuyla da 4 illik müqavilə imzalanacaq.Cari mövsümün əvvəlində "Nyukasl"dan "Portu"ya transfer edliən müdafiəçi, Portuqaliya təmsilçisiylə 4 matçda iştirak edib.xeber100.com

Yanvar 1, 2019 9:07

İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində

İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində "Everton" komandası "Lester Siti"ni öz meydanında qəbul edib.Trend-in məlumatına görə, "Qudison Park" stadionunda keçirilən oyun qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com

Yanvar 1, 2019 8:56

“Yuventus” futbol klubu 2018-ci ildə 101 xal toplayıb

"Yuventus" 2018-ci ildə ümumilikdə İtaliya A Seriyasında 101 xal toplayıb.Milli.az bildirir ki, bu, "Top-5" liqada 2018-ci il üzrə çempionatlar arasında qazanılan ən çox xaldır."Yuventus"dan sonra ikinci pilləni PSJ tutub. Paris təmsilçisi 2018-ci il üzrə Liqa 1-də 90 xal toplayıb.İkinci və üçüncü yerləri isə "Mançester Siti" ilə "Liverpul" tutur. Premyer Liqa klubları 2018-ci ildə hərəyə 88 xal toplayıb.xeber100.com

Yanvar 1, 2019 8:52

Transferə ən çox pul xərcləyən klublar müəyyənləşib

Son 10 ildə transferə ən çox pul xərcləyən 10 klub müəyyənləşib.Milli.az həmin siyahını təqdm edir: 1. Mançester Siti (İngiltərə) 1 milyard 500 milyon avro 2. Çelsi (İngiltərə) - 1 milyard 250 milyon avro 3. Barselona (İspaniya) - 1 milyard 200 milyon avro 4. PSJ (Fransa) - 1 milyard 90 milyon avro 5. Yuventus (İtaliya) - 1 milyard 140 milyon avro 6. Mançester Yunayted (İngiltərə) - 1 milyard 60 milyon avro 7. Liverpul (İngiltərə) - 1 milyard 50 milyon avro 8. Real (İspaniya) - 1 milyard 50 milyon avro 9. İnter (İtaliya) - 770 milyon avro 10. Atletiko (İspaniya) - 744 milyon avro.xeber100.com

Dekabr 31, 2018 2:22

Ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

2018-ci ildə ən çox qol vuran futbolçular müəyyənləşib.Milli.Az fanat.az-a istinadən xəbər verir ki, siyahıya Kriştiano Ronaldo başçılıq edir. O, başa vurmaqda olduğumuz ildə həm "Real"ın, həm də "Yuventus"un heyətində fərqlənib.İkinci pillədə qərarlaşan "Barselona"lı Lionel Messi Ronaldodan iki qolla geri qalır. İlk "üçlüy"ü sürpriz şəkildə "Kasımpaşa"nın futbolçusu Mbaye Diangne qapayır. 1. Kriştiano Ronaldo (Real, Yuventus) - 36 2. Lionel Messi (Barselona) - 34 3. Mbaye Diangne (Kasımpaşa) - 32 4. Məhəmməd Salah (Liverpul) - 28 5. Luis Suares (Barselona) - 26 6. Harri Keyn (Tottenhem), Florian Thauvin (Marsel) - 25 7. Robert Levandovski (Bavariya) - 24 8. Pyer-Emerik Aubamenyanq (Arsenal), Siro İmmobile (Latso), Kristian Stuani (Jirona) - 23 9. Nikolas Pepe (Lill), Mauro İkardi (İnter), İaqo Aspas (Selta), Antoine Qrizmann (Atletiko) - 21 10. Alassane Plea (Nitsa, Borussiya Münhenqladbax) – 20/xeber100.com

Dekabr 31, 2018 1:04

“Mançester Siti” futbol klubunun futbolçusu transfer edildi

"Real" "Mançester Siti"dən futbolçu transfer edir.Milli.az xəbər verir ki, Madrid klubu Brahim Diazı heyətinə qatmağa hazırlaşır. Artıq tərəflərin 13,5 milyon funt-sterlinqə (təxminən 15 milyon avro) transferi razılaşdırdığı bildirilir. "Real" Diazla 6 illik müqavilə imzalayacaq.Qeyd edək ki, "Mançester Siti" Diazı 2014-cü ildə - 15 yaşında "Malaqa"dan 350 min avroya transfer edib. İspaniya U-21-nin Mərakeş əsilli yarımmüdafiəçisi bu mövsüm Premyer Liqa klubunun əsas heyətində 4 oyuna çıxıb və 2 qol vurub.xeber100.com

Dekabr 31, 2018 12:53
    Page 447 of 830« First«...102030...445446447448449...460470480...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az