Gimnastika Federasiyasının məlumatına görə…

Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq, gimnastikanın 3 növü üzrə yerli yarışlar təşkil edəcək.Bu barədə Azərtac -a Azərbaycan Gimnastika Federasiyasından xəbər verilib.Sentyabrın 21-də Bakı Gimnastika Məktəbində tamblinq üzrə 16-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək. Yarışlarda Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, “Neftçi İdman Klubu” və “Ocaq Sport” klubunu təmsil edən 25 gimnast çıxış edəcək. İştirakçılar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.Bir neçə gün sonra – sentyabrın 26-27-də “Ocaq Sport” klubun zalında akrobatika gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı birinciliyi baş tutacaq. Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Neftçi İdman Klubu və Ocaq Sport Klubunu (Şabran) təmsil edən ümumilikdə 25 qadın cütlükləri, kişi cütlükləri, qadın qrupları, kişi qrupları və qarışıq cütlüklər balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında öz güclərini sınayacaqlar.Son olaraq isə mübarizəyə batutçular qoşulacaqlar. Sentyabrın 27-də “Ocaq Sport”da batut gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi təşkil olunacaq. Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunu təmsil edən ümumilikdə 44 batutçu balacalar, uşaqlar, yeniyetmələr gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaq.xeber100.com

Sentyabr 11, 2018 12:56

“US Open” turnirinin final oyunu keçirilib

Sentyabrın 10-da “US Open” turnirinin final oyunu keçirilib.Azərtac xəbər verir ki, Nyu-Yorkda keçirilən kişilər arasında tennis üzrə nüfuzlu turnirlərdən olan “US Open” turnirinin həlledici görüşündə argentinalı Xuan Martin del Potro (Argentina) və Novak Cokoviç (Serbiya) üz-üzə gəliblər. Görüş üç saat iyirmi bir dəqiqə davam edib.İlk setdə daha üstün oyun nümayiş etdirən serbiyalı tennisçi qalib gəlib (6:3). İkinci set daha gərgin keçərək “tay breyk”ə qədər uzanıb və yenidən Novak Cokoviçin qələbəsi ilə yekunlaşıb (7:6). Üçüncü setdə bütün gücünü ortaya qoyan Novak rəqibinə heç bir şans verməyib (6:3). Beləliklə, serbiyalı idmançı üçüncü dəfə “US Open” turnirinin qalibi olub. “Böyük dəbilqə” seriyasında isə 14-cü titulu olub.Novak Cokoviç “US Open” turnirinin yarımfinal mərhələsində Yaponiya idmançısı Key Nişikorini (6:3, 6:4, 6:2), Xuan Martin del Potro isə həmin mərhələdə Rafael Nadali məğlub edib - 7:3, 6:2. Görüş Rafael Nadalın ikinci setdə zədələnməsi ilə əlaqədar hakim tərəfindən dayandırılıb.Xatırladaq ki, Novak Cokoviç “Böyük dəbilqə” seriyalı tennis turnirini qazanan ilk serb tennisçi kimi tarixə düşüb. Onun ilk dəfə “Böyük dəbilqə” seriyasında iştirakı 2005-ci ilə təsadüf edir. İlk debüt çıxışında Novak Cokoviç həmin il turnirin qalibi Marat Safina uduzub - 6:0, 6:2, 6:1. İdmançının ilk uğuru 2006-cı ildə Zaqrebdə keçirilən turnirdə yarımfinala yüksəlməsi olub. 2008-ci ildə Novak finalda oynamaq hüququ qazanıb. O, yarımfinalda Rojer Federeri üç setə məğlub edib. Finalda fransalı tennisçi Jo-Ulfrid Tsonqanı məğlub edərək karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyası turnirinin qalibi adını qazanıb. Ümumilikdə isə serbiyalı idmançı 14 dəfə “Böyük dəbilqə” seriyası turnirində rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Xuan Martin del Potro final mərhələsində qalib gəlsə idi, karyerasında ikinci dəfə “Böyük dəbilqə” seriyasında qalib adı qazanacaq idi. Onun karyerasında ən böyük uğuru 2009-cu ildə təsadüf edir. O, həmin il “Böyük dəbilqə” seriyasında yarımfinalda Rafayel Nadali, finalda isə Rojer Federeri məğlub edərək turnirin qalibi adını qazanıb. Xuan Martin del Potro “Böyük dəbilqə” seriyasında qalib gələn ikinci argentinalı kimi tarixə düşüb. Bu titulu ilk dəfə 1977-ci ildə həmyerlisi Qilyermo Vilas qazanıb.xeber100.com

Sentyabr 10, 2018 11:58