28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Avropa Liqasının hazırlıq kampaniyası çərçivəsində

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində millimizin və “Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunub.Azərtac xəbər verir ki, “Avropa Liqası Muzeyi”ndə təşkil olunan görüşdə ziyarətçilər futbolçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də şəkil çəkdiriblər.Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.Final oyunu bu il mayın 29-da keçiriləcək.xeber100.com

Yanvar 4, 2019 11:25

Şahmat üzrə dördüncü tura yekun vurulub

İtaliyanın Villorba şəhərində keçirilən şahmat üzrə üçüncü “Vergani Cup” festivalında dördüncü tura yekun vurulub.Azərtac xəbər verir ki, 40 iştirakçının (13 qrossmeyster) qatıldığı elit turnirdə Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva (2301) sonuncu turda daha bir xal qazanıb. Hazırda təmsilçimiz 1,5 xalla turnir cədvəlində 35-ci pillədədir.Turnirə 3,5 xalla İtaliya təmsilçisi Pier Luigi Basso (2522) başçılıq edir.Festivala yanvarın 6-da yekun vurulacaq.xeber100.com

Yanvar 4, 2019 11:18

“Bild dam Sonntag” qəzeti yazır…

Formula 1 üzrə “Mersedes” komandası alman pilot Mik Şumaxerə gənc yürüşçülərin inkişafı proqramında iştirak etməyi təklif etməyib.Azərtac “Bild dam Sonntag” qəzetinə istinadla xəbər verir ki, yayılan şayiələrə görə, “Mersedes” və “Ferrari” komandaları Miki öz sıralarına cəlb etmək üçün rəqabət aparırlar. “Kral yürüşləri”nin yeddiqat çempionu Mixael Şumaxerin oğlu ötən il Avropada Formula 3 yarışlarının qalibi olub, bu ildən isə Formula 2-də çıxış edəcək.“Mersedes” komandasının avtoyürüş proqramının rəhbəri Toto Volf deyib: “Mik Formula 3 yarışlarını “Mersedes” motoru ilə udub, lakin indi biz ona özünü inkişaf etdirmək imkanı verməliyik. Hazırda bizim gənclər proqramında yerlərin sayı məhduddur. Mənim üçün prioritet olan 2020-ci ildə Esteban Okon üçün yer tapmaqdır”.xeber100.com

Yanvar 3, 2019 10:46

İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşması keçiriləcək

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunun mərkəzi qarşılaşması keçiriləcək.Azərtac xəbər verir ki, turnir cədvəlinə 54 xalla liderlik edən “Liverpul” ikinci pillədə 47 xalla qərarlaşan “Mançester Siti” komandasını qəbul edəcək. “Enfild” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.Komandalar arasında ilk dövrədə keçirilən oyunda qolsuz heç-heçə qeydə alınıb.Ümumilikdə, komandalar İngiltərə Premyer Liqasında 163 dəfə üz-üzə gəliblər. Onların 78-də “Liverpul”, 42-də isə “Mançester Siti” komandası qalib gəlib. Qırx bir oyunda qalib müəyyənləşməyib.Oyun öncəsi təşkil olunan mətbuat konfransında “Liverpul” klubunun baş məşqçisi Yurqen Klop deyib: “Bizi çətin oyun gözləyir. “Mançester Siti” ən yaxşı baş məşqçiyə malik bir klubdur. Biz bu oyundan qorxmuruq, meydana çıxıb öz oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Qələbə qazana bilsək çempionluq yolunda böyük addım atmış oluruq. Düşünürəm ki, Pep Qvardiolanın komandası dünyanın ən güclü kollektividir”.xeber100.com

Yanvar 3, 2019 10:42

“Beşiktaş” klubu “Trabzonspor”un hücumçusunu transfer edib

"Beşiktaş" klubu Türkiyə milli komandasının və "Trabzonspor"un hücumçusu Burak Yılmazı transfer edib.Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 33 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Cari mövsümdə "Trabzonspor"un heyətində 7 oyunda 5 qol vuran hücumçu yeni klubunda ildə 2,5 milyon avro qazanacaq.B.Yılmaz son dəfə İstanbul komandasına 2006-cı ildə "Antalyaspor"dan keçib. Lakin o, 2007-2008-ci il mövsümünün ortasında "Manisaspor"a icarəyə verilib. Həmin il müqavilə ilə məxsus olduğu "Beşiktaş"dan ayrılan B.Yılmaz sonralar Türkiyənin "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor" komandalarında futbolçu karyerasını davam etdirib. Təcrübəli futbolçu bir müddət Çinin "Beytszin Qoan" klubunun da formasını geyinib.B.Yılmaz Türkiyə millisinin heyətində 51 oyunda 23 dəfə fərqlənib.Qeyd edək ki, "Beşiktaş" komandası Türkiyə Superliqasında turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.xeber100.com

Yanvar 3, 2019 10:39

“Atletiko Madrid”in müdafiəçisi komandanı tərk etməyi planlaşdırır

“Atletiko Madrid”in müdafiəçisi və kapitanı Dieqo Qodin klubla müqaviləni yeniləməkdən imtina edib və qış transferində komandanı tərk etməyi planlaşdırır.Azərtac “Marca” nəşrinə istinadla xəbər verir ki, 32 yaşlı uruqvaylı futbolçunun “Atletiko Madrid” klubu ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır.Oyunçunu heyətdə saxlamaq üçün Madrid klubunun rəhbərliyi maaşını artırmağı vəd etsə də, “Atletiko Madrid”in maliyyə problemləri buna imkan verməyib.Cari mövsümdə Qodin Madrid təmsilçisinin heyətində 18 oyuna iki qol vurub və bir məhsuldar ötürmənin müəllifi olub.Qeyd edək ki, “Mançester Yunayted” klubu futbolçu ilə maraqlanıb.xeber100.com

Yanvar 3, 2019 10:31

UEFA ulduz statusu ala biləcək futbolçuların siyahısını təqdim edir

UEFA 2019-cu ildə ulduz statusu ala biləcək gənc futbolçuların siyahısını açıqlayıb.Milli.az bildirir ki, "50-lik"də Türkiyə millsinin iki oyunçusu da var. Bunlar "Alanyaspor"un formasını geyinən 20 yaşlı Merih Demiral və "Qalatasaray"da çıxış edən 18 yaşlı Ozan Kabakdır.Hər iki futbolçu mərkəz müdafiəçisidir.Siyahıya Moskva MOİK-nin iki üzvü - yarımmüdafiəçi İlzat Axmetov və hücumçu Fyodr Çalov düşüb. Gürcüstan millisinin və Belçikanın "Gent" klubunun hücumameyilli yarımmüdafiəçisi Georgi Çakvetadze də "50-lik"də yer alıb.xeber100.com

Yanvar 2, 2019 11:59

Dünya Çempionatının Uruqvay matçında

“Yuventus”un futbolçusu Kriştianu Ronaldu 2019-cu ildə Poruqaliya milli yığmasının heyətinə qayıdacaq.Xatırladaq ki, Ronaldu Dünya Çempionatının 1/8 finalında Uruqvay qarşı matçında sonra millidə çıxış etməkdən imtina etmişdi.Trend-in məlumatına görə, Ronaldu qeyd edib ki, onun 33 yaşı var. O, bir ölkədən digər ölkəyə köçdüyünü, məşqlərin rejimini və komanda yoldaşlarını dəyişdiyini diqqətə çatdırıb.Qeyd edək ki, Ronaldu bu mövsüm 24 matçda 15 qol vurub bə 8 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Yanvar 2, 2019 11:44

Afrika Futbol Konfederasiyası ilin ən yaxşı futbolçusunu açıqlayıb

Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.Milli.az xəbər verir ki, bunlar Pyer-Emerik Obameyanq (Arsenal, Qabon), Sadio Mane (Liverpool, Seneqal) və Məhəmməd Salahdır (Liverpool, Misir). Maraqlıdır ki, ötən il də üçlükdə məhz bu hücumçular yer almışdır. İlin ən yaxşısı isə Salah seçilmişdir.Qeyd edək ki, mükafatın sahibi yanvarın 8-də Seneqalın paytaxtı Dakarda keçirilən mərasimdə açıqlanacaq.xeber100.com

Yanvar 2, 2019 11:39

“Beşiktaş” klubu heyətini gücləndirməyə hazırlaşır

"Beşiktaş" heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.Milli.az bildirir ki, "qara qartallar" "Portu"nun futbolçusu Şansel Mbembanı transfer etmək niyyətindədir. Bu barədə Belçika mətbuatı məlumat yayıb. Xəbərdə, "Beşiktaş"ın 24 yaşlı futbolçu üçün klubuyla razılaşdığı bildirilir.Super Liqa təmsilçisi Mbemba üçün "Portu"ya 2,5 milyon avro ödəyəcək, futbolçuyla da 4 illik müqavilə imzalanacaq.Cari mövsümün əvvəlində "Nyukasl"dan "Portu"ya transfer edliən müdafiəçi, Portuqaliya təmsilçisiylə 4 matçda iştirak edib.xeber100.com

Yanvar 1, 2019 9:07
    Page 447 of 831« First«...102030...445446447448449...460470480...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az