BMT Baş Assambleyası Paris Oyunları dövründə Olimpiya barışığı elan edilməsinə çağırıb

BMT Baş Assambleyası növbəti il Fransa paytaxtında keçiriləcək Olimpiya Oyunları dövründə barışığa əməl edilməsi ilə bağlı ölkələrə çağırış ehtiva edən qətnamə qəbul edib. BMT Baş Assambleyasının bu sənədini 2024-cü il Olimpiya Oyunları təşkilat komitəsinin rəhbəri Toni Estange Parisdə təqdim edib. O deyib: “Olimpiya Oyunları idmanın gücünün ən yaxşı təcəssümüdür, çünki onlar qlobal dəyərlər kimi tolerantlıq, hörmət və qarşılıqlı mübadilə nümayiş etdirir. Müasir Olimpiya Oyunlarının dirçəlişi ilə əlaqəli bir ölkə 100 illik fasilədən sonra 33-cü Yay Olimpiya Oyunları və sayca 17-cisi keçiriləcək Paralimpiya Oyunlarına ilk dəfə ev sahibliyi edəcək... Mən Parisdə 2024-cü il Paralimpiya və Olimpiya Oyunları kontekstində daha yaxşı idman dünyası üçün qətnaməni təqdim etməkdən şərəf duyuram”. Təqdim olunan “İdman və Olimpiya ideallarının təcəssümü vasitəsilə planetdə sülhün bərqərar olması və daha xoşbəxt həyatın qurulması” adlı qətnamə doqquz bənddən ibarətdir. Birincisi, Olimpiadanın açılışına yeddi gün qalmış başlayan və Paralimpiya Oyunlarının bağlanış mərasimindən yeddi gün sonra başa çatan müddət ərzində Olimpiya barışığına hörmət etməyə, habelə idmançıların, rəsmi nümayəndələrin və bütün digər akkreditə olunmuş şəxslərin təhlükəsiz keçidini, girişini və iştirakını təmin etməyə çağırışdır. Bundan əlavə, sənəddə "idman potensialını maksimum dərəcədə artırmaq məqsədilə üzv ölkələr, BMT, eləcə də ixtisaslaşmış qurumlar, fondlar və proqramlar, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi arasında əməkdaşlıq alqışlanır".xeber100.com

Noyabr 22, 2023 1:58

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası futbolçuların reytinq cədvəlini yeniləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS ) ən çox oyun keçirən futbolçuların reytinq cədvəlini yeniləyib. 1000-dən çox matçda meydana çıxmış futbolçuların yer aldığı siyahıda bir dəyişiklik olub. Xorvatiya millisi və İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriçin adı reytinqə əlavə edilib. Siyahıda olan 21 oyunçudan altısı peşəkar karyerasını davam etdirir. Sıralamaya Braziliya millisinin sabiq qapıçısı Rocerio Seni (1225 oyun) başçılıq edir. İngiltərəli veteran qolkiper Piter Şilton (1217) ikinci, R. Seninin həmyerlisi Fabio (1192) üçüncü sırada qərarlaşıb. Hazırda Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu (1191) isə dördündü pillədə yer alıb. Ən çox oyun keçirən futbolçuların siyahısı: 1. Rocerio Seni (Braziliya) - 1225 oyun (1993-2015) 2. Piter Şilton (İngiltərə) - 1217 oyun (1966-1996) 3. Fabio (Braziliya) - 1192 oyun (1997-) 4. Kriştianu Ronaldu (Portuqaliya) - 1191 oyun (2002-) 5. Roberto Karlos (Braziliya) - 1090 oyun (1991-2015) 6. Canluici Buffon, (İtaliya) - 1070 oyun (1995-2013) 7. Rey Klemans (İngiltərə) - 1069 oyun (1965-1988) 8. Xavyer Zanetti (Argentina) - 1067 oyun (1993-2014) 9. Dani Alves (Braziliya) - 1056 oyun (2001-) 10. İker Kasilyas (İspaniya) - 1048 oyun (1999-2019) 11. Patrik Cenninqs (Şimali İrlandiya) - 1 046 oyun (1963-1986) 12. Lionel Messi (Argentina) - 1045 oyun (2004-) 13. Qlenn Ferqyuson (Şimali İrlandiya) - 1 041 oyun (1987-2011) 14. Raul Qonsales (İspaniya) - 1034 oyun (1994-2015) 15. Paolo Maldini (İtaliya) - 1028 oyun (1985-2009) 16. Yasuhito Endo (Yaponiya) - 1028 oyun (1998-) 17. Rayan Giqqz - (Uels) 1027 oyun (1990-2014) 18. Xavi Ernandes (İspaniya) - 1017 oyun (1998-2019) 19. Noel Beyli (Şimali İrlandiya) - 1013 oyun (1989-2011) 20. Frenk Lempard (İngiltərə) - 1009 oyun (1995-2016) 21. Luka Modriç (Xorvatiya) - 1000 oyun (2003-)xeber100.com

Oktyabr 31, 2023 2:01

Azərbaycan Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. “Turan Tovuz”la oyunda (0:4) dörd futbolçusu sarı vərəqə alan “Kəpəz” klubu 700 manat cərimə edilib. Bundan başqa, “sarı-göylər”in analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, Gəncə təmsilçisi isə əlavə 4000 manat ziyana düşüb. Sınaq müddəti 3 ay təyin edilib. “Sumqayıt” – “Qəbələ” oyununa (0:0) təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə meydana sahibi klub 1000 manat cərimə ödəyəcək. Həmçinin, qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “gənclik şəhəri” təmsilçisi daha 800 manat cərimələnib. “Neftçi” ilə matçda (1:0) 4 futbolçusu sarı vərəqə görən “Sabah” komandası 700 manat cərimə edilib. Görüşün 90+3-cü dəqiqəsində qonaq komandanın müdafiəçisi Yuri Matias ikinci sarı vərəqədən “qırmızı” aldığına görə 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb. Bundan başqa, oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” əlavə 800 manat cərimələnib. “Araz-Naxçıvan” – “Qarabağ” oyununda meydan sahiblərinin 5, qonaqların isə 6 futbolçusu sarı vərəqə aldığına görə komandaların hərəsi 700 manat məbləğində cərimə edilib.xeber100.com

Oktyabr 31, 2023 1:50