08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdoçular arasında ölkə birinciliyinə yekun vurulub

“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, yarışın sonuncu günündə 119 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.Birincilikdə 73, 81, 90 kiloqram və 90 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşib. Hacıbala Cəbrayılov, İbrahim Ağakişiyev, Yaqub İsmayılzadə və Toğrul Salmanov ölkə birinciliyində son günün qalibi olublar. Qeyd edək ki, cüdo üzrə Azərbaycan birinciliyində 565 idmançı mübarizə aparıb. Birinciliyin qalibləri və perspektivli cüdoçular yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaq.xeber100.com

Noyabr 18, 2017 6:32

Premyer Liqasının XII turu çərçivəsində

Gəncənin “Kəpəz” futbol klubunun baş məşqçisi Şahin Diniyev istefa verib.Azərtac xəbər verir ki, 51 yaşlı mütəxəssis qərarını Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “Səbail” ilə qarşılaşmadan 3:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında açıqlayıb.Qeyd edək ki, hazırda “Kəpəz” 12 oyundan sonra yeddi xalla sonuncu pillədə qərarlaşıb.xeber100.com

Noyabr 18, 2017 6:28

Gimnastika Federasiyası könüllülərin qəbulunu elan edir

Azərbaycan Gimnastika Federasiyası 2018-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün könüllülərin qəbulunu elan edir.Azərtac xəbər verir ki, könüllülər yarışlara qatılacaq nümayəndə heyətlərini müşayiət etmək, tibbi xidmət, akkreditasiya, yarışların katibliyi, mükafatlandırma və digər sahələr üzrə fəaliyyət göstərəcəklər.Həmçinin könüllülər martın 15-18-də idman gimnastikası üzrə dünya kuboku, aprelin 12-15-də batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa çempionatı, aprelin 27-29-da bədii gimnastika üzrə dünya kuboku və iyunun 22-23-də yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışlarda iştirak hüququ qazanacaqlar.xeber100.com

Noyabr 18, 2017 6:24

Xorvatiya Futbol Assosiasiyasının məlumatı

Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin yığmadakı taleyinə aydınlıq gəlib.Azərtac xəbər verir ki, Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytının yaydığı xəbərə görə, o, vəzifəsində qalıb. Gələn həftə 51 yaşlı mütəxəssislə müqavilə imzalanacaq.Komandanı gələn il Rusiyada keçiriləcək dünya çempionatına məhz Daliç aparacaq.Qeyd edək ki, Ante Çaçiçin istefaya göndərilməsindən sonra Xorvatiya Futbol Assosiasiyası Zlatko Daliçi müvəqqəti bu vəzifəyə təyin etmişdi.xeber100.com

Noyabr 17, 2017 2:09

UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində…

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Maribor” (Sloveniya)–“Sevilya” (İspaniya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.Görüş dekabrın 6-da Sloveniyanın Lendava şəhərində keçiriləcək.xeber100.com

Noyabr 17, 2017 2:05

Cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi yekunlaşır

“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir.Azərtac xəbər verir ki, yarışın ikinci günündə 224 yeniyetmə cüdoçu tatami üzərinə çıxıb. Ölkə birinciliyində 55, 60 və 66 kiloqram çəki dərəcələrində mübarizə aparan iştirakçılar arasında qaliblər müəyyənləşib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rəşad Quluzadə (55 kq), Nəriman Mirzəyev (60 kq) və Orduxan Məmmədov (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qeyd edək ki, yeniyetmələrin ölkə birinciliyinə noyabrın 17-də yekun vurulacaq. Respublika birinciliyinin sonuncu günündə medallar uğrunda 73, 81, 90 kiloqram və 90 kiloqramdan yuxarı çəki dərəcələrində 119 cüdoçu mübarizə aparacaq.xeber100.com

Noyabr 17, 2017 1:42

XIII Respublika Spartakiadası davam edir

“Gənclik “Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika Spartakiadası davam edir.Azərtac xəbər verir ki, spartakiadanın təqvim planına idmanın 6 növü daxil edilib. Qızlar və oğlanlar arasında atletika, şahmat, dama, voleybol, basketbol və stolüstü tennis üzrə yarışlar keçirilir.Şahmat üzrə yarış Azərbaycan Dövlət Pedaqoji Kollecin idman zalında təşkil olunub.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda oğlanların mübarizəsində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri qalib adını qazanıblar. Qızların yarışında isə Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.xeber100.com

Noyabr 17, 2017 1:38

“Qəbələ Open” beynəlxalq birinciliyi başlayıb

Noyabrın 17-də Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ” idman klubunun təşkilatçılığı, Azərbaycan Taekvando Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə taekvando üzrə açıq “Qəbələ Open” beynəlxalq birinciliyi başlayıb.Azərtac xəbər verir ki, yarışa Türkiyə, Rusiya, İraq, Gürcüstan, eləcə də Azərbaycanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvando bölmələri və klublardan 500-dən çox idmançı qatılıb.Üç gün davam edəcək yarışın təşkilində məqsəd ölkədə taekvandonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır.Turnirdə 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparırlar.Yarışı ATF-nin hakimləri idarə edirlər.“DAEDO” beynəlxalq taekvando qaydaları üzrə keçirilən turnirin sonunda fərdi və komanda hesabında ilk üç yeri tutan idmançılar kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.xeber100.com

Noyabr 17, 2017 1:35

Azərbaycan Premyer Liqasının XII turuna start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna start verilir.Azərtac xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında – “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda “Sumqayıt”ı qəbul edəcək. Bu görüş Bakı Olimpiya Stadionunda keçirilən ilk Premyer Liqa oyunu olacaq.Turun ikinci günündə “Keşlə” klubu “Zirə” ilə qarşılaşacaq. Günün digər oyununda isə “Səbail” səfərdə “Kəpəz”in qonağı olacaq.Noyabrın 19-da isə “Neftçi” və “Qəbələ” klubları üz-üzə gələcəklər.Qeyd edək ki, turnir cədvəlinə 25 xalla “Qarabağ” başçılıq edir. “Zirə” klubu 24 xalla ikinci pillədədir. İlk üçlükdə isə 22 xalla “Qəbələ” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (16), “Neftçi” (13 xal), “Səbail” (9), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.xeber100.com

Noyabr 17, 2017 1:28

Akrobatika gimnastikası üzrə ölkə çempionatı başlayıb

Milli Gimnastika Arenasının köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə açıq Azərbaycan çempionatı və Bakı birinciliyi, eyni zamanda, akrobatika gimnastikası üzrə ölkə çempionatı başlayıb.Azərtac xəbər verir ki, iki gün davam edəcək turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparır. İştirakçılar Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edirlər.Turnirin birinci günündə 2004-cü il təvəllüdlü və daha böyük yaşlı akrobatlar qarışıq cütlüklər, kişi cütlüyü və qadın qrupu yarışlarında güclərini sınayırlar. Həmçinin kişi idman gimnastikası üzrə balalar, kiçiklər və balacalar, qadın idman gimnastikası üzrə isə uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında yarışlar keçirilir.xeber100.com

Noyabr 17, 2017 1:25
    Page 605 of 831« First«...102030...603604605606607...610620630...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az