08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” klubu “Sumqayıt” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “Qarabağ” klubu “Sumqayıt” ilə qarşılaşacaq.Azərtac “Qarabağ” futbol klubunun saytına istinadən xəbər verir ki, noyabrın 17-də keçiriləcək qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılanacaq və saat 18:30-da start götürəcək.xeber100.com

Noyabr 14, 2017 11:46

“ACB KB-12” turniri çərçivəsində

Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.Azərtac xəbər verir ki, idmançımız ABŞ-ın Los-Anceles şəhərində keçirilən “ACB KB-12” turniri çərçivəsində qüvvəsini sınayıb.Turnirdə 77 kiloqram çəki dərəcəsində çıxış edən P.Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb. Pərviz üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib. O, sonuncu hissədə rəqibini texniki nokautla məğlub edib.xeber100.com

Noyabr 13, 2017 12:02

Həndbol üzrə Azərbaycan çempionatında daha iki oyun keçirilib

Noyabrın 12-də həndbol üzrə Azərbaycan çempionatında daha iki oyun keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, kişilərin mübarizəsində "Məhsul" kollektivi "Bakı" komandasından 32:27 hesabı ilə üstün olub.Qadınlar arasında yarışlarda isə "Azəryol" həndbolçuları "Nur" kollektivini minimal hesabla məğlub ediblər - 33:32.xeber100.com

Noyabr 13, 2017 11:45

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində noyabrın 14-də Azərbaycan və Kosovo yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, görüşü estoniyalı baş hakim Roomer Tarajev idarə edəcək. Ona həmyerliləri Hannes Reinvald və Neeme Neemlaid kömək edəcəklər. Dördüncü hakim funksiyasını Eiko Saar yerinə yetirəcək.Matç “Dalğa Arena”da saat 18:00-da start götürəcək.xeber100.com

Noyabr 13, 2017 11:37

Şahmat üzrə “Baku Open–2017” turnirinə start verilib

Respublika Şahmat Mərkəzində 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə “Baku Open–2017” uşaq turnirinə start verilib.Azərtac xəbər verir ki, turnirdə paytaxt idmançıları ilə yanaşı Naxçıvan, Sumqayıt, Göyçay, Salyan, o cümlədən Ukraynanı təmsil edən 91 idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak edir.Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək.Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir.Yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulayıblar.xeber100.com

Noyabr 13, 2017 11:32

Kyokşin Karate Federasiyasının məlumatı

Polşanın Kielse şəhərində karatenin kyokşin və şinkyokşin növləri üzrə kadetlər, 16 və 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilib.Azərbaycan Kyokşin Karate Federasiyasından Azərtac-a bildirilib ki, 33 ölkənin iştirak etdiyi çempionatda milli federasiyanın vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında ölkəmizi qızların yarışında Solmaz Zeynallı (60 kq), oğlanların mübarizəsində isə Niyaməddin Əliyev (65 kq), Eltac Hümbətov, Kərəm Fərhadov (hər ikisi 75 kq), Kərim Eyyubov (80 kq), Rüfət Babayev, Turan Şirinov (hər ikisi 85 kq) təmsil ediblər.Təmsilçimiz Eltac Hümbətov Danimarka, Litva, Gürcüstan, Ukrayna və finalda İsveç idmançısına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turan Şirinov və Solmaz Zeynallı isə Avropa çempionatının bürünc medalını qazanıblar.Qeyd edək ki, turnirə Azərbaycandan olan beynəlxalq dərəcəli hakimlər Mübariz Məlikov, Qabil Sayadov və Mehdi Əhmədov dəvət alıblar.xeber100.com

Noyabr 13, 2017 11:29

Mərakeş millisi dünya çempionatında iştirak edəcək

Futbol üzrə Mərakeş milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin “C” qrupunda sonuncu matçda Kot-d-İvuar komandasını 2:0 hesabı ilə məğlub edərək 20 illik fasilədən sonra mundialda iştirak hüququ qazanıb.Azərtac xəbər verir ki, yığma komandanın bu uğuru ölkədə böyük sevinclə qarşılanıb.Oyundan dərhal sonra Kral VI Məhəmməd milli komandanın baş məşqçisi Herv Renarda telefon açaraq onu və futbolçuları qələbə münasibətilə təbrik edib.Vətənə qayıdan komandanın üzvlərini Rabat hava limanında çoxlu sayda azarkeş qarşılayıb.Xatırladaq ki, Avrika zonası üzrə seçmə mərhələnin “A” qrupunda mübarizə aparan Tunis millisi də sonuncu oyunda Liviya ilə heç-heçə edərək (0:0) dünya çempionatına vəsiqə qazanıb. Qrupda 14 xalla birinci yer tutan Tunis futbolçuları 12 illik fasilədən sonra mundialda çıxış edəcəklər.xeber100.com

Noyabr 13, 2017 11:26

“Qəbələ” növbəti yoxlama oyununu keçirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını Bakıda davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, “Zirə” ilə görüşdən sonra “qırmızı-qaralar” növbəti matçda “Səbail” ilə üz-üzə gəliblər.Qarşılaşma Bakı Olimpiya Stadionunun köməkçi meydanında baş tutub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda iki qol qeydə alınıb. İlk yarını daha fəal keçirən “qırmızı-qaralar” fasilə öncəsi istəklərinə çatıblar. Baxışda olan Kevin Penan hissənin son dəqiqəsində rəqib qapısına yol tapıb – 1:0. İkinci hissədə Kevin yerini “Qəbələ”nin sınadığı digər oyunçu Abdul Karimə verib. Ümumiyyətlə baş məşqçi Roman Qriqorçuk fasilədə və oyunun gedişində dəyişikliklərlə gənc futbolçulara da şans verib.İkinci hissədə qol sevinci yaşayan “Səbail” olub. Matçın 70-ci dəqiqəsində paytaxt təmsilçisi Adrian Popoviçinin qolu ilə hesabda tarazlıq yaradıb – 1:1. Bu top görüşdə sonuncu olub və komandalar meydanı qollu bərabərliklə tərk ediblər.xeber100.com

Noyabr 13, 2017 11:11

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında

Tunis yığması seçmə turnirdə Liviya komandası ilə ev oyununu 0:0 hesabı ilə başa vuraraq, 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.Azərtac xəbər verir ki, tunislilər Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, İslandiya, Serbiya, Fransa, Portuqaliya, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal və Morokko yığmalarından sonra 2018-ci il çempionatının finalına adlayan 26-cı komanda olub.Xatırladaq ki, dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Turnirin final mərhələsinin püşkü dekabrın 1-də Moskvada atılacaq.xeber100.com

Noyabr 12, 2017 6:18

Həndbol Federasiyasının məlumatına əsasən…

Həndbol üzrə Azərbaycan çempionatında üç oyun keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, qadınlar arasında iki, kişi həndbolçuların yarışında isə bir matç oynanılıb. Qadınların mübarizəsində “Azərsu” “İdman Akademiyası”ndan 38:13, “Qarabağ” “Gənclər Birliyi”ndən 36:19, kişi həndbolçuların yarışında isə “Təhsil” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərindən 43:31 hesabı ilə üstün olub.xeber100.com

Noyabr 12, 2017 6:14
    Page 608 of 831« First«...102030...606607608609610...620630640...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az