04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdoçular arasında keçirilən cənub regional birinciliyə yekun vurulub

Şirvanda yeniyetmə cüdoçular arasında keçirilən cənub regional birinciliyə yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Masallı, Salyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparıblar.Birinciliyin ikinci günündə 2001-2003-cü il təvəllüdlü cüdoçular medallar uğrunda yarışıblar. Şirvan cüdoçuları daha yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. İkinci yeri İmişli komandası tutub. Masallı cüdoçuları isə üçüncü olublar.Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.xeber100.com

Oktyabr 18, 2017 11:47

Gimnastika Federasiyasının məlumatına görə…

Kişi idman gimnastikası üzrə yığma komandamızın gənc üzvləri Tbilisidə beynəlxalq turnirdə iştirak ediblər.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, komandamızın hesabına ilk medalı Cavidan Babayev yazdırıb. O, sərbəst hərəkətlərdə 12.766 xal toplayaraq turnirin gümüş medalına sahib olub. İdmançımız növbəti uğurlu çıxışını halqalarda icra edərək bürünc medal (12.666 xal) qazanıb.Təmsilçilərimizdən Səməd Məmmədli də yarışları 2 medalla başa vurub. Gimnastımız dəstəli atda gümüş (12.966 xal), turnikdə isə bürünc medal (12.200 xal) əldə edib.Komanda yoldaşlarından geri qalmayan Sərvər Əliyev də yığmamızın hesabına paralel qollarda gümüş medal (13.033 xal) yazdırıb.Gimnastlarımız yarışı 3 gümüş və 2 bürünc medalla başa vurublar.xeber100.com

Oktyabr 18, 2017 11:44

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda

İngiltərənin “Liverpul” klubu futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə Sloveniyanın “Maribor” komandasına 7:0 hesabı ilə qalib gəlib.Azərtac xəbər verir ki, İngiltərə təmsilçisi səfərdə rəqibin qapısından 7 cavabsız top keçirməklə turnirin rekordunu yeniləyib.Bu, həmçinin İngiltərə klublarının UEFA Çempionlar Liqasında (Çempionlar Kuboku) səfər qarşılaşmalarında qazandıqları ən böyük hesablı qələbədir.Qeyd edək ki, əvvəllər Çempionlar Liqasında səfər oyununda 7:0 hesablı qələbəni “Şaxtyor Donetsk” və “Marsel” komandaları qazanıblar. Donetsk təmsilçisi 2014-cü ildə BATE, “Marsel” isə 2010-cu ildə “Jilina” üzərində böyük hesablı qələbəyə sevinib.xeber100.com

Oktyabr 18, 2017 11:41

Grappling-gi üzrə dünya çempionatı başlayıb

Oktyabrın 18-də kişilər və qadınlar arasında grappling və grappling-gi üzrə sayca 10-cu dünya çempionatına start verilib.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 33 ölkədən, ümumillikdə 550 idmançı iştirak edir.Mötəbər yarışda Azərbaycan 150 idmançı ilə təmsil olunur.Atletlər uşaqlar, yeniyetmələr, gənclər və veteranlar kateqoriyalarında mübarizə aparırlar.Qeyd edək ki, çempionata oktyabrın 21-də yekun vurulacaq.xeber100.com

Oktyabr 18, 2017 11:38

“Azərreyl” komandasının yeni mövsüm üçün heyəti açıqlanıb

Bakının qadınlardan ibarət “Azərreyl” komandasının yeni mövsüm üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, heyətdə Valeriya Məmmədova, Ceyran Əliyeva, Nərmin Fərəcova, Aynur Kərimova, Ayşən Əbdüləzimova, Svetlana Dorsman, Yekaterina Jidkova, Anna Dovqopolyuk, Maqdalena Qrika və Şəfaqət Həbibova yer alıblar.Qeyd edək ki, Bakı təmsilçisi yeni mövsümdə “Çağırış kuboku” turnirində mübarizə aparacaq.xeber100.com

Oktyabr 18, 2017 11:28

Boksçular arasında Avropa birinciliyi start götürəcək

Oktyabrın 21-də Türkiyənin Antalya şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.Azərbaycan Boks Federasiyandan Azərtac-a verilən məlumata görə, 8 gün davam edəcək yarışa millimiz də qatılacaq.Komandamız birincilikdə tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.Yığmamızın heyətində Həsən İbrahimov (49 kq), Amid Əlizadə (52 kq), Orxan Həsənov (56 kq), Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Surət Qarayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) mübarizə aparacaqlar.Bakıdakı təlim-məşq toplanışını oktyabrın 19-da başa vuracaq yığmamız ertəsi gün Antalyaya yollanacaq. Avropa birinciliyinə isə 33 ölkədən 200-ə yaxın boksçunun qatılması gözlənilir.Qeyd edək ki, yarışda ölkəmizi 10 boksçu ilə yanaşı, beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov da təmsil edəcək.xeber100.com

Oktyabr 18, 2017 11:25

Avropa Triatlon Şurası reytinq cədvəlini açıqlayıb

Avropa Triatlon Şurası idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 1 pillə irəliləyib. Belə ki, hesabında 1461 xal olan R.Pevtsov ikinci pillədə qərarlaşıb.Reytinq cədvəlinə ispaniyalı Uxio Abuin Ares liderik edir. İlk üçlüyü isə portuqaliyalı Joao Pereira qapayır.Qadınların reytinq cədvəlində isə millimizin üzvü Kseniya Levkovskaya 28 pillə irəliləyərək 14-cü olub. Hazırda idmançımızın hesabında 656 xal var.Qadınların reytinq cədvəlində ilk üçlükdə rusiyalı Anastasia Abrosimova, çexiyalı Vendula Frintova və Belçika təmsilçisi Klara Miçel yer alıblar.xeber100.com  

Oktyabr 17, 2017 12:42

Ağır Atletika Federasiyasının məlumatı

Albaniyanın Dürres şəhərində keçirilən 20-23 yaşlı gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, yarışda ölkəmizin gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.Oktyabrın 16-da Mərziyyə Məhərrəmova (48 kq) 23 yaşadək qadın atletlər arasında medallar uğrunda mübarizəyə qoşulub. O, birdənqaldırmada 66 kiloqramı ram edərək altıncı olub. M.Məhərrəmova təkanla qaldırma hərəkətində 85 kiloqramı ram edərək beşinci pillədə qərarlaşıb. İdmançımız toplam 151 kiloqram (66+85) nəticə ilə Avropa çempionatında altıncı yeri tutub.Xatırladaq ki, yarışların ilk günündə 20 yaşlı idmançıların mübarizəsində gənc atletlərimiz iki bürünc medal qazanıblar.Oktyabrın 22-dək davam edəcək yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) mübarizə aparır.xeber100.com

Oktyabr 17, 2017 12:30

ÇSKA-“Bazel” oyunu “ÇSKA Arena”da keçiriləcək

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) – “Bazel” (İsveçrə) oyununa təyinat alıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Elçin Məmmədov matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.ÇSKA-“Bazel” oyunu oktyabrın 18-də Moskvadakı “ÇSKA Arena”da keçiriləcək.xeber100.com

Oktyabr 17, 2017 12:22

2017-2018-ci il mövsümünün üçüncü turuna start veriləcək

Oktyabrın 17-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin üçüncü turuna start veriləcək.Azərtac xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” klubu səfərdə “Monako”nun qonağı olacaq. Turun maraqla gözlənilən matçlarından biri isə “F” qrupunda yer alan “Mançester Siti” və “Napoli” komandaları arasında oynanılacaq. UEFA Çempionlar Liqasının sonuncu qalibi “Real Madrid” isə “Santyaqo Bernabeu”da “Tottenhem” klubu ilə qarşılaşacaq.Gün ərzində aşağıdakı görüşlər keçiriləcək: “E” qrupu “Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə) “Spartak Moskva” (Rusiya) – “Sevilya” (İspaniya) “F” qrupu “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) “Feyenoord” (Hollandiya) – “Şaxtyor” (Ukrayna) “G” qrupu “Leypsiq” (Almaniya) – “Portu” (Portuqaliya) “Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə) “H” qrupu “Real Madrid” (İspaniya) – “Tottenhem” (İngiltərə) APOEL (Kipr) – “Borussiya Dortmund” (Almaniya).xeber100.com  

Oktyabr 17, 2017 12:11
    Page 622 of 830« First«...102030...620621622623624...630640650...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az