UEFA-nın Millətlər Liqası divizionlarının tərkibi məlum olub

2018-ci il Dünya çempionatına seçmə turniri başa çatdıqdan sonra Avropada gələn ilin sentyabrında start götürəcək UEFA-nın Millətlər Liqası divizionlarının tərkibi məlum olub. Qruplar üzrə bölüşdürülmə UEFA-nın yığmalara dair reytinqi əsasında keçirilib.Azərtac xəbər verir ki, Millətlər Liqasında çıxış edəcək 55 Avropa yığması 4 diviziona bölünəcək. A və B divizionlarının hərəsinə 12, C divizionuna 15, D divizionuna isə 16 komanda düşüb.Azərbaycan komandası Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San-Marino və Hibraltar yığmaları ilə turnirin dördüncü divizionuna düşüb. Bu komandalar hər qrupda 3 yığma olmaqla 4 qrupa bölünəcək və birinci diviziona çıxmaq uğrunda mübarizə aparacaqlar. Qruplar üzrə püşkatma yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.A divizionu (hərəsində 3 komanda olmaqla 4 qrup): Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya.B divizionu (hərəsində 3 komanda olmaqla 4 qrup): Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə.C divizionu (3 komandadan ibarət 1 qrup və hərəsi 4 komandadan ibarət 3 qrup): Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva.Qrup mərhələsində oyunlar 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcək. A divizionunda qrupların qalibləri 2019-cu ilin iyununda “dördlərin finalı”nı keçirəcək. A, B, C divizionlarının qruplarında ən zəif komandalar aşağı diviziona düşəcək və onları müvafiq qrupların qalibləri əvəz edəcək.Əlavə edək ki, bütün divizionların qalibləri olan 16 komanda “Avro-2020”nin final turnirinə 4 vəsiqə qazanacaq. Qarşılaşma matçları divizion daxilində keçiriləcək. Bununla da, turnirdə hər diviziondan ən azı 2 komanda iştirak edəcək.xeber100.com

Oktyabr 12, 2017 12:30

Dünya çempionatına seçmə turniri başa çatdıqdan sonra…

Oktyabr 12, 2017 12:11

Avropa Kubokunun üçüncü turunun oyunları keçirilib

Türkiyənin Antalya şəhərində kişi və qadın şahmatçılardan ibarət klub komandaları arasında Avropa Kubokunun üçüncü turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, bu turda Azərbaycanın kişi şahmatçılardan ibarət “Odlar Yurdu” komandası İtaliyanın “Obiettivo Risarcimento Padova” komandası üzərində 3,5:2,5 hesabı ilə qələbə qazanıb.Turnirdə 3 turdan sonra kişi komandaları arasında “Qlobus” (Rusiya) – 6 (14), “Odlar Yurdu” – 6 (13,5), “Gambit Asseco See” (Makedoniya) - 6 (13,5), “LSG Leiden” (Niderland) - 6 (12), və “Mednıy Vsadnik” - 5 (13) komandaları liderdir.Azərbaycanın qadın yığması Belarusun “Bossa Nova” komandasına 1,5:2,5 hesabı ilə məğlub olub.Üç turdan sonra qadın komandaları arasında “Bossa Nova” üç qələbə qazanmaqla 6 matç xalı və 9 fərdi xal əldə edərək liderdir. Beş komanda dərhal hərəyə 4 xal qazanıb. Rusiyadan olan “Legacy Square Capital” komandası 4 (7,5) xalla ikinci, “Odlar Yurdu” - 4 (7,5) üçüncü, Gürcüstanın “Batumi Chess Club NONA” komandası isə dördüncü yerdədir.Yarışların dördüncü turunda Azərbaycanın kişilərdən ibarət yığması Hollandiyanın “LSG LeidenŠk” komandası, qadın şahmatçılarımız isə Türkiyənin “Anatolia” yığması ilə qarşılaşacaq.“Odlar Yurdu”-“LSG LeidenŠk” qarşılaşmasında Yan Maykl Sprenger - Arkadi Naydiç, Artur Piclers - Rauf Məmmədov, Haastert Edvin Van - Qədir Hüseynov, Kasper Şoppen - Eltac Səfərli, Elke Viersma - Nicat Abbasov və Martin Robol - Azər Mirzəyev mübarizə aparacaq.“Odlar Yurdu”-“Anatolia” matçında Zeynəb Məmmədyarova - Yekaterina Atalik, Ülviyyə Fətəliyeva -Bətul Cəmrə Yıldız, Xanım Balacayeva - Xəyalə İsgəndərova və Aydan Höcətova - Çagil İrmak Arda qarşılaşacaq.Qaliblər və mükafatçılar İsveçrə sistemi üzrə keçirilən yeddi turun nəticələrinə görə müəyyən olunacaq.Vaxta nəzarət: ilk 40 gediş üçün 90 dəqiqə, sonra birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqədir.xeber100.com

Oktyabr 12, 2017 12:08