Boksçular arasında beynəlxalq turnir keçirilib

Polşanın paytaxtı Varşavada kişi və qadın boksçular arasında Feliks Stammanın xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. XXXIV dəfə təşkil olunan “A” kateqoriyalı ənənəvi yarışa Azərbaycan yığması da qatılıb.Azərtac xəbər verir ki, 23 ölkədən boksçuların mübarizə apardığı turnirdə millimiz 6 qadın boksçu ilə təmsil olunub. Səfərə baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yollanan komandamız turniri 2 medalla başa vurub.Yığmamızın lideri Anna Əlimərdanova Varşavada bütün rəqiblərindən üstün olub. Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən Avropa Oyunlarının bürünc medalçısı finalda amerikalı Vendi Cesi ilə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Əlimərdanova qızıl medala yiyələnib.Komandamızın aktivinə digər medalı Şəhla Allahverdiyeva yazdırıb. Turnirdə 69 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Nadine Apitslə qarşılaşıb. 0:5 hesabı ilə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.Yarışı 1 qızıl və 1 gümüş medalla başa vuran qadınlardan ibarət yığmamız komanda hesabında ikinci yeri tutub.Qeyd edək ki, digər boksçularımızdan Viktoriya İsmayılova (51 kq), Məhsəti Həmzəyeva (57 kq) 1/8 finalda, Anaxanım Ağayeva (51 kq) və Yana Alekseyevna (60 kq) isə 1/4 finalda məğlubiyyətə üzülüblər.

May 8, 2017 11:31

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına start verilib

Mayın 8-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına start verilib.Azərtac xəbər verir ki, mötəbər turnirin ilk oyununda Səudiyyə Ərəbistanı millisi Mərakeş komandası ilə qarşılaşıb. Görüş Mərakeş millisinin minimal hesablı qələbəsi ilə başa çatıb.“A” qrupu çərçivəsində “AZAL Arena”da təşkil olunan görüşdə Səudiyyə Ərəbistanı yığmasının start heyətində Omar Alsunaın, Abdulmohsen Fallatah, Abdullah Alfahad, Abdulelah Almalkı, Mohamed Kanno, Abdulrahman Alghamdi, Mohammed Alkuvaykibi, Abdulaziz Albişi, Fahad Zahim, Ali Hazazi və Habib Alvatyan yer alıblar.Mərakeş millisinin ilk onbirliyində isə meydana Yassine Əl Houasli, Fahd Moufi, Aşraf Dari, Zakaria Əl Ayoud, Valid Sabbar, Mohamed Kamal, Mohamed Elmorabit, Aymane Əl Hassouni, Houssam Amaanan, Yəhya Attıat-Allal və Zouheir Əl Moutarajı çıxıblar.Ukraynalı hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb.İkinci hissəyə daha fəal başlayan Mərakeş millisi matçın 76-cı dəqiqəsində istəyinə nail olub. Çouaib Əl Maftul adını tabloya yazdırıb – 1:0. Bu, oyunda yeganə qol olub və Mərakeş millisi “Bakı-2017”yə 1:0 hesablı qələbə ilə başlayıb.Günün digər qarşılaşmalarında Türkiyə-Əlcəzair, Fələstin-Oman və Azərbaycan-Kamerun qarşılaşmaları keçiriləcək.“Bakı-2017”nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarətdir. Bununla yanaşı, qaydalara əsasən, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alıb.Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.xeber100.com

May 8, 2017 10:58