Dünya Güləş Birliyinin məlumatına görə…

Dünya Güləş Birliyi 2017-ci il dünya çempionatının püşkatma sistemində ediləcək yeniliklər barədə məlumat verib.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, Rio Olimpiadasının və qeyri-Olimpiya çəki dərəcələri üzrə dünya, builki qitə çempionatlarının yekununda qazanılmış xalların nəticəsinə əsasən, hər çəki dərəcəsində ilk dördlükdə qərarlaşmış idmançılar püşkatmada iştirak etməyəcək.Əgər Qitə çempionatlarında çəki dərəcəsində 1 üçüncü yer olarsa (Skandinaviya sistemindəki kimi) 7 xalla qiymətləndiriləcək.Çəki dərəcələrində iştirakçılarının sayı da xalların hesablanmasına təsir edəcək. Məsələn, qeyri-Olimpiya çəki dərəcələri üzrə dünya çempionatında 70 kiloqram çəki dərəcəsində 40 iştirakçı olacağı təqdirdə çempion 65 xal (25+40) qazanacaq. Belə olan halda, iştirakçı sayı çox olan yarışlarda xallar da yüksək olacaq.İdmançı xalları fərdi qaydada qazanır. Əgər 2017-ci ilin dünya çempionatına Rio Olimpiadasının iştirakçısı olmayan idmançı gedərsə o, püşkatmada iştirak edəcək.Reytinqdə ilk sırada olan idmançı yarış protokolunda ən üst qrupda yer alacaq. Reytinqin üçüncüsü yuxarı qrupun sonunda, ikinci olan idmançı isə protokolun aşağı qrupunun ən üstündə mübarizəyə qoşulacaq. Reytinqin 4-cüsü olan idmançı isə protokolun aşağı qrupunun sonunda yer alacaq.xeber100.com

Aprel 12, 2017 11:00

Kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam edir

IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam etdirilib.Şəmkir Olimpiya İdman Kompleksində yunan-Roma güləşi, Xaçmaz Olimpiya İdman Kompleksində atletika, Şirvan Olimpiya İdman Kompleksində basketbol, Balakən Olimpiya İdman Kompleksində boks, Masallı Olimpiya İdman Kompleksində cüdo, Salyan Olimpiya İdman Kompleksində stolüstü tennis, Hövsan Olimpiya İdman Kompleksində karate idman növləri üzrə zona yarışları keçirilib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, 900-dək məktəbli idmançının qatıldığı yarışların qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.Kütləvi idman tədbirlərinin keçirilməsinin məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla altı zona və 11 idman növü - sərbəst güləş, yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə altı mindən çox şagirdin qatılması gözlənilir.Yarışlar aprelin 26-da başa çatacaq.xeber100.com

Aprel 12, 2017 10:46