Ümumdünya Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib. Azərtac xəbər verir ki, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız sentyabrın 5-də Rumıniya ilə üz-üzə gələcək. İkinci millimizin rəqibi görməqabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (İBCA) olacaq. Üçüncü yığmamız isə Türkmənistanı sınağa çəkəcək. Günün ən çox maraq doğuran görüşlərindən biri Ukrayna və Rusiya arasında keçiriləcək. Həmçinin Hindistan-Kuba, ABŞ-Çexiya, Çin-İtaliya, İngiltərə-Hollandiya, Yunanıstan-Fransa görüşləri də maraqla gözlənilir. Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşacaq. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Favoritlərdən Çin Latviya ilə, Ukrayna Fransa ilə, Rusiya Macarıstanla, Hindistan İsraillə, Gürcüstan Misirlə, ABŞ Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət əsas millisi 6 xalla Rusiya və Kuba ilə birgə 1-3-cü yerləri bölüşür. “Azərbaycan-2” komandası 33-cü, “Azərbaycan-3” isə 59-cu pillədə qərarlaşıb. Qadınlardan ibarət birinci komandamız 12-ci, “Azərbaycan-2” 19-cu, “Azərbaycan-3” isə 33-cü pillədə qərarlaşıb. Qadınların mübarizəsində Rusiya, Fransa və Hindistan 6 xalla 1-3-cü yerləri bölüşürlər.xeber100.com

Sentyabr 5, 2016 11:05

Şahmat Olimpiadasında mübarizə davam edir

Sentyabrın 3-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının ikinci turu keçirilib. Azərtac xəbər verir ki, Olimpiadanın ikinci turunda Azərbaycanın kişilərdən ibarət birinci komandası Makedoniya yığmasını məğlub edib. Əsas komandamız bütün partiyaları qələbə ilə başa vurub. “Azərbaycan 2” komandası isə Litva yığmasını məğlubiyyətə uğradıb. Dörd qarşılaşmadan üçü şahmatçılarımızın qələbəsi ilə başa çatıb. Bir partiya isə heç-heçə nəticələnib. Kişilərdən ibarət üçüncü komandamız isə güclü Belarus şahmatçılarına məğlub olublar – 0,5:3,5. Azərbaycanın qadın şahmatçılardan ibarət əsas komandası meksikalı rəqiblərini məğlub edib – 2,5:1,5. İkinci yığma komandamız 2,5:1,5 hesabı ilə Monqolustana qalib gəlib. Üçüncü komandamız isə eyni hesabla Türkiyə millisinə məğlub olub. Kişilərin yarışının favoritlərindən olan Rusiya Türkmənistanı 4:0, ABŞ şahmatçıları şotlandiyalı rəqiblərini 3,5:0,5 hesabı ilə məğlub edib. Çin komandası Belçikadan (3,5:0,5), Ukrayna isə Albaniyadan (3,5:0,5) üstün olub. Qadınların mübarizəsində favoritlərdən Çin komandası Monteneqronu (4:0), Ukrayna yığması isə Moldovanı (3,5:0,5), Rusiya şahmatçıları Ekvadoru (4:0), Hindistan isə Braziliyanı (3:1) məğlub edib. Xatırladaq ki, Olimpiadada rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışında isə 142 milli komanda mübarizə aparır.xeber100.com

Sentyabr 4, 2016 11:58

Ümumdünya Şahmat Olimpiadası başladı

Bu gün “Bakı Kristal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının oyunlarına start verilir. Azərtac xəbər verir ki, yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin komanda turnirində 181 yığma komanda, qadınların yarışlarında isə 142 komanda mükafatlar uğrunda mübarizə aparacaq. Turnir iştirakçılarının, hakimlərin, jurnalistlərin, məşqçi və nümayəndələrin, habelə FİDE-nin konqresinin nümayəndələrinin ümumi sayı 3.000 nəfərdən çoxdur. Birinci turda Azərbaycanın birinci yığması Zimbabve komandası ilə, ikinci komandamız Mozambik şahmatçıları ilə qarşılaşacaq, üçüncü komandamızın rəqibləri isə Papua-Yeni Qvineya şahmatçıları olacaq. Azərbaycanın kişilərdən ibarət yığma komandasının əsas rəqibləri Rusiya, ABŞ, Çin, Ukrayna, Fransa və Polşa komandaları olacaq. Qadınlardan ibarət komandaların mübarizəsində Azərbaycanın birinci yığmasının rəqibi Nikaraqua, ikinci komandamızın rəqibləri Yaponiya, üçüncü komandanın rəqibləri isə Lesoto şahmatçıları olacaq. Ölkəmizin qadın şahmatçılarının əsas rəqibləri Çin, Ukrayna, Rusiya, Gürcüstan, Hindistan, ABŞ və Macarıstan təmsilçiləri olacaq. Azərbaycan-1 – Zimbabve Şəhriyar Məmmədyarov – Roduell Makoto Teymur Rəcəbov – Farai Mandija Arkadi Naydiç – Gödəkcə Masanqo Eltac Səfərli – Takudzva Muşore Azərbaycan-2 – Mozambik Vasif Durarbəyli – Mateus Elis Nicat Abbasov – Uilton Kalikoa Qədir Hüseynov – İlidio Çunquane Namiq Quliyev – Donaldo Paiva Papua-Yeni Qvineya – Azərbaycan-3 Stüart Fensi – Vüqar Əsədli Helmut Marko – Nail Bəşirli Helmut Marko Cunior – Məhəmməd Muradlı Kreyq Şexan – Pərviz Qasımov Qadınların yarışları Nikaraqua – Azərbaycan-1 Katya Mendeta - Zeynəb Məmmədyarova Mariya Qranados - Gülnar Məmmədovdur Pamela Alarkon - Aydan Höcətova Mariya Moraqa – Nərmin Kazımova Yaponiya – Azərbaycan-2 Mirai İşizuka – Türkan Məmmədyarova Karen Xoşino - Xəyalə Abdulla Azumi Sakai – Ülviyyə Fətəliyeva Misaki Şibata - Nərgiz Umudova Lesoto – Azərbaycan-3 Maboloko Leboela – Nərminə Məmmədova Tisetso Xatane - Xanım Balacayeva Nqatane Liketsenq – Gövhər Beydullayeva Natali Makferson - Aynur Kətanova İsveçrə sistemi üzrə keçirilən yarışlar 11 turdan ibarət olacaq. Oyun günləri 2-6 sentyabr və 8-13 sentyabr olacaq, sentyabrın 7-si isə Olimpiadada istirahət günüdür. İlk 10 tur Bakı vaxtı ilə saat 15:00-da, sonuncu - 11-ci tur isə saat 11:00-da başlanacaq.

Sentyabr 2, 2016 1:54

XV Yay Paralimpiya Oyunları başlayır

Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın paralimpiya yığması və nümayəndə heyətinin Braziliyaya yola salınması mərasimi keçirilib. Azərtac xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilən mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, komitə rəsmiləri, idman ictimaiyyəti, idmansevərlər və KİV nümayəndələri iştirak ediblər. Rio-de-Janeyroya 27 idmançı yola düşüb. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadındır. Lisenziyaların sayı isə 44-dür. Bu rəqəmləri “London-2012” ilə müqayisə etdikdə, 6 idmançı və 8 lisenziya çoxdur. Heyət daha çox gənclərdən ibarətdir. Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. İki gün sonra isə Rionun nəhəng Marakana stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq. Açılış üçün sürpriz də hazırlanıb. Ümumilikdə, paralimpiyaçılarımız mötəbər turnir öncəsi yüksək səviyyədə hazırlıq keçiblər. “London-2012” Olimpiya Oyunları başa çatdıqdan sonra yeni proqram üzrə hazırlığa start verən idmançılar üçün hər cür şərait yaradılib. Hazırlıqlara təlim-məşq toplanışları, beynəlxalq yarışlarda çıxışlar, maddi-texniki bazanın genişləndirilməsi və digər məsələlər daxil edilib.xeber100.com

Sentyabr 2, 2016 1:48