15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan millisinin heyəti açıqlanıb

Sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Azərtac xəbər verir ki, dünya çempionatı üçün heyətə Rövşən Hüseynli, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Tyaqo Teles Martins, İsa Atayev, Xətai Bağırov, Fineo de Araujo, Eduardo Mello Borges, Ramiz Çovdarov, Fabio Jose Polletto, Villiams Oliveira Do Nascimento və Everton Kardosa dəvət olunublar.xeber100.com

Sentyabr 1, 2016 10:54

“Qalatasaray” klubu heyətinə daha bir futbolçu cəlb edib

İstanbulun “Qalatasaray” klubu heyətinə daha bir futbolçu cəlb edib. Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi ABŞ-ın “Los Anceles Qalaksi” klubunun futbolçusu Naycel de Yonqu transfer edib. Bu keçid “sarı-qırmızılar” üçün pulsuz başa gəlib. Hollandiyalı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb. Qeyd edək ki, 31 yaşlı futbolçu “Mançester Siti” və “Milan” kimi klublarda da çıxış edib.xeber100.com

Sentyabr 1, 2016 10:46

Güləş üzrə dünya çempionatı davam edir

Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı davam edir. Azərtac xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə Azərbaycan yığma komandaları iştirak edir. Gənc qızların yarışında 4 təmsilçimiz mübarizə aparır. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıb. Qızlarımız sentyabrın 1-2-də yarışacaqlar. Yarışın üçüncü günündə - sentyabrın 1-də 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar döyüşəcək. Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunur. Yarışda 51 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxacaq Səbinə Həmzəlzadənin ilk rəqibi 1/8 final mərhələsində Özbəkistan güləşçisi Nodira Sabirova olacaq. Elis Manolova (67 kq) isə bu mərhələdə digər özbəkistanlı Baxtigül Baltaniyazova ilə qarşılaşacaq.xeber100.com  

Sentyabr 1, 2016 10:42

“Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb

2016/2017-ci il mövsümü üçün Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb. Klubdan Azərtac-a bildiriblər ki, Ağdam təmsilçisi heyətini qapıçı ilə gücləndirib. “Qarabağ” serbiyalı Boyan Şaranovla münasibətləri rəsmiləşdirib. Son mövsümü Serbiyanın “Partizan” klubunda keçirən qolkiper ilə ikiillik müqavilə imzalanıb. Serbiya millisinin üzvü olan B.Şaranov bu ilin yanvarından “Partizan”da çıxış edib. O, Belqrad klubunda 18 oyun keçirib. B.Şaranov indiyədək bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına “Beoqrad” klubunda başlayan yeni transfer “Makkabi” (Hayfa, İsrail), “Ergetolis” kimi komandalarda da forma geyinib.xeber100.com

Sentyabr 1, 2016 10:39

42-ci Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib

42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə,  Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunacaq. Azərtac xəbər verir ki, bu barədə Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar avqustun 31-də təşkil olunan yekun mətbuat konfransında məlumat verilib.xeber100.com

Avqust 31, 2016 12:19

Şahmat festivalı başa çatıb

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil etdiyi incəsənət və şahmat festivalı başa çatıb. Azərtac xəbər verir ki, festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyayıb, onların üzərində maraqlı rəsmlər çəkib. Öz istedadlarına gücənərək kreativlik və şahmat ab-havası yaradan rəssamlar fiqurlarının incəsənət nümunəsinə çevrilməsinə nail olublar. Şahmat fiqurlarının üzərində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri, milli ornamentlər əksini tapıb. Sonra Olimpiadanın keçiriləcəyi “Baku Crystal Hall”da həmin əsərlərdən ibarət sərgi təşkil edilib. Sərginin açılışında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.xeber100.com

Avqust 30, 2016 10:14

Beynəlxalq oyuna təyinat…

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb. Azərtac xəbər verir ki, Ə.Ağayev sentyabrın 6-da Rusiya və Qana yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Rusiya–Qana qarşılaşması Moskvadakı “Lokomotiv” stadionunda oynanılacaq.xeber100.com

Avqust 30, 2016 10:04

XXXI Yay Olimpiya Oyunlarının ən güclü idmançıları müəyyənləşib

XXXI Yay Olimpiya Oyunlarının ən güclü on idmançısının adı açıqlanıb. Azərtac xəbər verir ki, Olimpiya Oyunlarının təşkilat komitəsi qeyri-adi nailiyyətləri ilə fərqlənən idmançıların siyahısını tərtib edib. İlk onluğa Rionu çoxlu sayda medalla başa vuraraq Olimpiya Oyunları tarixində rekord müəyyən edən Maykl Felps, planetin ən sürətli adamı Useyn Bolt də var. “Top-10” siyahısında bir məşqçi və iki cütlük qərarlaşıb. Siyahıya rusiyalı idman gimnastı Aliya Mustafina başçılıq edir. Siyahıda digər yerləri üzgüçülər Maykl Felps (ABŞ), Yuriya Yefimova (Rusiya) tuturlar. Yamaykalı atlet Useyn Bolt dördüncü, rusiyalı sinxron üzgüçülər Natalya İşenko və Svetlana Romaşina isə beşinci olublar. Sonrakı yerlərdə isə müvafiq olaraq Monika Puik (Puerto-Riko, tennis), Sofiya Velikaya (Rusiya, qılıncoynatma), Tyaqu Bras da Silva (Braziliya, atletika), Yevgeni Trefilov (Rusiya, həndbol), Nikki Hamblin-Ebbi Daqostino (Yeni Zelandiya, atletika) tutublar.xeber100.com

Avqust 30, 2016 10:01

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

“Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına dəvət alıb. Azərtac xəbər verir ki, İ.Şehiç 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək matçda meydana çıxa biləcək. Onun milli komandası isə Estoniya yığmasına rəqib olacaq. Bosniya və Herseqovina - Estoniya matçı sentyabrın 6-da oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:45-də start götürəcək.xeber100.ccom

Avqust 30, 2016 9:58

Futbol oyunları zamanı videotəkrar sistemindən istifadə ediləcək

FİFA futbol oyunları zamanı ilk dəfə videotəkrar sistemindən istifadə edəcək. Azərtac xəbər verir ki, belə bir məlumatla Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidməti çıxış edib. Videotəkrar sistemindən ilk dəfə İtaliya ilə Fransa arasında keçiriləcək yoxlama görüşündə istifadə olunacaq. Bu qarşılaşma sentyabrın 1-də Bari şəhərində keçiriləcək. Videotəkrar zamanı baş hakimin oyunu saxlamasına ehtiyac qalmayacaq. Bu funksiyanı əlavə hakim yerinə yetirəcək. Köməkçi hakim videotəkrara baxdıqdan sonra baş hakimlə əlaqə saxlayıb, ona məlumat verəcək. Yoldaşlıq oyunundan bir gün sonra FİFA prezidenti Canni İnfantino tərəfindən sistemin ilk sınağı ilə bağlı xüsusi mətbuat konfransı təşkil ediləcək. FİFA prezidenti bildirib ki, sözügedən sistemdən istifadəyə bir konfederasiya, 12 milli assosiasiya maraq göstərib. Onun sözlərinə görə, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı zamanı videotəkrardan istifadə mümkün olacaq. Xatırladaq ki, videotəkrardan istifadəni mart ayında Futbol Assosiasiyalarının Beynəlxalq Şurası tövsiyə (İFAB) etmişdi.xeber100.com

Avqust 29, 2016 10:57
    Page 808 of 830« First«...102030...806807808809810...820830...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az