Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti sentyabrın 19-da Bakıda keçiriləcək IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019” tədbirinə tərəfdaş qismində dəstək verir. Bu barədə şirkətdən verilən məlumatda qeyd olunub.“AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, şirkət uzun illərdir “Caspian European Club”u dəstəkləyir və təşkilatla sıx əlaqələrə sahibdir.“Sayca 9-cu olaraq keçiriləcək “Beynəlxalq Caspian Energy Forum Baku-2019” tədbirinin tərəfdaşı olmaqdan məmnunuq. Forum dövlət və özəl sektor, həmçinin beynəlxalq və regional təşkilatlardan olan çoxsaylı nümayəndələri bir araya gətirəcək. Əminik ki, forum ən müxtəlif sahələrdə faydalı fikir mübadiləsinin, müzakirələrin aparılması və yeni biznes əlaqələrinin qurulmasına öz töhfəsini verəcək”, - deyə F.Allahverdiyev qeyd edib.“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu enerji və nəqliyyat mərkəzi statuslarına əlavə olaraq ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqram Azərbaycanın Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, startapların, IT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.xeber100.com