28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azəriqaz” qeyri-iş günlərində xidmət göstərəcək

Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İB-nin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələri zərurəti yaranıb.“Azəriqaz” İB-dən Azərtac-a bildirilib ki, artan abonent müraciətlərini operativ və qüsursuz cavablandırmaq üçün Birliyin ixtisaslı kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub. Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.xeber100.com

Avqust 24, 2019 10:12

“WordPress”in avtomatik yenilənmə siyasəti barədə xəbərdarlıq yayılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “WordPress”in avtomatik yenilənmə siyasəti barədə xəbərdarlıq yayıb.Mərkəzdən Azərtac-a bildirilib ki, “WordPress” komandası “WordPress”in v3.7-v4.6 versiyaları üçün bütün “WordPress” saytlarının təxminən 11,7 faizinə təsir edən təhlükəsizlik problemlərini həll etmək məqsədilə yeni avtomatik yenilənmə siyasətini təqdim edəcək.Qeyd edək ki, hazırda ən köhnə təhlükəsiz versiya v4.7-dir. Daha köhnə versiyalar zərərli skriptlərin inyeksiyası kimi bir çox zəifliyə həssasdır.“WordPress” v3.7-ni əvvəlcə minimum dəstəklənən versiya olan v4.7-yə qədər, daha sonra v3.8-dən v4.6-ya qədər avtomatik yeniləməyi hədəfləyir. Sayt sahiblərinə bu avtomatik yeniləmə siyasətindən imtina etmək və ya öz saytlarını mexaniki şəkildə yeniləmək seçimi veriləcək.Əgər veb-sayt avtomatik olaraq yenilənməzsə, proses geri qayıdır və sayt sahibi “WordPress”dən ən son versiyanı mexaniki yeniləməsi barədə məlumat verən elektron məktub alacaq.xeber100.com  

Avqust 24, 2019 10:09

Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

Avqustun 23-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.Azərtac Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 11:00-da “FZ 709” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 12:00-da Bakıdan Dubay istiqamətində “FZ 710” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.xeber100.com

Avqust 23, 2019 2:54

AZPROMO sahibkarlara müraciət edib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.AZPROMO-dan Azərtac-a bildirilib ki, noyabrın 20-23-də Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində IV “Bizim Brend” Festivalı keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları festivalda iştiraka dəvət olunurlar.xeber100.com

Avqust 23, 2019 2:50

“Brent” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar ucuzlaşaraq 60,13 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar azalaraq 55,55 dollar təşkil edib.xeber100.com

Avqust 22, 2019 10:32

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə…

Bir qədər əvvəl Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində (“20 Yanvar” dairəsi istiqaməti) yol-nəqliyyat hadisəsi baş verib.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, buna görə də, hazırda hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.xeber100.com

Avqust 22, 2019 10:30

Mərkəzi Bankın məlumatı əsasında…

Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 8 milyard 736,3 milyon manat təşkil edib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, əmanətlərin 56,5 faizi xarici, 43,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 24,7 faiz artıb, xarici valyutada əmanətlər isə 2,5 faiz azalıb.İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,91 (1,92) manata, 100 rus rubluna 2,69 (2,62) manata bərabər olub.xeber100.com

Avqust 21, 2019 2:25

“Azeri Light” markalı neftin qiyməti 0,02 dollar azalıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar azalaraq 62,62 dollar olub.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Avqust 21, 2019 2:19

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Avqustun 20-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Avqust 20, 2019 2:56

Dövlət Statistika Komitəsinin məlumatı əsasında…

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 101 ədəd avtobus idxal olunub.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, altı ayda ölkəyə 16 min 965 ədəd minik avtomobili, 1593 ədəd yük avtomobili, 101 ədəd avtobus gətirilib.xeber100.com

Avqust 20, 2019 2:52
    Page 105 of 381« First«...102030...103104105106107...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az