07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Gürcüstan bu ilin birinci rübündə təbii qaz idxalını artırıb

Gürcüstan bu ilin birinci rübündə Azərbaycandan təbii qaz idxalını artırıb.Azərtac xəbər verir ki, bu barədə məlumat qonşu ölkənin Milli Statistika İdarəsinin ilkin rüblük hesabatında yer alıb. Bildirilir ki, 2019-cu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 123 403,5 min ABŞ dolları həcmində 718 min 171 kubmetr təbii qaz idxal edib.Son bir ildə Azərbaycandan Gürcüstana ixrac olunmuş təbii qazın həcmi 78 min 414 kubmetr və ya 12,2 faiz artıb. Təbii qazın qiymətində isə 10 782,5 min dollar və yaxud da 9,5 faiz artım qeydə alınıb.xeber100.com

Aprel 19, 2019 2:08

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 71,61 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar artaraq 63,81 dollar təşkil edib.xeber100.com

Aprel 18, 2019 1:09

Dövlət Gömrük Komitəsinin məlumatı əsasında…

Bu ilin üç ayında Azərbaycandan 25 min 947 ton pambıq lifi və 2 min 689 ton pambıq ipliyi ixrac olunub.Azərtac xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.Yanvar-mart aylarında ixrac edilən pambıq lifinin dəyəri 37 milyon 523 min, pambıq ipliyinin dəyəri isə 6 milyon 446 ABŞ dolları olub.Ötən ilin eyni dövründə ölkədən 13 milyon 544 min dollarlıq 8 min 677 ton pambıq lifi, 4 milyon 812 min dollarlıq 1975 ton pambıq ipliyi ixrac edilib.xeber100.com

Aprel 18, 2019 1:08

“Türk Hava Yolları” aviaşirkəti yeni reys açıb

Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti bu ilin aprel ayının 11-dən etibarən İstanbul-Şarja-İstanbul marşrutu üzrə yeni reys açıb. Bu, Birləşmiş Ərəb Əmirliklərinə təşkil edilən üçüncü uçuş istiqaməti, həmçinin, milli bayraq daşıyıcısının geniş uçuşlar şəbəkəsinə daxil olan 307-ci təyinat nöqtəsidir.“Türk Hava Yolları”nın marketinq direktoru Ahmet Olmuştur bildirib: "İstanbul hava limanı ilə türk aviasiyası və turizmi üçün yeni bir dövr başladı. Yeni bazaya köçməyimiz uçuş şəbəkəmizin daha da genişlənməsinə imkan yaradacaq. “Türk Hava Yolları” olaraq Əbu-Dabi və Dubaydan sonra BƏƏ-də üçüncü təyinat nöqtəsi kimi Şarja şəhərinə uçuşlar təşkil etməkdən məmnunuq”.Qeyd edək ki, İstanbul-Şarja-İstanbul istiqamətində uçuşlar aprel ayının 11-dən etibarən həftəsonları da daxil hər gün yerinə yetirilir.1998-ci ildə ərəb dünyasının mədəni paytaxtı elan edilmiş Şarja Birləşmiş Ərəb Əmirliklərinin ölçü və əhalisinə görə üçüncü əmirliyidir. Şəhər öz müasirliyi, eyni zamanda qədim və zəngin tarixi ilə səyahətsevərlərin diqqətini özünə cəlb etməyi bacarıb.xeber100.com

Aprel 17, 2019 2:30

Bank VTB kredit üzrə yeni aksiyaya start verib

Bank VTB (Azərbaycan) yeni "Start" aksiyasına başlayıb. Aksiya çərçivəsində müştərilər nağd pul kreditini 9%-lə əldə edə biləcək. Təklif 15 iyul 2019-cu il tarixinədək qüvvədədir. Promomüddət başa çatdıqdan sonra illik faiz dərəcəsi 24% təşkil edəcək.Təklif olunan kreditin məbləği 10 000 manat, müddəti 6 aydan 3 ilə qədərdir. Kredit əldə etmək üçün VTB (Azərbaycan)-ın istənilən filialına müraciət etmək və ya +99455 2140986 nömrəli WhatsApp, eləcə də bankın saytı vasitəsi ilə sifariş etmək mümkündür."Bu təklif Azərbaycanın bank sektoru üçün unikaldır - adətən müştərilərə vahid faiz dərəcəsi ilə kredit təklif olunur. "Start" aksiyası çərçivəsində isə biz müştərilərə xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı veririk. Aşağı faizlə ödəniş müddətinin sayı kredit üçün müraciət vaxtından asılıdır. Kredit nə qədər tez alınarsa 9%-lik ödəniş müddəti bir o qədər çox olar" - deyə bank VTB (Azərbaycan)-ın satış, şəbəkənin inkişafı və müştərilərə xidmət idarəsinin rəisi Pərviz Rəsulov bildirib.xeber100.com

Aprel 17, 2019 2:24

Koreya-Azərbaycan ikitərəfli əməkdaşlıq forumu keçiriləcək

Aprelin 26-da Bakıda Koreya-Azərbaycan ikitərəfli əməkdaşlıq forumu keçiriləcək.Azərtac xəbər verir ki, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı keçiriləcək tədbirdə ölkənin hidrogen tərkibli maska və kosmetik vasitələr, müxtəlif növ sous və ədviyyatlar, avtomobillər üçün pompalar, müxtəlif növ yapışqan lentlər (skoçlar), toxuculuq liflərinin hazırlanması üçün maşınlar, kənd təsərrüfatı texnikasının ehtiyat hissələri, poliester (neylon) parçalar sektoru üzrə ixtisaslaşmış 7 şirkəti iştirak edəcək.xeber100.com

Aprel 16, 2019 12:02

Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Aprelin 16-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Aprel 16, 2019 12:00

Dövlət Statistika Komitəsinin məlumatı

Yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat təşkil edib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.xeber100.com

Aprel 16, 2019 11:57

Londonun ICE birjasında neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar geriləyərək 71,29 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 63,53 dollar təşkil edib.xeber100.com

Aprel 15, 2019 12:57

V Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan") ilə əməkdaşlıq çərçivəsində iyunun 13-də Bakıda V Avropa İttifaqı-Azərbaycan biznes forumunu keçirəcək."AHK Azərbaycan"dan Azərtac-a bildirilib ki, builki tədbirdə biznes mühiti mövzusu üzrə plenar sessiya və kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sektorları üzrə paralel sessiyaların keçirilməsi nəzərdə tutulur.xeber100.com

Aprel 15, 2019 12:54
    Page 120 of 381« First«...102030...118119120121122...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az