28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

OPEC-in qərarı olmadan neft hasilatı artırılmayacaq

İraq Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarı olmadan neft hasilatını artırmayacaq.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İraqın neft naziri Thamer Ghadhban deyib.“İraq neft istehsalını artırmaq üçün birtərəfli qərar qəbul etməyəcək. OPEC üzrə hasilatın azaldılmasına dair sazişə sadiqik və potensial tədarük çatışmazlığını kompensasiya etmək üçün istehsalın artırılmasına dair birtərəfli qərar verməyəcəyik. Bu saziş neftin qiymətinə dəstək oldu və qlobal neft bazarına inamı bərpa etdi”, - deyə o əlavə edib.Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, yanvardan etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Sazişin müddəti iyunda başa çatır. OPEC iyunda keçirəcəyi iclasda neft hasilatının azaldılmasına dair sazişin müddətini ilin sonunadək artırmağı nəzərdə tutur.xeber100.com

May 6, 2019 2:38

Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

Mayın 6-da həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.Azərtac Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Flydubai” aviaşirkətinin yerli vaxtla saat 11:00-da “FZ 709” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Flydubai” aviaşirkətinin yerli vaxtla saat 12:10-da Bakıdan Dubaya olan “FZ 710” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-800” təyyarəsi ilə həyata keçirilməli idi.Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.xeber100.com

May 6, 2019 2:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə artıq 1610 nəfər özünüməşğulluq proqramına cəlb edilib.ƏƏSMN-dən Milli.Az-a verilən məlumata görə, onların əksəriyyəti əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplardan olanlardır.Proqrama cəlb edilənlər üçün bir aylıq təlimlər keçirilir. Təlimlərdə iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Yekunda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək.Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün mal və material formasında aktivlərlə təmin ediləcək.xeber100.com

May 4, 2019 1:31

Mayın 3-də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib

Mayın 6-na manatın məzənnəsi açıqlanıb.Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 06.05.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.Qeyd edək ki, 2019-cu il mayın 3-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.xeber100.com

May 3, 2019 10:17

Trans-Adriatik boru kəməri Albaniyanın ərazilərini qət edib

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) Albaniyanın dağlıq ərazilərini qət edib.Milli.az bildirir ki, bunu TAP-ın Albaniya üzrə meneceri Malfor Nuri deyib.O bildirib ki, TAP xarici investisiyaların həcmi baxımından Albaniyanın ən iri layihəsidir:"Biz fəxr edirik ki, çətinliklərin öhdəsindən gələrək boru kəmərini dəniz səviyyəsindən 2 min metr yüksəklikdən keçirə bilmişik".Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.xeber100.com

May 2, 2019 1:29

Manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

Aprelin 30-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Aprel 30, 2019 12:48

Avtomobil yollarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar avtomobil yollarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.Bu barədə Azərtac-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, hərəkət istiqaməti dəyişdirilən 17 müntəzəm marşrut xətti (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) üzrə avtobusların əvvəlki sxem üzrə fəaliyyət göstərməsi üçün iş aparılır. Proses tədricən həyata keçirilir. Mayın 1-dən isə qeyd edilən xətlər üzrə avtobuslar tam olaraq əvvəlki sxem üzrə sərnişinlərə xidmət edəcək.xeber100.com

Aprel 30, 2019 12:46

“Light” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar geriləyərək 71,71 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar ucuzlaşaraq 62,89 dollar təşkil edib.xeber100.com

Aprel 29, 2019 12:25

Dövlət Neft Fondu gəlirlərini açıqlayıb

2007-ci ildən cari il aprelin 1-dək Dövlət Neft Fondunun“Şahdəniz” yatağı üzrə qazın satışından əldə edilən ümumi gəlirləri 2 milyard 506 milyon ABŞ dolları olub.Bu barədə Azərtac-a ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.xeber100.com

Aprel 29, 2019 12:23

“Light” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar geriləyərək 74,19 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,29 dollar ucuzlaşaraq 64,92 dollar təşkil edib.xeber100.com

Aprel 26, 2019 12:54
    Page 118 of 381« First«...102030...116117118119120...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az