19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Aprelin 16-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Aprel 16, 2019 12:00

Dövlət Statistika Komitəsinin məlumatı

Yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat təşkil edib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.xeber100.com

Aprel 16, 2019 11:57

Londonun ICE birjasında neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar geriləyərək 71,29 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 63,53 dollar təşkil edib.xeber100.com

Aprel 15, 2019 12:57

V Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan") ilə əməkdaşlıq çərçivəsində iyunun 13-də Bakıda V Avropa İttifaqı-Azərbaycan biznes forumunu keçirəcək."AHK Azərbaycan"dan Azərtac-a bildirilib ki, builki tədbirdə biznes mühiti mövzusu üzrə plenar sessiya və kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sektorları üzrə paralel sessiyaların keçirilməsi nəzərdə tutulur.xeber100.com

Aprel 15, 2019 12:54

“Zenith Energy” şirkəti TSX-V fond birjasının şərti razılığını alıb

Azərbaycanın "Muradxanlı-Cəfərli-Zərdab" yataqlar blokunun işlənilməsi üzrə operator olan Kanadanın "Zenith Energy" şirkəti Kanadada aksiyaların buraxılışı üzrə TSX-V fond birjasının şərti razılığını alıb.Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir."Zenith Energy" təsdiq edib ki, sadə aksiyalar 2019-cu il aprelin 5-də lazımi sənədlər verildikdən sonra buraxılıb.Şirkətin məlumatına əsasən, "Zenith Energy" TSX-V-dən yekun təsdiqi gözləyir.Bildirildiyi kimi, "Zenith Energy" bu vəsaitləri Azərbaycanda qazma işlərinə yatırmaq üçün cəlb edir.Qeyd edək ki, SOCAR və Kanada şirkəti arasında "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2016-cı il martın 16-da imzalanıb.xeber100.com

Aprel 14, 2019 3:14

“Moody’s Investors Service” reytinq agentliyinin qərarı…

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqi və təminatsız prioritet öhdəlikləri reytinqini Ba2 stabil proqnoz səviyyəsində saxlayıb.Milli.Az xəbər verir ki, Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir."Moody's" reytinqin eyni səviyyədə qalmasını davam edən fiskal islahatlar fonunda hökumətin kredit mövqeyinin möhkəmlənməsi və bank sektorunda risklərin azalması ilə izah edir."Moody's" həmçinin "Cənub Qaz Dəhlizi" QSC-nin təminatsız prioritet bondlarının reytinqini "stabil" səviyyədə təsdiqləyib.Agentliyin analitikləri proqnozlaşdırır ki, yeni fiskal qaydaların reallaşdırılması və dövlət borclarının idarə olunması üzrə hökumət strategiyası ölkənin təmiz kredit mövqeyini gücləndirəcək.xeber100.com

Aprel 13, 2019 7:01

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro qatarlarının təmir müddətini açıqlayıb.Trend-in məlumatına görə, QSC-nin Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov bildirib ki, metro qatarları təmir ediləndən sonra 480 min kilometr hərəkət edir:"Bu prosesdə 30 min kilometr fərq ola bilər. Yəni 480 kilometrdən sonra qatar 30 min kilometr hərəkət edə bilər".F.Əhmədov əlavə edib ki, qatarlar hərəkətdə olduğu müddətdə vaqonların cari təmir olunması qatarın hərəkət müddətini sağlamlaşdırır.xeber100.com

Aprel 13, 2019 6:54

Elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq

Aprelin 12-də saat 12:30-dan 16:00-dək 110 kilovoltluq 5-ci Xırdalan hava elektrik veriliş xətti (EVX) və 110/35/6 kilovoltluq 137 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin yaşayış binaları, Yeni Müşfiq massivində həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.Bu barədə Azərtac-a “Azərişıq” ASC-dən bildirilib.xeber100.com

Aprel 12, 2019 1:41

“Kapital Bank” 2019-cu ilin nəticələrini açıqlayıb

"Kapital Bank"ın aktivləri aprelin 1-nə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,5 milyard manat olub. Bankda müştəri depozitlərinin həcmi 2,7 milyard manat, əhalinin əmanətlərinin həcmi isə artaraq 1 milyard manat təşkil edib.Bankın hesabat dövrünə tutulmalardan sonra məcmu kapitalı 391,2 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat olub.Qeyd edək ki, "Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.xeber100.com

Aprel 12, 2019 1:38

“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 73,73 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Aprel 12, 2019 1:35
    Page 121 of 381« First«...102030...119120121122123...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az