05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“AtaBank” daha bir yeniliyə imza atıb

“Visa International” beynəlxalq ödəniş sisteminin tərəfdaşı olan “AtaBank” daha bir yeniliyə imza atıb. Azərbaycanda ilk dəfə olaraq “Visa Signature” məhsulunu təqdim edib.Özəl hazırlanan bu plastik kart “Visa” kartlarının üstünlüklərini və yüksək statusu özündə cəmləməyi bacarıb. “Visa Signature” nəinki Zaqafqaziyada, hətta Cənub-Şərqi Avropa regionunda belə Azərbaycan banklarından yeganə olaraq “AtaBank” ASC tərəfindən emissiya edilir. “Visa Signature" kart sahibləri dünya üzrə müxtəlif xidmət və təkliflərdən yararlana bilirlər. Belə ki, beynəlxalq müştəri və konsyerj xidməti, səhiyyə və sığorta dəstəyi, həmçinin digər imtiyaz və təkliflər sahibinə, onun yaxınlarına olduqları hər yerdə xüsusi status bəxş edəcək.xeber100.com  

Mart 11, 2019 1:27

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, martın 11-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 909 milyon 800 min manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26 faiz təşkil edib.xeber100.com

Mart 11, 2019 1:25

“Brent Dated” etalon növlü neftin qiyməti azalıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 6-da 66,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,18 dollar/barel azdır.Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,58 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,27 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.xeber100.com

Mart 8, 2019 8:25

“Hindistanın ən yaxşıları” adlı sərgi öz işinə başlayıb

Bakı İdman Sarayında Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə "Hindistanın ən yaxşıları" - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri"nin ikinci buraxılışı təşkil edilib.Trend-in məlumatına görə, sərgi Hindistanın PHD Ticarət və Sənaye Palatası tərəfindən Hindistan səfirliyinin dəstəyi ilə təşkil olunur.Xarici ölkələrdə keçirilən sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir.xeber100.com

Mart 8, 2019 8:20

Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib

Martın 7-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.Bankdan Azərtac-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Mart 7, 2019 1:21

Mərkəzi Bank manatın məzənnəsini açıqlayıb

Martın 7-nə manatın məzənnəsi açıqlanıb.Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 07.03.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.Qeyd edək ki, 2019-cu il martın 6-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.xeber100.com

Mart 6, 2019 3:41

PAŞA Bank ilk dəfə olaraq kredit vəsaiti ayırıb

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank tərəfindən ilk dəfə olaraq öz müştərisinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun kredit vəsaiti ayrılıb. Fondun şərtlərinə əsasən, qeyd edilmiş kredit üzrə faizlərin müəyyən hissəsi Fond tərəfindən ayrılan subsidiya hesabına ödəniləcək.PAŞA Bankın Kommersiya bankçılığı departamentinin direktoru Heydər Süleymanovun qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatının əsas sektorlarında həyata keçirilən islahatlar nəticəsində ölkədə biznes mühiti ilbəil yaxşılaşdırılır və biznesin inkişafı üçün şərtlər asanlaşdırılır:“İpoteka və Kredit Zəmanət fondunun müvəkkil bankı olaraq, PAŞA Bank sahibkarlara manatla ayrılan kreditlər üzrə hesablanmış faiz dərəcəsinin müəyyən hissəsi həcmində subsidiyadan yararlanmaq fürsəti yaradır. Beləliklə, ilk dəfə olaraq ticarət və xidmət sektorunda fəaliyyət göstərən PAŞA Bank müştərisi Fondun əlverişli şərtləri ilə ayrılmış vəsait hesabına biznesini daha da genişləndirmək imkanına malik olacaq”.xeber100.com

Mart 6, 2019 3:37

İtaliya mətuatı “SOCAR Polymer”dən bəhs edir…

İtaliyanın “polimerica.it” xəbər saytında “Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer”in ildə 184 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edəcək zavodu istismara verilib” sərlövhəli məqalə dərc edilib.Azərtac xəbər verir ki, məqalədə sənaye kompleksinin fəaliyyətə başlaması, daxili bazarın tələbatının tam təmin olunması və məhsulun 75 faizi xarici bazarlara ixrac ediləcəyindən danışılır.Yazıda kompleksin istehsalat gücünə çatması ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 15 faiz, ümumi daxili məhsulun həcmi isə 14 faiz artacağı bildirilir. Qeyd edilir ki, zavodların istismar dövründə 6,6 milyard dollar həcmində gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək.Diqqətə çatdırılır ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında 2013-cü ildə yaradılmış ilk şirkətdir.Qeyd edilir ki, şirkətin səhmlərinin 52 faizi dövlət neft şirkətinə məxsusdur. Digər səhmdarlar isə “Vitol” (19 faiz), “Paşa Holding” (9,9 faiz), “Ecoland” (9,8 faiz), “Polimer Investments” (5 faiz) və “AKKIK” (4,1 faiz) şirkətləridir.xeber100.com

Mart 4, 2019 1:28

Avtomobil Yolları Dövlət Agentliyinin məlumatı

Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yolla hərəkət müvəqqəti məhdudlaşdırılıb.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə, 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin edilib. Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.xeber100.com

Mart 4, 2019 1:24

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasına görə…

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 42,6 milyon manat xalis mənfəət götürüb.Milli.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51% və yaxud təxminən 2 dəfə azdır. Buna səbəb isə mənfəət vergisi ödəmələrinin 5,3 milyon manat, yəni 2,8 dəfə çox olmasıdır.Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistikaya görə, bu ilin ilk ayında Azərbaycan banklarının faiz gəlirləri 10,3% artdığı halda, faiz xərcləri 3,35% azalıb. Eyni zamanda qeyri-faiz gəlirləri 71,%, qeyri-faiz xərcləri isə 18% artıb.Tənzimləyici qurumun da tələbini nəzərə alan banklar aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 39,3 milyon manat ayırıblar.xeber100.com

Mart 2, 2019 4:26
    Page 125 of 380« First«...102030...123124125126127...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az