Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən il 1 mlrd. 088 mln. 790,5 min dollar təşkil edib.Milli.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.Hesabata əsasən, 2018-ci ildə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsində payı 8,7% təşkil edib. Ötən il Azərbaycan Türkiyə və Rusiyadan sonra Gürcüstanın 3-cü ən böyük ticarət tərəfdaşı olub.2018-ci ildə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 84,7% artaraq 502 mln. 726,7 min dollar təşkil edib. Azərbaycan Gürcüstanın ümumi ixracında 15% paya sahib olmaqla yanaşı, ölkənin birinci ən böyük ixrac tərəfdaşı olub.Hesabat ilində Azərbaycandan Gürcüstana 586 mln. 063,8 min dollar dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 5,8% çoxdur. Azərbaycanın Gürcüstanın ümumi idxalındakı payı 6,4% təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra 4-cü əsas idxal tərəfdaşı olub.Ötən il Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi illik müqayisədə 17% artaraq 12 mlrd. 484,4 mln. dollar təşkil edib. Qonşu ölkənin ixracı 3 mlrd. 362,1 mln. dollar (+22,9%), idxalı isə 9 mlrd. 122,3 mln. dollar (+14,9%) dəyərində olub.xeber100.com