23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

Yanvarın 29-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Yanvar 29, 2019 11:50

Nyu-Yorkun NYMEX birjasında neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar geriləyərək 60,95 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,66 dollar ucuzlaşaraq 53,03 dollar təşkil edib.xeber100.com

Yanvar 28, 2019 11:40

“Fitch Ratings” beynəlxalq agentliyi kredit reytinqini təsdiqləyib

“Fitch Ratings” və “Standard and Poor's” beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini təsdiqləyib.Azərtac reytinq agentliklərinin yaydığı məlumata istinadla xəbər verir ki, “Fitch” agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz “sabit” saxlanılıb.“Standard and Poor's” isə ölkəmizin xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+”, yaxınmüddətli kredit reytinqini “B” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu “sabit” saxlayıb.xeber100.com

Yanvar 28, 2019 11:38

“Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti…

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,39 dollar və yaxud 0,62% artıb.Milli.az bildirir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 63,23 dollar təşkil edib.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.xeber100.com

Yanvar 26, 2019 5:29

“OPEC neft qiymətlərinin aşağı düşməsinə imkan verməyəcək”…

“Yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik. Buna görə də 2019-cu ilin hamımız - OPEC və OPEC+ ölkələri, eyni zamanda istehlakçı ölkələr üçün balanslaşdırılmış bazar olaraq qalmasında maraqlıyıq”."RİA Novosti" xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo Onun sözlərinə görə, ehtimal az olsa da, təşkilata üzvlüyə qoşulmaq istəyən ölkələrin olacağı da istisna deyil.M.Barkindo son bir neçə il ərzində Qabonun yenidən OPEC-ə daxil olduğunu, Ekvatorial Qvineya və Konqonun da təşkilata qoşulduğunu xatırladıb.xeber100.com

Yanvar 26, 2019 5:16

“Light” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar geriləyərək 60,82 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 52,34 dollar təşkil edib.xeber100.com

Yanvar 24, 2019 12:36

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti birgünlük ləğv olunur.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, Sumqayıt sərnişin stansiyasında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq yanvarın 27-də Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti birgünlük ləğv edilir.xeber100.com

Yanvar 24, 2019 12:33

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yanvarın 26-da Şirvan bu bölgədən olan vətəndaşları qəbul edəcək.Komitədən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Şirvan şəhərinin, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.xeber100.com

Yanvar 23, 2019 2:55

“Azeri LT CIF” markalı xam neftin qiyməti azalıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,38 dollar və yaxud 2,14% azalıb.Milli.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 63,16 dollar təşkil edib.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.xeber100.com

Yanvar 23, 2019 2:47

Dövlət Statistika Komitəsinin məlumatına görə…

2018-ci ildə ölkənin neft sektoruna 5 milyard 948,9 milyon manat vəsait yönəldilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, il ərzində neft sektorunda 33 milyard 126 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki illə müqayisədə 0,4 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 0,6 faiz çoxalıb. Sənaye məhsulunun 73 faizi mədənçıxarma sektorunda istehsal olunub.Dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 6,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 12,3 faiz ucuzlaşıb.Ötən il dekabrın 1-nə olan məlumata görə, iqtisadiyyatın neft sektorunda 34 min nəfər çalışıb. Yanvar-noyabr aylarında neft sektorunda nominal əməkhaqqı 3 min 7 manat təşkil edib.xeber100.com

Yanvar 22, 2019 12:24
    Page 130 of 380« First«...102030...128129130131132...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az